Qadin.NET / Keçibuynuzu bəkməzinin faydaları

Keçibuynuzu bəkməzinin faydaları

Keçibuynuzu bəkməzinin faydaları

Keçibuynuzu Anadoluda bəzi bölgələrdə harnup olaraq da tanınır. Yer üzünün ən qədim bitkilərindəndir, ana vətəni Cənubi Anadolu, Suriya, Kipr, Yunanıstan, İspaniya, Tunis, Fələstin və Liviyadır, Türkiyədə Antalya, Mərsin, Silifke, Datça ətraflarında bitir. Keçibuynuzu yetişməyə başladığı ilk 15 il meyvə verməyən bir bitkidir. Meyvələri ilk başlarda yaşıl olur, yetkinləşdikcə qəhvəyi rəngə dönür və tam yetkinləşəndə parlaq qəhvəyi rəng alır.

Keçibuynuzu bəkməzinin faydaları
Keçibuynuzunun ən böyük xüsusiyyəti nəfəs darlığına qarşı olduqca təsirli olmasıdır. Allergiyanın səbəb olduğu nəfəs darlığı problemlərində uğurla tətbiq oluna bilər. Onun tərkibindəki qall turşusu insan sağlamlığı üçün çox istiqamətli xüsusiyyətləri olan bir maddədir. Bu xüsusiyyətlərindən bəziləri aşağıdakılardır: 
- Ağrıkəsici
- Allergiyaya qarşı
- Astmaya qarşı
- Antibakterial 
- Bronxitə qarşı
- Xərçəngə qarşı
- Qaraciyəri toksinlərdən təmizləyici
- Antioksidant 
- İmmunitet sistemini gücləndirici
- Mikroblara qarşı
- Antiseptik
- Bronxları genişləndirici
- Uşaq iflicinə qarşı
Keçibuynuzu bəkməzinin faydaları
Keçibuynuzu bəkməzinin faydaları:
* Kalsium baxımından çox zəngindir (süddən 3 dəfə çox).
* Tərkibindəki E vitamini sayəsində öskürəyə, qripə, sümük əriməsinə və qan azlığına yaxşı təsir edir.
* Bəlğəm gətirir, sinəni yumşaldır, bronxları açır, siqaret çəkənlər üçün faydalıdır və nəfəs darlığına olduqca təsirlidir. Allergik nəfəs darlığı çəkənlərə israrla keçiboynuzu bəkməzi tövsiyə edilir.
* Yüksək xam sellüloza təsiri ilə bağırsaq narahatlıqlarına və qastritə yaxşı təsir edir.
* Mədə köpünü aradan qaldırar.
* Bağırsaq mikroblarını təmizləyər.
Keçibuynuzu bəkməzinin faydaları
* Mədəyə qüvvət verər .
* Yüksək mineral və vitamin tərkibi ilə də diş və diş ətləri üzərində çox müsbət təsirləri vardır.
* Yüksək təbii şəkər, zəngin minerallar (xüsusilə sink) və vitaminlər (A, B, B2, B3, D) tərkibi səbəbindən təbii güc və qida
qaynağıdır.
* Yüksək natrium və kalium tərkibi sayəsində təzyiq, qaraciyər və ağciyər üzərində çox yararlı təsirləri vardır. Qanın zəhərli maddələrini təmizləyər.
* Ürəyə faydalıdır, ürək çırpıntısını önləyər.
* İnsan bədəninə girən radiasiyanı çölə atar.
2 aprel 2016
GO BACK