Əziz Qadın.Net-lilər, hər birimizin bildiyi kimi, bütün bitkilərin, meyvə-tərəvəzlərin öz faydaları var. Bu gün mən meyvələrin faydalarından yazacağam. Ümid edirəm ki, bu məlumatlar sizin üçün faydalı olacaq. Buyurun, oxuyun.
Banan ürəyin nizamlı işini və təzyiqin nizamlı olmasını təmin edir.
Alma qanı və böyrəyi təmizləyər, cildə parlaqlıq və gözəllik verər, baş ağrısını aradan qaldırar. Revmatizmə və yuxusuzluğa kömək edər. Yüksək təzyiqi aşağı salar, bağırsaqdakı qurdların tökülməsinə kömək edər.
Kivi xərçəngin yaranmasına mane olar, qanı təmizləyər, qan laxtalanması riskini azaldar. Qandakı yağ nisbətini azaltmaqda kömək edər.
Portağal soyuqdəyməyə və qripə kömək edər, iflicdən qoruyar, təzyiqi normallaşdırar. Cildin quruyub qırışmasının qarşısını alar, bədəndəki əzik və göyərmiş yerləri sağaldar.
Çiyələk qızdırmanı salar, sakitləşdirici təsiri var. Dişlərə və diş ətinə xeyirlidir.
Ananas bakteriyalar və parazitlərlə mübarizə aparır. Yaraların tezliklə sağalmağına yardım edir.
Üzüm qaraciyəri təmizləyir, qan azlığını təmin edir. Həzmi asanlaşdırır.
Şaftalı böyrəkdəki daşları tökür, həzmə kömək edir.
Ərik qan azlığına xeyirlidir, sümük əyilməsinin qarşısını alır. Qəbizliyə xeyirlidir. Səhər acqarına yeyilən ərik qurusu bütün gün boyu həzmə kömək edər, cildi canlandırar və ona canlı rəng verər.
Əncir enerji verər, cinsi gücü artırır. Sümüyü möhkəmləndirər, yüksək qan təzyiqini salar.
Armud qan azlığını və qəbizliyi aradan qaldırar.
Gilas güclü ağrıkəsicidir. Qəbizliyi aradan qaldırır, üzdə olan sızanaqların təmizlənməsinə kömək edir.
Yemiş qanı təmizləyir, insan bədənini zərərli maddələrdən qoruyur. Bağırsaq və dəri xərçəngi riskini azaldır. Yuxusuzluğa xeyirlidir.