Qadin.NET / Arı südünün faydaları

Arı südünün faydaları

Arı südünün faydaları
Son illərin ən çox seçilən əlavə qidalarından biri saf arı südüdür. Arı südü uşaqlıqdan yaşlılığa qədər faydalı olan bir qidadır. 
Arı südü 5-15 günlük işçi arıların udlaqüstü vəzilərindən ifraz etdikləri maddədir. Arı südü gel konsistensiyasında, axıcı, suda həll olan, krem ya da ağ rəngdə, turş və qoxusu iti maddədir. Bu qida maddəsinə süd deyilməsinin səbəbi rəng bənzərliyidir. Bununla yanaşı, kraliça arının qida qaynağı olması da səbəblər arasındadır.
Arı südünün tərkibində eyni anda bir çox mineral və fermentləri saxlayar.
İşçi arılar yalnız sürfə dövrlərində 6 gün arı südüylə bəslənərkən, kraliça arılar müntəzəm olaraq arı südüylə bəslənir.
Arı südünün faydaları
Kraliça arıların öz ağırlıqlarında yumurtlamalarının səbəbi qidalanma qaynaqları olan arı südüdür. Arı südünün tərkibində A, C, D və E vitaminləri, B vitamin kompleksi, bir çox amin turşusu, fosfor, selenium, sink, manqan, maqnezium kimi bir çox əhəmiyyətli mineral, müxtəlif hormon və fermentlər vardır. Buna baxmayaraq, elm adamları tərəfindən arı südünün yüzdə 3-lük qismi hələ tapılmayıb. Bu kompleks quruluşuyla arı südü immunitetdən inkişafa, sonsuzluqdan antioksidant təsirə, şəkərdən yaddaşsızlığa qədər bir çox problemə kömək edir. Arı südü əvvəllər yalnız uşaqlar üçün istifadə edilirdi, bu gün isə hər kəsin istifadə etdiyi qida halına gəlmişdir. Arı südü üzərində bir çox elmi araşdırma aparılır. Yumurtalıq və sperma keyfiyyətini artırmaq üçün ən əsas qida qaynaqlarından biri olan arı südü gündəlik bədən enerjisi üçün də əhəmiyyətlidir. Eyni zamanda tərkibindəki antioksidant birləşmələriylə bədəndəki sərbəst radikalları yox etməyə kömək edə bilər. Genetik olaraq xərçəng riski daşıyanlar üçün həkimlər tərəfindən tövsiyə edilir. 
Arı südünün faydaları
 Arı südündən istifadə edərkən diqqət edilməlidir
Arı südündən istifadə edərkən uşaq və ürək ritm pozğunluğu olanlar üçün ekspertdən dəstək alınaraq istifadə nisbətinin təyin olunması lazımdır.
Həddindən artıq dozada ya da səhv istifadə edilən arı südü allergiyaya səbəb ola biləcəyi kimi zəhərləyə də bilər. Arı məhsullarına allergiyası olanlar qətiyyən istifadə etməməlidir.
Arı südü bazarda saf gel konsistensiyasında olduğu kimi, məcun və ya tablet formasında da istehlakçıya təqdim edilir. Saf arı südünün miqdarı yetkinlər üçün gündə 2 qramdır, uşaqlar üçün isə bu istifadə yaşa görə dəyişir.
Bir yaşdan aşağı uşaqlarda qətiyyən istifadə edilməməlidir. Məcun formasındakı arı südləri isə əksər vaxt çiçək tozu və bal ilə qarışıq halında olur. Bəzi çeşidlərdə bu qarışığa propolis də əlavə olunmuşdur. Bu preparatlardan istifadə edərkən etibarlı olmasına və istifadə dozasına diqqət etmək lazımdır. 
10 aprel 2014
GO BACK