Qadin.NET / Təbii antibiotiklər

Təbii antibiotiklər

Xəstə olanda bir çox dərmandan istifadə edirik. Əslində hər xəstəliyin dərmanı təbiətdə var. Xəstəlik zamanı bu təbii antibiotiklərdən bolluca yeyərkən sağalma daha tez baş verir. Sağlam ikən isə daha az xəstələnərik.

Sarımsaq

Təbii antibiotiklər

Sarımsaqda olan allisin maddəsi sarımsağın təbii bir antibiotik olmasını təmin edir. Soğan və sarımsaq min illərdir bir çox xəstəliyi yaxşılaşdırmaqda istifadə edilir. Qripdən vəbaya kimi hər cür xəstəliyə yaxşı təsir edir. Hər cür bakteriyanı, mikrobu və göbələyi bədəninizdən uzaqlaşdıran bu qidanı bolluca yeməyə diqqət yetirməlisiniz.

Bal

Təbii antibiotiklər

Bal içində bir çox antibiotiki saxlayır. Xüsusilə Manuka balı ballar arasında ən faydalısıdır. Bəzi primitiv cəmiyyətlər yara və yanıqlara bu balı sürtərək özlərini yarana biləcək infeksiyalardan qoruyardılar. Bundan başqa, bal yaraların daha sürətlə yaxşılaşmasını təmin edir. Hər səhər naharda bir qaşıq bal yemək, çayınıza şəkər yerinə bal qoymaq sizi bir çox xəstəliklərə qarşı qoruyacaq.

Kəklikotu

Təbii antibiotiklər

Kəklikotu bütün şəfalı otlar arasında ən sağlamı, içində ən çox antibiotik olanıdır. Kəklikotundan təzə və ya quru halda istifadə edə bilərsiniz. Bundan əlavə kəklikotunun yağından da istifadə edilir.

Adaçayı

Təbii antibiotiklər

Bu təbii antibiotikin insan bədəninə bir çox faydası vardır. Ağız, diş, oynaqlar, boğaz, ağciyər, mədə - hər orqanımıza yaxşılaşdırıcı təsiri olan adaçayı təbii bir möcüzədir!

Gül suyu

Gül suyu həm ən köhnə antibiotiklərdən, həm də ən qədim təbii kosmetikalardandır. Yaraların üstünügül suyu ilə dezinfeksiya etməklə özünüzü mikroblardan qoruya bilərsiniz. Gül suyunu dərinizə sürərək, ona sağlam görünüş bəxş edə bilərsiniz. Eyni zamanda dondurma, tort, ya da digər şirniyyatların içinə qataraq yeyə bilərsiniz.

1 aprel 2014
GO BACK