Qadin.NET / Bitkilər və təbabət (4)

Bitkilər və təbabət (4)

Bitkilər və təbabət (4)
Adi sərv
(lat. Cupressus sempervirens)
Azərbaycanda sərvin 2 növü becərilir. Tibbi əhəmiyyətlisi adi sərvdir. 25 metr hündürlükdə, həmişəyaşıl, iynəyarpaqlı, düz ağacdır, tünd yaşıl rəngdə iynəyarpaqları cavan budaqlarda uzunsov-itidir. Qoca budaqlarda kütdür, budağa sıxılmış vəziyyətdədir. Meyvələri (qozaları) girdə formada və ya yumurta şəklindədir. Qozasında 8-dən 20-yə qədər toxumaları yerləşir, ikinci ilin payızında yetişir. Toxumları tünd qonur rəngdədir. Azərbaycanda adi sərv Abşeronun parklarında, eləcə də pespublikanın bir çox rayonlarında (Zaqatala, Astara, Lənkəran, Quba, Gəncə və.s) becərilir. 
Adi sərvin yarpaqlarının tərkibində 1 %-ə qədər efir yağı, 7,6 % qatran maddələri 1,2 % flavonoidlər, 5,8 % aşı maddələri, 1,9 % üzvi turşular və 78,3 %-dən 95,5 mq %-ə qədər askorbin turşusu müəyyən edilmişdir.
Yarpaqlarından və qozalarından hazırlanan bişirmə və məlhəm sidikqovucu, antibakterial və yarasağaldıcı təsirə malikdir. Odur ki, yarpaqlarından və meyvələrindən böyrək xəstəliklərində, sidik yolları iltihabında, eləcədə dəri yaralarında istifadə olunur. 
İstifadə qaydası: xalq təbabətində sərvin qozalarından çay kimi dəmləyib babasil xəstəliyində iltihabı aradan qaldıran dərman kimi işlədirlər. Bu məqsədlə qurudulub xırdalanmış sərv qozalarından 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmləyib, gündə 3-4 dəfə, hər dəfə 1 stəkan içilir. 
Bitkilər və təbabət (4)
Adi gilənar (albalı)
(lat. Cerasus)
Gilənarın şirəsindən xroniki qəbizlikdə istifadə edilir. Meyvələrinin saplaqları qankəsici və sidikqovucu, eləcə də hidronsa qarşı, həm də sidik yollarında daş olduğu zaman işlədilir. Meyvələrinin bişirilməsi artritlərdə, yarpaqlarını isə süddə dəmləyib sarılıq xəstəliyində işlədirlər.
İstifadə qaydası: gilənarın meyvə saplaqlarından 10 qram götürüb 1 stəkan qaynar suda 20-dəqiqə dəmləyəndən sonra soyudub gündə 4 dəfə içirlər. 
Bitkilər və təbabət (4)
Adi razyana
(lat. Foeniculum vulgare)
Razyana xoş ətirli iyə malik bitkidir. Meyvələrindən istifadə olunur. Meyvəsinin tərkibində 3-6 faiz efir yağı vardır. Efir yağının tərkib hissəsinin 50-60 faizini anetol adlanan aromatik birləşmə təşkil edir. Elmi təbabətdə meyvələrindən və efir yağından tənəffüs yolları xəstəliklərində bəlğəmgətirici və antiseptik xroniki mədə-bağırsaq xəstəliklərində isə həzm prosesini yaxşılaşdırıcı, köpmənin qarşısını alıcı dərman kimi geniş istifadə olunur.
İstifadə qaydası: xalq təbabətində qurudulmuş və xırdalanmış meyvələrindən 2 çay qaşığı 1 stəkan suda 10-15 dəqiqə dəmləyib yeməkdən qabaq gündə 3-4 dəfə, hər dəfə 2 xörək qaşığı içirlər.
Bitkilər və təbabət (4)
Adi suboyar
(lat. Hydrocharis morsus-ranae)
Azərbaycanda bir növü bitir. Çoxillik su bitkisi olub suda üzən gövdəyə malikdir. Uzun saplaqlı ürəkvari yarpaqları var. Yarpaqaltlıqları iri və nazikdir, enli lansetvaridir. Çiçəkləri uzun saplaqlıdır, ağdır, bircinslidir. Bitki iyun ayından çiçək açır, meyvələr iyunda yetişir. 
Azərbaycanda ancaq Lənkəran ovalıqlarındakı sakit göl sularında yayılıb.
İstifadə qaydası: xalq təbabətində yarpaqlarını çiçək açan vaxtı toplayıb qurudur, çay kimi dəmləyib nəfəs yolları xəstəliklərində öskürək yumşaldıcı və bəlğəmgətirici dərman kimi istifadə edirlər.
Bitkilər və təbabət (4)
Amorfa
(lat. Amorpha)
Amorfa bitkisindən qlikozid təbiətli "frusin" alınır. Bu preparat sinir sistemi xəstəliklərində, vegetativ nevrozda, ürək damar sisteminin nevrozlarında və paroksizmal taxikardiyada tətbiq olunur.
İstifadə qaydası: gündə yeməkdən sonra 2-3 dəfə, hər dəfə 1 tablet qəbul edilir. Müalicə kursu 20-30 gündür. Hər 10-gündən bir 3 gün fasilə verilir.
28 may 2014
GO BACK