Qadin.NET / Aqillərin inamına görə...(4)

Aqillərin inamına görə...(4)

Yer üzündə hər bir nemətin bir faydası, xeyri vardır. Təbiətdə elə bir qida, elə bir meyvə və yaxud tərəvəz, bitki tapılmaz ki, nəyəsə xeyri olmasın. Bu gün sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar Həkimovanın şəxsi araşdırması nəticəsində bir yerə topladığı bu məlumatları sizə təqdim edirəm.  

Aqillərin inamına görə...(4)

* Günvuran adamın başgicəllənməsinin müalicəsi üçün üzüm şirəsini qaynadıb, başa tənziflə təpitmə qoymaq məsləhətdir.

* Küt başağrılarından əziyyət çəkən xəstələrə şiddətli ağrıların qarşısını almaq üçün zəfəranı sirkə ilə qarışdırıb, başın ağrıyan yerlərinə təpitmə qoymaq məsləhətdir.

* Şiddətli böyrək xəstəliyindən əziyyət çəkən xəstələrə, hər gün 3 dəfə yeməkdən əvvəl turpu ətçəkən maşından keçirib, bir fincan şirəsini içmək məsləhətdir.

* Daş olan xəstələrə 15-20 gün xiyarı, şüyüdü, yarpızı ətçəkən maşından keçirib, alınan şirəni hər gün yeməkdən əvvəl, üç dəfə bir fincan qəbul etmək məsləhətdir.

* Qaraciyəri şişənlərə 15-20 gün, hər gün yeməkdən əvvəl üç dəfə çobanyastığını dəmləyib bir fincan içmək məsləhətdir.

* İştahasızlıqdan əziyyət çəkənlərə 10-15 gün, hər dəfə yeməkdən əvvəl bir fincan ağ üzüm ilə limonun şirəsini içmək məsləhətdir.

* İştahası olmayan adamlara hər gün yeməkdən əvvəl təzə yetişmiş şaftalı yemək və ya 1 fincan şaftalı şirəsi içmək məsləhətdir.

* Diş ağrısından əziyyət çəkənlərə tütün yarpağı və kök qabığını (gövdə qabığı də olar) həll qaynadıb hər gün üç dəfə yeməkdən əvvəl ağzını qarqara etmək məsləhətdir. Bu, həm də dişdibi yuvalarını bərkidir, ağızda əmələ gələn xoraları və pis qoxunu da müalicə edir.

* Quru öskürək və sinə ağrılarından əziyyət çəkənlərə banan yemək məsləhətdir.

* Ürək döyüntüsündən əziyyət çəkən xəstələrə almanın cecə hissəsini bıçaqla ovub çıxardıqdan sonra ora zəfəran doldurub, tez-tez qoxulamaq məsləhətdir.

Aqillərin inamına görə...(4)

* Sarılıq xəstəliyinə tutulanlara 15-20 gün, gündə yeməkdən əvvəl üç dəfə təzə süd, badam  yağı, turş, şirin nar, cır alma şirəsini və həmçinin bağayarpağı dəmləməsi içmək məsləhətdir.

* Həddindən artıq arıq, cılız adamların kökəlməsi üçün 25-30 gün lobyanı duzu az olmaqla zeytun yağında bişirib, gündə üç dəfə yemək məsləhətdir. 

 * Öd kisəsi, qaraciyəri ağrıyan adamlara mütəmadi tut bəkməzi və şərbətindən istifadə etmək məsləhətdir.

Ağız boşluğunda qaynaşma, mucuc ar, xoralar əmələ gələndə 10-15 gün hər dəfə, yeməkdən əvvəl palıd qabığının dəmləməsi ilə qarqara etmək məsləhətdir. 

 * Saçın dibində hədsiz dərəcədə kəpək olanda, saç tökülməsi başlayanda 15-20 gün gündə bir dəfə axşamlar yatmamışdan əvvəl saç dibini soğan suyu ilə sürtmək və gicitkənin qaynadılmış suyu ilə yumaq məsləhətdir. 

 * Mədə-bağırsağı soyuqlayan və küt ağrılar verən xəstələrə 10-15 gün, hər gün bir dəfə yeməkdən əvvəl bir fincan əməköməci həlimini qəbul etmək məsləhətdir. Bu, həm də bağırsaqları yumşaldır. 

 * Tez-tez sinə ağrısından, ürək döyüntülərindən əziyyət çəkən xəstələrə mütəmadi olaraq moruq şirəsini bal ilə qarışdırıb, hər gün yeməkdən əvvəl bir fincan içmək məsləhətdir.

*Təngnəfəs (astma) xəstəliyindən əziyyət çəkənlərə hər gün yeməkdən əvvəl üç dəfə, bir fincan dəvə südü içmək məsləhətdir.

*Həddindən çox fındıq yemək adamda başağrısı, ümumi halsızlıq və yuxusuzluq yaradır. 

 * Ümumi halsızlıq, yuxusuzluq, əsəb xəstəliyinə tutulanlara yatağında heyva saxlamaq, çoxlu heyva iyləmək məsləhətdir. 

Aqillərin inamına görə...(4)

* Gözü ağrıyan, zığ gətirən xəstələrə narın (gülöyşə narının) dənələrini həvəngdəstədə əzib və ya ətçəkən maşında çəkdikdən sonra çiyid qarışığını hər gün yatmamışdan qabaq gözə təpitmə etmək məsləhətdir. 

 * Ağızda, damaqda, dişdibi yuvalarda xoralar əmələ gəldikdə və ağızdan pis qoxu gəldikdə yarpızı dərib çeynəmək, dəmləməsi ilə hər gün (10-15 gün) yeməkdən əvvəl üç dəfə ağzını qarqara etmək məsləhətdir. 

 * Ağız boşluğundan pis iy, qoxu gələn adamlara hər gün yeməkdən əvvəl hil və mixək dəmləyib içmək məsləhətdir. 

 * Kəskin mədə-bağırsaq ağrılarından əziyyət çəkən xəstələrə əvəliklə yarpızın qarışıq dəmləməsini hər gün yeməkdən əvvəl içmək məsləhətdir. 

 * Həddindən artıq yemək adamda təngnəfəslik xəstəliyi yaradır.

* Bağırsaqlarında səpgi, şiş, soyuqdəymə olan xəstələrə çobanyastığı dəmləməsindən tez-tez istifadə etmək məsləhətdir.

* Göz nahiyəsində şiddətli ağrılar, qızartılar və şiş olan xəstələrə hər axşam bir yumurtanın ağını gülabla qarışdırıb tənziflə gözün üstünə qoymaq məsləhətdir. Bu, ağrıların azalmasına, gözün tez sağalmasına kömək edir. Müalicə azı 10 gün davam etdirilməlidir. 

 * Ağzında yara olan adamlara hər gün, axşam-səhər təzə sağılmış çiy süd ilə qarqara etmək məsləhətdir. 

 * Ağzından pis qoxu gələn adamlara hər gün (bir ay müddətində) yeməkdən əvvəl uç ədəd şax (ağ) tut yarpağı çeynəmək məsləhətdir. 

 * Mədə soyuqlamasından, göyöskürəkdən, qanlı bəlğəmdən əziyyət çəkən xəstələrə zəncəfili balla qarışdırıb hər axşam-səhər bir çay qaşığı udmaq məsləhətdir. Bu, əhvali-ruhiyyəni yüksəldir. Həzmi də asanlaşdırır. 

Aqillərin inamına görə...(4)

* Zökəm olan və mədə-bağırsaq ağrılarından əziyyət çəkən xəstələr axşam-səhər armud yemək məsləhətdir. Bu, xəstəni sağaldır, mədəni qüvvətləndirir. 

 * Ürəyi ağrıyan, ürəkdöyüntüləri çox olan xəstələrə innabı kəklikotu ilə birlikdə dəmləyib hər dəfə yeməkdən əvvəl bir fincan içmək məsləhətdir. Müalicə olduqca əhəmiyyətlidir. 

 * İflic olan, göyöskürəyə və bəlğəmə tutulan oynaq və bel ağrılarından əziyyət çəkən xəstələrə çoxlu xurma yemək məsləhətdir. 

* Ürək ağrısı, ürəkdöyüntüsü və yel xəstəliyindən əziyyət çəkənlərə reyhanı şəkər və ya bal ilə qarışdırıb 20-25 gün, gündə 30 qram içmək məsləhətdir. Müalicə əhəmiyyəti olduqca böyükdür. 

Aqillərin inamına görə...(4)

 * Qərənfili dəmləyib, hər gün üç dəfə, yeməkdən əvvəl içmək yaddaşı, hafizəni möhkəmləndirir. 

* Əzilmiş xəstələrə 10-15 gün axşamlar çiy kartofu əzib əzilən yerin üstünə təpitmə qoymaq məsləhətdir. 

* Mədə qıcqırması olan adamlara, 10 gün gündə 3 dəfə, yeməkdən əvvəl turşəng, quzuqulağı və ya təzə kələm yemək məsləhətdir. 

* Təngnəfəs olan adamlara 15-20 gün balqabaq xəşili yemək məsləhətdir.

* Böyrəyində daş olan xəstələrə bir limonla iki dəstə şüyüdü əvvəl ətçəkən maşından keçirib, süzdükdən sonra iki həftə, hər gün yeməkdən əvvəl üç dəfə, bir xörək qaşığı şirəsini içmək məsləhətdir. 

* Moruq (böyürtkən) çox dərdin dərmanıdır; gözün görmə qabiliyyətini artırır, babasil xəstəliyinin sağalmasına kömək edir; böyürtkən kökünü dəmləyib içmək öd kisəsində, böyrəklərdə olan daşın tökülməsinə kömək edir, saçların ağarmasının qarşısını alır, yemək zamanı həzmi asanlaşdırır, insanlarda xoş əhvali-ruhiyyə yaradır.

* Ağzında yara olan və diş ağrısından əziyyət çəkən xəstələrə hər gün, yeməkdən əvvəl ağzını sarımsaq şirəsi ilə üç dəfə qarqara etmək məsləhətdir. 

* Bərk soyuqlayan, qancır olan, göyöskürəyə tutulan, sinəsində güclü bəlğəm olan xəstələrə 10-15 gün təzəcə açmış nar çiçəyini dəmləyib bal ilə qarışdırıb, hər gün yeməkdən qabaq bir fincan içmək məsləhətdir.

*  Təngnəfəs olan xəstələrə badam yağmı bal, süsən kökü, mum və gülab ilə qarışdıraraq dəmləyib içirtmək məsləhətdir. Bu cür müalicəni 20-25 gün ardıcıl davam etdirmək, xəstəliyin aradan qalxmasına kömək edir.

Aqillərin inamına görə...(4)

* Boğazı gələn adamlara tut ağacının yarpağını dəmləyib, bir həftə, hər gün yeməkdən əvvəl qarqara etmək məsləhətdir və yarpağın özünü isə isti-isti tənzifə büküb boğazına bağlamalı. 

* Dişin əti şişərsə, ağız nahiyəsində yara olarsa, bir neçə gün yabanı yarpız şirəsi ilə ağzı qarqara etmək məsləhətdir. Yarpızı yuyub, hər gün yeməkdən əvvəl çeynəyib udmaq da xeyirlidir.

* Şəkər xəstəliyindən əziyyət çəkən adamlara balqabağı (boranını) ətçəkən maşından keçirib şirəsini gündə üç dəfə, yeməkdən əvvəl yarım fincan içmək məsləhətdir.

* Qan təzyiqi yuxarı olan adamlara şəkər çuğundurunu ətçəkən maşından keçirib sonra süzüb ona bir çay qaşığı bal qatıb gündə 3 dəfə, yeməkdən əvvəl bir fincan içmək məsləhətdir. Bu cür türkəçarə müalicə qan təzyiqini aşağı salır. 

* Oynaq ağrılarından, duzlaşmadan əziyyət çəkən xəstələrə 15-20 gün yüz bir zeytun yarpağını ilıq su ilə yuyub bir litr suda dəmləmək: onu yeməkdən əvvəl və sonra içmək məsləhətdir. Qalan dəmləməni atmamaq, onu yenidən qızdırıb içmək olar. Bu müalicə yaxşı nəticə verir, ağrılar yox olur, duzlaşma əriyir, əhval-ruhiyyə yaxşılaşır.

Aqillərin inamına görə...(4)

* Dəvətikanının kök, zoğ, çiçək qarışığı dəmləməsi sətəlcəmin, qançırın, bəlğəmin, soyuqdəymənin ən yaxşı müalicə üsuludur. Bu xəstəlikdən əziyyət çəkənlərə 10-15 gün, hər dəfə yeməkdən əvvəl, gündə üç dəfə bir fincan dəvətikanını dəmləyib içmək məsləhətdir.

* Dəvətikanını kölgədə qurudub ilboyu da istifadə etmək olar. Müalicə əhəmiyyətini itirmir.

* Şəkər xəstəliyindən əziyyət çəkənlərə palıd qozasını yığıb möhkəm qurutduqdan sonra, onu əl kirkirəsində çəkib, narın tozunu 20-25 gün, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı qəbul etmək məsləhətdir. Çiçəyinin dəmləməsi bir çox xəstəliklərin dərmanıdır. Bərk soyuqlayan, qançır, sətəlcəm, qanlı bəlğəm, nəfəs yollarının bəzi şişlərinin, mədəbağırsaq, qurd, qaraciyər şişinin, öd kisəsi ağrılarının müalicəsinə çox kömək edir.

* Əməköməci çiçəyini qurudub, il boyu da istifadə etmək olar. Əməköməci dəmləməsini 15-20 gün, hər gün yeməkdən əvvəl üç dəfə qəbul etmək məsləhətdir.  

* Şəkər çuğundurunun kökünü, yarpağını bişirib yemək, həm soyuqdəyməyə, qanlı bəlğəmə, həm də kəskin dalaq, böyrək ağrılarını müalicə üçün əhəmiyyətlidir. 

* Yerkökü bir çox dərdin dərmanıdır. O, mədəni möhkəmlədir, sinə ağrısını azaldır, göy, quru öskürəyin müalicəsini asanlaşdırır, böyrək ağrılarına kömək edir. Yerkökünün mürəbbəsi əhvalsız, bədgüman adamların əhvali-ruhiyyəsini qaldırır, tərəfləri aktivləşdirir, bədənin zəifliyinin qarşısını alır. Mədə, qaraciyər xəstəliyinin müalicəsinə də yaxşı təsir edir.

Qeyd edim ki, verilən məsləhətləri həkim nəzarəti olmadan sınaqdan keçirməyin.

25 mart 2014
GO BACK