İstər ətri, istərsə də dadı insanı sanki ovsunlayır. Ətri və dadı qədər görünüşüylə də cəlbedici bir meyvədir. Eyni zamanda təxmin edə bilməyəcəyiniz qədər faydalıdır. Marketlərdə yer almağa başlayan bu gözəl meyvənin faydalarını sizinlə də paylaşmaq istəyirəm.
1. Çiyələk diş və diş ətləri üçün böyük bir dərman mənbəyidir. Çiyələk diş ətlərini gücləndirərkən dişlərin öz bəyazlığına qovuşmasını təmin edir. Maralıdır ki, bir çox məşhur ulduzlar dişlərini ağartmaq üçün çiyələklə dişlərinə masaj edirlər.
2. Ən gözəli şirin çiyələkdir! Xüsusilə pəhriz zamanı şirniyyat böhranına girdiyiniz zaman çiyələk yeyərək şəkərə olan istəyinizi azalda bilərsiniz. Şəkər nisbəti aşağı olan çiyələyin 10 dənəsi yalnız 58 kaloridir! Bununla yanaşı, çiyələk arıqlamaqda köməkçi olan hormonları da tənzimləyir. İştahı kəsərək maddələr mübadiləsinin sürətlənməsinə səbəb olur.
3. Çiyələk antioksidantdır və buna görə də immun sistemini gücləndirir. Hətta xərçəngə qarşı qoruyucu təsirinin olduğu da sübut edilmişdir.
4. Çiyələyin dəriyə faydalarını da saymaqla bitirə bilmərik. Tərkibindəki vitaminlərlə dərinin cavanlaşdırır. Çiyələkdən yalnız yeməklə deyil, maskasını etməklə də faydalana bilərsiniz. Bunun üçün çiyələk püresini bir az südlə qarışdıraraq üzünüzə sürtə bilərsiniz. Bu maskanı həftədə bir dəfə tətbiq etməyiniz kifayətdir.
5. Çiyələk eyni zamanda bədən üçün bir təmizləyici vasitədir. Toksik maddələrin bədəndən xaric edilməsini təmin edir.
6. Stresli olduğunuz zaman çiyələyin sakitləşdirici təsirini sınaqdan keçirə bilərsiniz. Çoxlu yediyiniz zaman əsəbləri sakitləşdirər, eyni zamanda da təzyiqinizi nizamlayar.
7. Gündə iki kasa yeyilən çiyələk 1 həftə ərzində cinsi gücü artırıcı təsir göstərməyə başlayır. Qan dövranını artırması və sperm sayını çoxaltmasını nəzərə alaraq deyə bilərik ki, kişilər üçün də faydalı bir meyvədir.