Qadin.NET / Sağlamlığa faydalı çaylar

Sağlamlığa faydalı çaylar

4 min il əvvəl ilk olaraq Çində içilməyə başlanan çay indiki vaxtda bir çox mədəniyyətin imtina edə bilmədiyi içkidir. Nahara və xoş söhbətlərə yoldaşlıq edən çay mədəniyyətlər arasında da fərqliliklər göstərir.

Ölkəmizdə qara çay istehlakı imtina edilməzliyini qorusa da, sağlamlığa faydaları səbəbiylə digər növlərə olan maraq da gündən günə artır. Xərçəngdən, ürək xəstəliklərinə qədər bir çox xəstəliyi önləyən çayların möcüzəvi xüsusiyyətləri ilə tanış olaq: 

Qara çay

Qara çayın tərkibində yüksək nisbətdə kofein vardır və bədənin yorğun düşdüyü zamanlarda yaxşı bir enerji qaynağıdır. Antioksidant anbarı olan qara çay damar tutulması və infarkt riskinin qarşısını alır. Aparılan bəzi araşdırmalarda qara çayın osteoporoz və ağciyər xərçəngi kimi xəstəliklərin qarşısını aldığı da müəyyən olundu.

Yaşıl çay

Sağlamlığa faydalı çaylar

Yaşıl çay xüsusilə qarın nahiyəsindəki yağları yandırmağa kömək edir, ürək və beyin sağlamlığını qorumaqda da əhəmiyyətli rol oynayır. Maddələr mübadiləsini sürətləndirən yaşıl çay diabetin qarşısını alır və beyin hüceyrələrini qoruyaraq Alzheimer və Parkinson kimi beyin sağlamlığı ilə əlaqədar xəstəliklərlə mübarizə aparır.

Ağ çay 

Sağlamlığa faydalı çaylar

Ağ çay yüksək qan təzyiqini salır, sümükləri gücləndirərək osteoporozu önləyir. Aparılan araşdırmalarda ağ çayın digər çaylara nisbətən xərçəngi ikiqat daha çox önlədiyi məlum oldu.

Rooibos çayı (qırmızı çay)

Ölkəmizdə qırmızı çay kimi tanınan roobios çayı Cənub Afrikada yetişən qırmızı kol bitkisindən əldə edilir. Tərkibində kofein olmayan bu çay antioksidant baxımından zəngindir, ürək xəstəlikləri və xərçəngə qarşı orqanizmi qoruyur. Maqnezium, kalsium, sink və dəmir tərkibli roobios sümükləri gücləndirir, maddələr mübadiləsini sürətləndirir və sinir sisteminə yaxşı təsir edir.

Peppermint çayı 

Sağlamlığa faydalı çaylar

Peppermint ölkəmizdə bağça nanəsi adıyla tanınır. Nanədən bir az daha fərqli xüsusiyyətlərə sahib olan bu bitki stress və gərginliyin qarşısını alır. Tərkibindəki təbii mentol ilə əzələləri rahatlaşdıran peppermint çəkini azaltmağa da köməkçi olur.

Oolong çayı 

Sağlamlığa faydalı çaylar

Fermentasaya müddəti yaşıl çaydan daha uzun olan oolong çayı ağız və diş sağlamlığını qorumağa kömək edir. Diabet, köp və yüksək xolesterol riskini azaldan oolong çayı eqzema kimi əhəmiyyətli dəri xəstəliklərinə qarşı orqanizmi qoruyur. Güclü antioksidant qaynağı olan oolong çayı bədəndən toksinlərin atılmasını da təmin edir.

29 mart 2014
GO BACK