Qadin.NET / Bitkilər və təbabət (13)

Bitkilər və təbabət (13)

Bitkilər və təbabət (13)
Ərik
 (lat. Prunus armeniaca)
Ərik orqanizmdə A, C, B15 vitaminlərinin çatışmazlığında, eləcə də ürək xəstəliklərində işlədilir. Müəyyən edilmişdir ki, 100 qram ərik 40 mq dəmiri və 250 qram təzə mal-qara qaraciyərini əvəz edir. Ərik meyvəsinin toxumları öskürəyi sakitləşdirir. 
İstifadə qaydası: ürək-damar xəstəliklərində qurudulmuş əriyin meyvələrini yemək məsləhət görülür. Həmçinin ərik meyvəsinin toxumlarını toz halına salaraq emulsiya hazırlayıb daxilə qəbul edirlər.
Bitkilər və təbabət (13)
Zəfəran
(lat. Crocus)
Zəfəran xoşətirli iyə malik qiymətli bitkidir. Çiçəklərində efir yağı, eləcə də pikrokrosin və krosin adlanan qlükozid xassəli maddələr vardır. Zəfərandan yeyinti sənayesində daha geniş istifadə edilir. Bununla belə onun müalicəvi əhəmiyyəti də vardır. O, güclü antiseptik təsirə malikdir. Zəfəran xüsusilə qaraciyər iltihabında (hepatitdə) və öd kisəsi iltihabında (xolesistdə) mühüm müalicə effekti kəsb edir. Bundan əlavə, zəfəran sinir sistemini tonuslaşdırıcı xassəyə də malikdir. Ürəkgetmə, quru öskürək və göy öskürəkdə zəfəranın tətbiqi yaxşı nəticə verir. Zəfəran olduqca güclü bakteriosid və fitonsid xassəyə də malikdir. Odur ki, dəri xəstəliklərinin müalicəsində də ondan istifadə edilir.
İstifadə qaydası: zəfərandan 2-3 çay qaşığı 2 stəkan qaynar suda dəmləyib gündə 3-4 dəfə, hər dəfə 1-2 xörək qaşığı qəbul edirlər.
Qaraciyər və öd yolları xəstəliyində zəfərandan 2 qram götürüb 200 ml suda dəmlədikdən sonra gündə 3 dəfə, hər dəfə 1/3 stəkan içirlər.
Bitkilər və təbabət (13)
Zirə
(lat. Carum)
Zirə efiryağlı bitkilərdən olub, Azərbaycanın bir çox rayonlarında, xüsusilə Abşeronda tərəvəz bitkisi kimi çoxdan bəri becərilir. Qurudulmuş meyvələrini dəmləyib xroniki mədə-bağırsaq xəstəliklərində iltihabı aradan qaldıran, köpmənin qarşısını alan, eləcə də həzm prosesini yaxşılaşdıran dərman kimi istifadə edirlər.
İstifadə qaydası: bitkinin qurudulmuş meyvələrindən 2 çay qaşığı 2  stəkan suda 40-60 dəqiqə dəmləyib gündə 4 dəfə, hər dəfə stəkanın 1/4 miqdarını içirlər.
Bitkilər və təbabət (13)
Zoğal
(lat. Cornus)
Zoğal Azərbaycanın meşə rayonlarında yabanı halda yayılmışdır. Son illərdə bu bitki mədəni üsulla da yetişdirilir. Zoğalın meyvələrində çoxlu miqdarda şəkər, üzvi turşular, aşı maddələri, qatranlar və vitaminlər vardır. Ona görə də meyvələrindən yeyinti sənayesində geniş istifadə edilir. Xalq təbabətində meyvələrindən qarın ağrısında, ishalda və dizenteriyada dəmləmə formasında istifadə edirlər. Zoğaldan ümumi zəiflikdə və revmatizmdə geniş istifadə olunur.
İstifadə qaydası: bitkinin qurudulmuş məyvələrindən 2 xörək qaşığı 1 stəkan suda 3-4 saat müddətində dəmləyərək gündə 2 dəfə, hər dəfə 1/2 stəkan qəbul edirlər. 
Bitkilər və təbabət (13)
İri bağayarpağı
(lat. Plantago)
Bitkinin təzə dərilmiş yarpaqlarının şirəsi mədə-bağırsaqların kəskin ağrılarında, eləcə də mədə xoralarında yaxşı müalicəvi təsir göstərir. Eyni məqsədlə onun qurudulmuş yarpaqlarının sulu dəmləməsindən də istifadə olunur.
 İstifadə qaydası: xırdalanmış yarpaqlarından 2 xörək qaşığı götürüb, üzərinə 3 xörək qaşığı şəkər və 3 xörək qaşığı bal əlavə etdikdən sonra qarışdırılır və 4 saat elektrik plitəsi üzərində qızdırılır. Bu yolla alınmış şərbəti mədə-bağırsaq xorasının müalicəsi zamanı yeməkdən 1-2 saat əvvəl gündə 4 dəfə, hər dəfə 1 xörək qaşığı qəbul edirlər.
10 iyun 2014
GO BACK