Qadin.NET / Soyuqdəyməyə qarşı nə etməliyik?

Soyuqdəyməyə qarşı nə etməliyik?

Bu günlərdə soyuqdəymə və qrip epidemiyası çoxdur. Bir çox iş yeri, məktəb və ev tibb məntəqəsinə dönüb. Tibb dilində "influenza " adı verilən xəstəlik olduqca yoluxucudur. Xalq arasında "çınqıl xəstəliyi " deyə də adlandırılır. Birdən başlayır və yüksək qızdırma ilə davam edir. Xəstədə titrəmə, soyuqdəymə, öskürək, baş və kürək ağrıları, iştahsızlıq və baş gicəllənməsi halları müşahidə edilir. Qrip yaxşı müalicə edilməsə, başqa xəstəliklərə yol aça bilər. 
Bu cür narahatlıqlardan qorunmanın ilk şərti xəstə şəxslərdən mümkün olduğu qədər uzaq dayanmaqdır.
Qrip və soyuqdəymənın müalicəsi zamanı aşağıdakı təbii reseptlərə müraciət edə bilərsiniz. 
* Bir stəkan limon suyu ilə eyni miqdarda portağal suyunu qarışdırılıb səhər ac qarnına içilir.
* 3 stəkan suya 2 xörək qaşığı quru nanə ilə 1-2 limonun qabıqları qoyulur. 15 dəqiqə qaynadılıb süzülür. Gündə 3 dəfə bir stəkan içilir.
* Bir ovuc (20-25 qram) dəfnə yarpağı ilə böyük bir portağalın qabıqları 4 stəkan suda 15-20 dəqiqə qaynadılır. Süzüldükdən sonra gündə 3 dəfə bir stəkan içilir.
Soyuqdəyməyə qarşı nə etməliyik?
* Epidemiya zamanı profilaktika üçün hər gün 3-4 diş sarımsaq yeyilir. Yeməklərdən sonra yarım və ya bir çay stəkanı limon suyunun içinə bir çay qaşığı bal qarışdırılaraq içilir.
* Bir stəkan qaynar suyun içinə bir çay qaşığı adaçayı, bir çay qaşığı nanə və bir çay qaşığı çobanyastığı qoyaraq 10 dəqiqə dəmlənməsi üçün gözləyin. Süzüldükdən sonra içinə bir çay qaşığı bal əlavə edərək için.
* Bir stəkan südə orta böyüklükdə bir quru soğanı xırda doğranıb əlavə edilir. İsti sobada 20 dəqiqə saxlanıb süzülür. Yatmazdan əvvəl içilir.
İçə bilənlər bir stəkan çaya bir çay qaşığı narın istiot töküb içsin. 
Soyuqdəyməyə qarşı nə etməliyik?
İnfeksiyalardan qorunmanın ən əhəmiyyətli yollarından biri yuxu, istirahət və qidalanmaya diqqət etməkdir. Xüsusilə bol tərəvəz və meyvə yemək xəstəliyin daha asan keçməsinə səbəb olar. Xəstəlik əlamətləri olanlar həkimə müraciət etməlidir.  
Soyuq günlərdə
Havanın çox soyuq olduğu günlərdə məktəbə gedən uşaqlarınızı yaxşı geyindirmək istəyirsiniz. Paltoları paltaryuyan maşınınızın quruducusunda bir neçə dəqiqə saxlasanız, paltolar isti olar və uşaqlar üşüməz.
Yayda soyuqdəymə
Təəssüf ki, yay günlərində də qrip və soyuqlama insanları yatağa salır. Belə problemlə rastlaşdıqda ilk gün yataqda istirahət edin və isti içkilər için. Limon suyu və balla qarışdırılmış isti su çox faydalıdır. Belə zamanlarda isti içkilərə mütləq darçın qatın. Bol miqdarda üzüm və yetişmiş armud yeyin. İkinci gün isə bol tərəvəz və salat yeyə bilərsiniz. Hər şey yolunda gedərsə, üçüncü gün iştahanız açılar, gücünüz yerinə gələr. Hər səhər C vitamini və B kompleksi olan vitaminləri qəbul edin.
Hamiləlikdə soyuqdəyməyə qarşı sadə reseptlər
Soyuqdəymədən meydana gələn narahatlığı aradan qaldırmaq üçün aşağıdakı reseptlərdən istifadə edə bilərsiniz:
* 1 stəkanı limon suyuna 1 çay qaşığı süfrə duzu töküb isitdikdən sonra ayaqların altına sürtülür. Xəstə tərlədikcə paltarları dəyişdirilir.
* 1 çay qaşığı şəkər tozu ilə 1 çay qaşığı narın istiot qarışdırılır. 1 stəkan suda əridildikdən sonra içilir. Ancaq bunu istifadə edənlərin mədəsi sağlam olmalıdır.
* 1 ədəd qəndin üzərinə 5 damcı kəklikotu yağı tökülüb yeyilir.
1 iyun 2014
GO BACK