Qadin.NET / Orqanizmin düyü ilə təmizlənməsi

Orqanizmin düyü ilə təmizlənməsi

Orqanizmin düyü ilə təmizlənməsi

Şərqdə sidik yolları xəstəlikləri və ya oynaqlarda duz yığılması zamanı orqanizmin düyü ilə təmizlənməsi prosedurundan istifadə edilir. Bu prosedurdan istifadə zamanı orqanizmdən toksinlər kənarlaşdırılır, maddələr mübadiləsi yaxşılaşır, çəki normaya düşür, şişkinliklər azalır, böyrək və qaraciyərin fəaliyyəti yaxşılaşır. Bu terapiya zamanı yaxşı nəticə əldə etmək üçün duzsuz pəhrizə əməl edilməlidir. Terapiyanın sonunda sidik bulanıq və selikli olur. Bu da orqanizmin təmizlənməsi deməkdir. 

Prosedura başlamaq üçün öncə 4 stəkan götürün, onları nömrələyin. Əgər proseduru ailənizlə birlikdə keçirəcəksinizsə, o zaman yarım və ya bir litrlik bankalar götürün. Əsas odur ki, stəkanları qarışıq salmayasınız. Düyü 4 gün islaqda qalmalıdır.

1-ci gün

Səhər düyünü yuyub 2-3 xörək qaşığı stəkana tökün, üstünə soyuq su alın. Stəkanın ağzını örtün.

Orqanizmin düyü ilə təmizlənməsi

2-ci gün

1. Səhər stəkandakı düyünü ələkdə yuyun, sonra yenidən üzərinə soyuq su alın.

2. Bundan sonra 2-ci stəkana 2-3 xörək qağışı yuyulmuş düyü tökün, üstünə soyuq su alıb 1-ci stəkanın yanına qoyun.

3-cü gün

1. 1-ci və 2-ci stəkandakı düyüləri yenidən ələkdə yuyun və üzərinə soyuq su alın.

2. 3-cü stəkana 2-3 xörək qaşığı yuyulmuş düyü töküb üzərinə soyuq su alın.

4-cü gün

1. 1-ci, 2-ci və 3-cü stəkandakı düyünü növbə ilə ələkdə yuyun və üzərinə soyuq su alın.

2. 4-cü stəkana yuyulmuş duyu töküb üstünə soyuq su alın.

Orqanizmin düyü ilə təmizlənməsi

5-ci gün

1. 1-ci stəkandakı düyünü yuyub ondan sıyıq bişirin. Düyünü çox qaynatmayın, sıyıq duru olmalıdır. Yeməzdən 20-30 dəqiqə öncə bir stəkan su için. Eyni zamanda düyünü çiy halda da yemək faydalıdır, 4 gün ərzində yumşalmış olur. Düyünü yedikdən sonra 4 saat ərzində heç nə yeməyin və su içməyin.

2. Boşalmış stəkana yenidən düyü tökün və üzərinə soyuq su alıb lap axır sıraya qoyun. Bunu 2 ay ərzində təkrarlamaq lazımdır. Səhər düyünü yedikdən sonra eyni qayda ilə yenisini hazırlamaq lazımdır. Günorta və şam yeməyinə istədiyiniz hər şeyi yeyə bilərsiniz. Xörək duzu, acı və turş yeməklər, alkoqol və siqaretdən istifadə etmək olmaz.  

Düyü ilə təmizlənmənin heç bir əks təsiri yoxdur. Bəziləri prosedurun əvvəlində bir qədər zəiflik hiss edə bilərlər. Bunun öhdəsindən gəlmək üçün asanlıqla keçirmək üçün daha çox istirahət edin.

Düyü ilə orqanizmin təmizlənməsi prosedurunu ildə 1-2 dəfə keçirmək lazımdır.

6 may 2014
GO BACK