Qadin.NET / Albalı şirəsi albalıdan daha faydalıdır

Albalı şirəsi albalıdan daha faydalıdır

Albalı şirəsi albalıdan daha faydalıdır
Alimlər tərəfindən aparılan araşdırmalar albalının meyvəsindən çox, suyunun antioksidan baxımdan daha faydalı olduğunu ortaya çıxarıb. Araşdırmalarda albalı şirəsinin bütün bioaktiv komponentlərinin miqdarı və dəyişmələri araşdırılıb. Nəticədə albalıda antioksidan xüsusiyyətlərə sahib antosianin komponentlərinin əhəmiyyətli ölçüdə qorunduğu, albalı şirəsinin isə bu xüsusiyyətiylə digər meyvə şirələrindən fərqləndiyi müəyyən edilib.
 Albalı şirəsi albalıdan daha faydalıdır
Antosianin - meyvə və tərəvəzlərə qırmızı və bənövşəyi rəng verən maddədir. Albalı meyvə şirəsinə çevrildiyi zaman antosianin miqdarının 87%-ni qoruyur. Araşdırmada albalının yüksək bioyararlılıq göstərən qısa zəncirli prosianidinlər baxımından zəngin olduğu da təsdiqlənib.
Albalı zəngin antosianin və digər polifenolik maddələrlə antioksidan xüsusiyyəti yüksək olan qırmızı meyvədir. Ölkəmizdə yetişdirilən albalı meyvəsinin 85%-i başda meyvə şirəsi olmaqla müxtəlif məhsullarda (albalı konservi, marmelad, dondurulmuş albalı) da istifadə olunur.
Albalı şirəsi albalıdan daha faydalıdır
Albalıdakı antioksidan xüsusiyyət daşıyan antosianin və polifenolik komponentlərin miqdarlarının orqanizmə nə dərəcədə təsir etdiyi bilinmirdi. Bu sahədə də bir sıra araşdırmalar aparılıb. Təhlillərin nəticəsində əhəmiyyətli bilgilər əldə edilib. Albalı şirəsində C vitamini molekulunun şəkil dəyişdirdiyi və 60% nisbətində qorunduğu yeni təhlillərlə aşkar edilib.
Albalı şirəsi albalıdan daha faydalıdır
Araşdırma nəticəsində albalıdakı antosianinlərin bioaktivliliyinin nektarda meyvəyə nisbətən 3 dəfə çox olduğu aşkar edilib. Bütün bu araşdırmalar nəticəsində albalı şirəsinin sağlamlığa faydalı içki olduğu təsdiq edilib.
23 aprel 2014
GO BACK