Qadin.NET / Bitkilər və təbabət (5)

Bitkilər və təbabət (5)

 

Bitkilər və təbabət (5)

 

Boranı (balqabaq)
(lat. Cucurbita)
Azərbaycanda boranının bir neçə növü becərilir. Boranı qiymətli tərəvəz bitkisi olmaqla bərabər, çox mühim müalicəvi əhəmiyyətə də malikdir. Boranı karotinlə (A provitamini ilə) çox zəngindir. Ona görə də boranıdan hazırda sənaye miqyasında karotin istehsal olunur. Boranının tərkibində 16 mq % karotin, C, B1, B 2 vitaminləri və 11 faizə qədər şəkər vardır. Boranını bişirib xroniki mədə-bağırsaq, böyrək və sidik yolları xəstəliklərində yemək çox faydalıdır.
Boranının lət hissəsi və şirəsi qəbizliyin qarşısını almaqla yanaşı iltihabı aradan qaldırır, böyrək və sidik yollarının fəaliyyətini təzim edir. Boranı toxumlarının isə qurdqovucu təsiri vardır. 
İstifadə qaydası: boranını dilim-dilim doğrayaraq bişirib yemək məsləhətdir. Lentvari qurdları qovmaq məqsədilə boranı toxumlarını qabıqlarından təmizləyəndən sonra, acqarına gündə 3-4 dəfə, hər dəfə 200-300 qram yemək məsləhət görülür.
Bitkilər və təbabət (5)

Qanqal
(lat. Cirsium)
Üçbölüklü yarpaq qanqalotu vitaminlərlə zəngin bitki olub, Azərbaycanın dağ-meşəlik rayonlarında geniş yayılıb. Ehtiyatı boldur. 
Dərman məqsədilə yerüstü hissəsindən istifadə olunur. Bitki çiçəkləyən dövrdə yerüstü hissəsini toplayıb açıq quru havada qurudur, sonra xırda-xırda doğrayıb kağız torbalarda saxlayırlar. Qurudulmuş otundan çay dəmləyib ümumi zəiflikdə, iştahsızlıqda, maddələr mübadiləsi pozulduqda, eləcə də hipertoniyada qəbul edirlər. Bundan əlavə qanqalotunun dəmləməsindən uşaqların diatezində, artritlərdə və ilan zəhərinə qarşı da istifadə edirlər. 
İstifadə qaydası: bitkinin qurudulmuş otundan 2 xörək qaşığı 2 stəkan suda 30-50 dəqiqə dəmləyib gündə 4 dəfə, hər dəfə 1/2 stəkan qəbul edirlər. Uşaqlara həmin dəmləmədən gündə 3 dəfə xörək qaşığı ilə təyin edilir. 

 

 

Bitkilər və təbabət (5)

 

 

Aylant
(lat. Ailanthus)
Azərbaycanda ancaq 1 növü becərilir. Vətəni Çindir, orada onun hündürlüyü 30 metrə, Azərbaycanda isə 12-15 metrə qədər olur. Gövdəsi açıq boz rəngli hamar qabıqla örtülmüşdür. Zoğlarının qabıqları açıq qəhvəyidir. İri lələkvari yarpaqları var. Çiçəkləri xırda, yaşıltəhərdir, süpürgəvari çiçək qrupuna toplaşmışlar. Meyvəsi yastı, qanadlı, rombşəkillidir, ortasında 1 toxumu var.  May-iyun aylarında çiçəkləyir, meyvələri iyul- avqust aylarında yetişir. 
Azərbaycanda aylant bəzək bitkisi kimi çox geniş becərilir. Xüsusən Abşeronda bu ağac geniş yayılmışdır. Çox surətlə inkişaf edir. Yarpaqlarında və meyvələrində, kversetin flavonoidi, acı maddələr, 7-12 % aşı maddələri, şəkərli və qatranlı maddələr, efir yağı, üzvi turşular, askorbin turşusu, toxumlarında isə 32-35 % piyli yağ vardır. 
Xalq təbabətində aylant yarpaqları və meyvələrini çay kimi dəmləyib skarlatinaya və difteriyaya qarşı istifadə edirlər.
İstifadə qaydası: bitkinin qurudulmuş meyvələrindən çay kimi dəmləyib, xroniki mədə-bağırsaq xəstəliklərində zərif işlətmə dərmanı kimi qəbul edirlər.
 
Bitkilər və təbabət (5)

Başın ağacı
(lat. Viburnum opulus)
Azərbaycanda başın ağacının 3 növü yayılıb. Dərman məqsədilə bitkinin cavan gövdəsindən qol-budaqlarından və qabıqlarından istifadə edirlər. Qabıqları xüsusi alətlə yazın ilk aylarında toplanır, sonra quruducularda 50-60 dərəcə tempraturda qurudulur, qutularda və ya kağız torbalarda saxlanılır.
Bitkinin qurudulmuş qabıqlarının sulu bişirməsindən daxili qanaxmalarda, xüsusilə uşaqlıq qanaxmalarında qankəsici dərman kimi istifadə edirlər. 
Başın ağacının meyvələri ödqovucu və sidikqovucu dərman kimi işlədilir. Meyvələrindən hazırlanan bişirməni bal ilə bərabər hissədə qarışdırıb, quru öskürəkdə sakitləşdirici dərman kimi qəbul edirlər. Təzə dərilmiş meyvələrindən alınmış şirəni bal ilə qarışdırıb mədə ağrılarında və hiperasid qastritlərdə işlədirlər. Başın ağacının meyvələri vitaminlərlə olduqca zəngindir.
İstifadə qaydası: bitkinin qurudulmuş qabıqlarından 10 qram 1 stəkan qaynar suda 2 saat müddətində dəmləyir, sonra gündə 3 dəfə, hər dəfə 1 xörək qaşığı içirlər. Qurudulmuş meyvələrindən 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmləyib yeməkdən qabaq gündə 3-4 dəfə, hər dəfə 2 xörək qaşığı qəbul edirlər.
Bitkilər və təbabət (5)

Beşdişicikli yemişan
(lat. Crataegus pentagyna)
Yemişanın qurudulmuş çiçəklərindən və meyvələrindən çay dəmləyib onu ürək nevrozunda, hipertoniyada, tənginəfəslikdə , ürəyin aritimiyasında, eləcə də ürək əzələsinin fəaliyyətini qüvvətləndirici dərman kimi daxilə qəbul edirlər.
İstifadə qaydası: yemişanın qurudulmuş çiçəklərindən 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suda 2 saat dəmləyirlər, sonra gündə 3-4 dəfə, hər dəfə stəkanın 1/4 miqdarını daxilə qəbul edirlər.
Bir xörək qaşığı qurudulmuş yemişan meyvələrindən götürüb 1 stəkan qaynar suda 2 saatın müddətində dəmləyir, sonra gündə 3-4 dəfə, hər dəfə 3 xörək qaşığı içirlər.

 



30 may 2014
GO BACK