Meyvə-tərəvəzlər hər bir insan orqanizmi üçün faydalıdır. Onların hər birinin özünəməxsus dadı olmaqla yanaşı, həm də fərqli müalicəvi xüsusiyyətlərə malikdir. Yer üzündəki bir çox meyvələr hələ tam araşdırılmadığı üçün hər birimizə tanış olan və hər birini fəslinə görə istifadə etdiyimiz meyvələrin bizə məlum olmayan faydalarını yazmaq istəyirəm. Ümid edirəm yararlanacaqsınız.
Əncir: Bağırsaqları işlədir, enerji verir.
Alma: Böyrəklərin təmizlənməsinə, həzm narahatlıqlarının nəzarət edilməsinə kömək edir.
Ərik: Qan artırır. Gözəl dəri və saç üçün müsbət təsiri vardır. Xərçəngin qarşısının alınmasında kömək edən yaxşı bir karotenoid qaynağıdır.
Banan: Ürəyə və əzələ sisteminə faydalıdır. Yorğunluğun və ishalın əsil dərmanıdır.
Albalı: Xolesterolu aşağı salır, xüsusilə sapları sidik qovucudur. Mineral və vitamin anbarıdır. Tünd rəngli albalı açıq rəngli olanlara nisbətən daha çox mineral tərkiblidir.
Qreypfrut: Həzmi asanlaşdırır. Diş əti qanamasını azaldır, soyuqdəyməyə yaxşı kömək edir. Lifləriylə yeyilsə, xolesterolu salır.
Portağal: Soyuqdəymə, qrip, ürək xəstəliyi və iflicdən qorunmağa kömək edir.
Naringi: İnfeksiyalarla mübarizəni asanlaşdırır.
Üzüm: Böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini nizamlayır. Qaraciyəri təmizləyir. Qara üzüm qabığı və tumları ilə yeyilərsə, hüceyrə yeniləyicidir.
Qovun: Narahatlıq və yuxusuzluğa yaxşı kömək edir. Bağırsaq və dəri xərçənginə qarşı faydalıdır.
Qarpız: Qabığındakı sink halsızlığa yaxşı kömək edir. Böyrəyi təmizləyir.
Armud: Ürək-damar sağlamlığı, aşağı qan təzyiqi və fiziki gücə xeyirli olan vitaminlərlə zəngindir.
Çiyələk: Siqaret tüstüsünün təsirini azaldır. Siqaret çəkilən bir otaqda gün boyu ağıza iki çiyələk atılması məsləhətdir. Köpü azaltmada faydalıdır. Saçlara, dırnaqlara və dəriyə çox yaxşı təsir edir.
Brokoli: Mədə və yemək borusu xərçəngi təhlükəsini azaldır.
Kələm: Yaşlanmağı önləyici mineral olaraq qəbul edilən selenium tərkibi ilə sağlam bir dəri verir, kişilərdə cinsi gücünü artırır.
Kök: Enerji verir. Qaraciyərin öd ifraz etməsinə və xolesterolu düzəltməsinə kömək edir.
Xiyar: Əzələləri cavanlaşdırır. Dəri hüceyrələrinə elastiklik verir.
Sarımsaq: Təzyiqi salar, qan laxtalanmasını azaldır. Bəzi mədə xərçənglərini önlədiyi və immunitet sistemini gücləndirdiyi sübut edilmişdir.
İspanaq: Qaraciyəri, limfa vəzilərini və qan dövranını stimullaşdırır.