Yaşıl qəhvə hər kəsin istifadə etdiyi adi qəhvənin hələ qovrulmamış halıdır. Yaşıl qəhvənin hazırlanması və istifadəsi qara qəhvədən bir qədər fərqlidir. Əvvəllər bu qəhvə növünü tapmaq çətin idisə, indi hər kəs onu rahatlıqla tapıb ala bilər.
Yaşıl qəhvədə antioksidant miqdarı adi qəhvədən bir qədər çoxdur. Vitamin və amin turşusu baxımından da zəngindir. Adi qəhvədən fərqli olaraq o, yüksək temperaturda qovrulmur.
Yaşıl qəhvə ilə arıqlamaq normal qəhvəylə arıqlamaqdan iki qat daha təsirli olur. Ancaq yalnız yaşıl qəhvə içməklə arıqlamaq olmur. Bununla yanaşı, mütləq idman hərəkətləri etmək lazımdır.
Yaşıl qəhvəni hazırlamaq üçün bir çay qaşığı götürüb adi qəvhə kimi bişirmək lazımdır. Bir çay qaşığı yaşıl qəhvədən bir finçan alınır. Yaşıl qəhvənin ətri adi qara qəhvənin ətrindən fərqlidir. O, daha çox bitki çalarını xatırladır. Yaşıl qəhvəni gün ərzində iki fincandan artıq içmək məsləhət görülmür.
Yaşıl qəhvənin faydalarına gəldikdə isə əmin olun ki, o, yüz faiz təbii məhsuldur. Qovrulmadığı üçün tərkibində kofein az olur. Tərkibində antioksidantlar var. Şəkər xəstəliyindən əziyyət çəkənlər onu rahatlıqla içə bilərlər. Çünki qan şəkərinə mənfi təsir etmir. Yaşıl qəhvəni yorğunluq, halsızlıq zamanı içəndə insana güc verir. İmmunitet sistemini gücləndirməyə kömək edir. İnsanın özünü gümrah hiss etməsinə səbəb olar.
Çoxları belə düşünür ki, yaşıl qəhvəni istədikləri qədər qəbu edə bilərlər. Bu tip fikirlərə əsla aldanmayın. Çünki heç bir yemək və ya içki evdə rahatlıqla oturub qəbul etməklə sizi arıqlatmaz. Arıqlamaq istəyən hər şeydən əvvəl fəal həyat tərzi sürməlidir. Yeməkləri az, amma tez-tez yeyin. Yaşıl qəhvə için və idman edin. Yalnız bu zaman istəyinizə nail olduğunuzu görəcəksiniz.
Sağlam olun ki, həyata gülümsəyə biləsiniz. Sağlamlığınızın qeydinə qalın!