Qadin.NET / İştahı azaldan bitkilər

İştahı azaldan bitkilər

İştahı azaldan bitkilər
Yaşıl çay
Maddələr mübadiləsinin sürətini artırır.  Bu çay enerji istehsalını artıraraq yağ yandırmağa kömək edir. Tərkibindəki C vitamini və antioksidant xüsusiyyətləriylə əlavə faydaları vardır. 
İştahı azaldan bitkilər
Mate yarpağı
İştah azaldan möcüzəvi bir bitkidir. Bədəndə sanki "yağ ovuna" çıxan bir xüsusiyyətə malikdir. Cənubi Amerika yerliləri qıtlıq və quraqlıq zamanında bir neçə yarpaq yeyərək bədənlərini onunla güçləndirirdilər. Onlar bu çayı bol miqdarda içərək həyatda qaldılar. 
Yüksək nisbətdə kalori yandıran mate yarpağı, bitki mənşəli zəifləmə potensialı ən yüksək olan bitkilərdən biridir. Eyni zamanda zehni və fiziki yorğunluğun müalicəsində çayını içərək istifadə edə bilərsiniz. Çəki itkisi üçün "yaşıl qızıl" olaraq xatırlanan bu çayı evdən əskik etməyin. 
İştahı azaldan bitkilər
Sitrus meyvələrinin efir yağları
Sitrus meyvələrinin (portağal və limon) efir yağları bədəndəki artıqları qalıcı olaraq əridən təbii bir yoldur. Bu yağlar suya damladılaraq içmək yolu ilə istifadə edilir.
İştahı azaldan bitkilər
Kərəviz
Daimi istifadə ediləndə immun sistemini gücləndirir, həzmi normallaşdırır və maddələr mübadiləsini sürətləndirir. Kərəvizi həzm etmək üçün bədən çox kalori xərcləyir. Kərəviz yeməyini və ya şorbasını hər gün və ya günaşırı yesəniz, çəki itirdiyinizin şahidi olacaqsınız. Kərəvizin salatını edərək də istifadə edə bilərsiniz. 
İştahı azaldan bitkilər
Darçın
Bu ədviyyatın təsiri xalq arısında "metabolik sindrom" olaraq bilinən insulin müqavimətinə qarşı döyüşdə potensial bir vasitə olmasıdır. Darçın tozunu yemək və içkilərə əlavə edərək istifadə edə bilərsiniz. Darçının qabıq halı isə bitki çaylarına qoyulsa, arıqladıcı təsiri olan yüksək bir içki əldə edərsiniz. 
İştahı azaldan bitkilər
Hil
Pudinq, südlü şirniyyatların yanında, çay ilə qəhvədə ləzzət verici təsirinə görə işlədilən bir bitkidir. Ədviyyat olaraq satılır. Sakitləşdirici və həzmə köməkçi olan bu otu arıqlamaq istəyənlərə mütləq tövsiyə edilir. Digər tərəfdən sarımsaqlı, soğanlı yeməklərdən sonra kiçik bir hil nəfəs təzələməyi təmin edər. Konsentrasiyanı artırmaq və sakitləşdirmə xüsusiyyəti vardır. Çayınıza, şəkərsiz qəhvəyə və ya bir stəkan ilıq suya bir çimdik ataraq için. Nizamlı olaraq arıqladığınızı görəcəksiniz. 
İştahı azaldan bitkilər
Banan
Toxluq hissi verdiyi üçün çəki azaltmaqda yardımçıdır. 
İştahı azaldan bitkilər
Kətan toxumu
Vitamin, zülal və lif baxımından mükəmməl bir qaynaqdır. Bir qaşıq tırtıllı kətan toxumunu qatığa əlavə etdiyiniz zaman özünüzü ac hiss etməzsiniz. Buna əlavə olaraq immun sistemini gücləndirər. Yeməklərdən yarım saat əvvəl qəbul edilməlidir. 
İştahı azaldan bitkilər
Cəfəri
Əla bir sidikqovucudur. Cəfəri suyu iştahınızı basdırar və qida istəyini azaltmağa kömək edir. Kök suyu və cəfəri suyu birlikdə qəbul edilərsə, qan şəkəri səviyyəsini qorumağa köməkçi olur. 
İştahı azaldan bitkilər
Gicitkən
Bədəndən toksinlərin atılmasına köməkçi olar. Gicitkən otu iştahı kəsən, arıqlamağa kömək edən çay kimi dəmlənib içilməlidir. Tərkibi C və E vitaminləri baxımından zəngindir. Kalsium, maqnezium, dəmir, silisium, kalium kimi minerallar da tərkibinə daxildir. 
İştahı azaldan bitkilər
Şüyüd
Aclığı azaldır, 4 çay qaşığı razyana toxumunun üzərinə 2 litr qaynar su tökün və 5 dəqiqə bişirin. Gündə 3 dəfə 4 stəkan için. 
İştahı azaldan bitkilər
Qırmızı bibər
Qırmızı bibər maddələr mübadiləsini təxminən 25% nisbətində yüksəldir. Digər tərəfdən susuzluğu təşviq edərək daha çox su içilməsini təmin edir. Beləcə, arıqlamağa səbəb olur. 
İştahı azaldan bitkilər
Arı mumu
Maddələr mübadiləsini canlandırır və iştahınızı basdırar. 
Yemək üçün səbirsizlik edənlərə çay tərifi: 
Dandelion yarpağı, banan, nanə və kahını hərəsindən bir tutam götürüb parçalara bölün. Nanə daha az ölçüdə olsun. Hamısını blenderə ataraq suyunu çıxarın. Bu da arıqladıcı içki kimi əlinizin altında olsun.
2 aprel 2014
GO BACK