Qadin.NET / Vəzəri və keşniş haqqında bilmədiklərimiz

Vəzəri və keşniş haqqında bilmədiklərimiz

Bu gün  də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən vəzərinin və keşnişin çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.

Vəzəri və keşniş haqqında bilmədiklərimiz

Vəzəri

Vəzəri qida və ədviyyat bitkisi sayılır. Süfrəmizdə ən çox istifadə edilən göyərtilərdən biridir. Azərbaycanda vəzəriyə üstünlük verilir. Ona acıtərə də deyirlər, yəni acı dadan tərəvəz. Tərəvəz kimi yeyilən əsas hissələri yarpaq və körpə özəkləridir. Qədim dövrlərdən qida və müalicə məqsədilə becərildiyi məlumdur. Təsadüfi deyil ki, hələ orta əsr həkimləri deyirdilər ki, kim sağlam olmaq istəyirsə, mütləq

vəzəri yesin, yoxsa ona həkim kömək edə bilməz. Bir maraqlı cəhət də ondan ibarətdir ki, təbabət həmişə bu bitkinin avitaminoz və maddələr mübadiləsindəki roluna xüsusi əhəmiyyət vermişdir. Vəzəri vitamin mənbəyi hesab edilir. İnsan orqanizmi üçün lazımi olan faydalı maddələr acıtərədə daha çoxdur. 

Vəzəri və keşniş haqqında bilmədiklərimiz

Belə ki, qədim yunanlar onu soyuqdəymə əleyhinə işlətmiş, qədim romalılar isə əsəb sistemini onun köməyilə müalicə edirmişlər. Müasir dövrdə də vəzəri xalq təbabətində çoxşaxəli müalicə əhəmiyyətli bitki hesab edirlər. Qidanı müntəzəm olaraq işlətdikdə həzmi yaxşılaşdırır, yuxunu normallaşdırar, arterial təzyigi aşağı salır, avitaminozun profilaktikasında yaxşı təsir göstərir. Vəzəri bədəndə olan

zərər və zəhərləri kənarlaşdırır. Keçmişdə sağlamlıq və güc rəmzi kimi tanınan bu bitki Şərq təbiblərinin əsas müalicə vasitələrindən biri olmuşdur. Ondan yoluxucu (infeksiya), bağırsaq və tənəffüs sistemi xəstəliklərində istifadə etmiş, astma, zökəm, göyöskürək hallarında səhərlər acqarına şirəsindən içməyi məsləhət görmüşlər. Vəzəri şirəsini zeytun yağı ilə qarışdırıb böyrək və sidik kisəsi ağrılarında içmək

faydalıdır. Zeytun yağı əvəzinə şirin badamın yağından da istifadə etmək olar. 

Vəzəri və keşniş haqqında bilmədiklərimiz

Vəzəri və onun digər növ və sortlarından, məsələn, su tərəsi sidik və tərqovucu təsirə malikdir. Həmçinin, ağızdakı pis qoxularda, şəkər xəstəliyində vəzəri işlətmək (çiy yemək, şirəsini içmək) müsbət təsir göstərir. Cinsi meylliyi artırmaqdan ötrü vəzəri toxumunu döyüb yarı bişmiş yumurta sarısı ilə qəbul etmək lazımdır. Vəzəri həm də yaxşı iştah gətiricidir. O, mədə qıcqırmasının ən yaxşı dərmanı hesab olunur. Ona görə də salatlarda və ya ayrıca süfrəyə verilir, müxtəlif xörəklərə əlavə edir. Vəzəri (acıtərə) ilin bütün fəsillərində il boyu becərilən, süfrəmizi bəzəyən, həm də dərman bitkisi kimi köməyimizə gələn tərəvəzdir. Tez yetişkənliyi və soyuğa davamlılığı onu istənilən şəraitdə əkməyə imkan verir. Elə bir bitki tapmaq çətindir ki, vəzəri kimi toxumunu səpdikdən 10-15 gün sonra məhsulu yığılsın. Onun cücərtisi cəmi 2-3 günə torpağın səthinə çıxır. Məhsuldar bitkidir, asan həzm olunur. 

Vəzəriyə yaxın növlərdən su tərəsi də faydalı maddələrlə zəngin müalicə əhəmiyyətli bitkidir. Axar sularda və ya suzaq yerlərdə bitir. Su tərəsi tərkibi C və A vitaminindən, kükürdlü birləşmələrdən, mineral duzlardan ibarətdir. O, yaxşı iştahaçıcı həzmin gücləndirici vasitədir. Acıtərənin (vəzərinin) yarpaqlarının şəklinə görə iki növu vardır: 1.Dilimli və qırışıqlı, 2. Tam yarpaqlı vəzəri. 

Vəzəri və keşniş haqqında bilmədiklərimiz

Keşniş

Keşniş cinsinin dünya florasının tərkibində 2 növünə rast gəlmək olar. Azərbaycanda bir növünə - əkilən keşnişə rast gəlinir. Keşnişin toxumlarından 0,6-1 %-ə qədər rəngsiz və ya sarımtıl rəngdə efir yağı alınır. Onun tərkibində 15-20% piyli yağ, 11-17 % zülal maddələr, üzvü turşular, C vitamini, aşı maddəsi, şəkər, nişasta və s. tapılmışdır. Azərbaycan ərazisində çox qədimlərdən bəri becərilən

keşniş özünün xoş ətiri ilə seçilir. Keşnişin toxumları ədviyyə kimi kolbasa, Pendir, çörək-bulka, qənnadı məhsullarına və eləcə də ət, balıq, müxtəlif tərəvəzlərdən hazırlanan xörəklərin, xiyar, pomidor, kələmdən tutulan turşuların tərkibinə ətir, xoş tam vermək üçün əlavə edilir.  

Vəzəri və keşniş haqqında bilmədiklərimiz

Keşniş efir yağından ətriyyat, kosmetikada sahəsində, texnikada və eləcə də sabunbişirmədə, tütünçülük, toxuculuq sənayesində və s. istifadə edilir. Keşniş toxumu xroniki mədə-bağırsaq xəstəliklərində iltihab götürən maddə, şirəsi ifrazı artıran və həzm prosesini

yaxşılaşdıran vasitə kimi də xeyirlidir. Keşniş toxumları böyrək xəstəlikləri, öd kisəsi iltihabında da müsbət təsirə malikdir. O, eyni zamanda ağrıkəsici dərman kimi faydalıdır. Toxumunun dəmlənməsi və otunun bişirilməsi qusma zamanı xeyirlidir. Cirə ilə qarışdırıb yedikdə mədəni gücləndirir, hıcqırığı aradan götürür. Şirəsi ilə qarqara etdikdə ağızdakı sızanaqlar və zədələr yaradan mikroblara öldürücü təsir göstərir, damağı möhkəmləndirir, diş əti qanaxmasının qarşısını alır, diş ağrısını sakitləşdirir. Bununla yanaşı, Şərq təbibləri keşnişə çox meyl etməni məsləhət görmürlər. Onların fikrincə, keşniş hafizəyə və cinsi fəaliyyətə zərərlidir. 

Keşnişin toxumlarını əzib toz halına salıb qarın köpündə qəbul edirlər. Toxumunun həlimi qusma əleyhinə içilir. Keşnişdən alınan efir yağı antiseptik, ağrıkəsici və həzm orqanlarının fəaliyyətinə qüvvətləndirici təsir göstərir. Uşaqlarda tez-tez baş verən qarın ağrılarında keşnişin meyvəsini nanə yarpağı ilə qarışdırıb çay dəmləyir və xəstəyə içirdirlər. Keşniş cinsinin əkilən keşniş və dağ keşnişi (çöl keşnişi)

növləri ayırd edilir. Əkilən keşnişin hazırda onlarla sortu və müxtəlif formaları əldə edilmişdir. Dağ keşnişinin isə həm mədəni, həm də yabanı sortları var. Bu bitkinin də tərkibində əkilən keşniş kimi efir yağı, C və A vitamini, şəkərli maddələr və s. aşkar edilmişdir. Çiy yeyilir, xörəklərə, xüsusən dovğaya tökülür, salatlara doğranır. Keşnişi çeynədikdə ağızdan pis qoxunu, şərab iyini aparır. Çox yemək olmaz, belə ki, tənginəfəslik yaradır və astmaya ziyandır. Qiymətli ədviyyat bitkisidir. Dağkeşnişi – Dağ keşnişinin bitki aləmində iki növü –dağkeşnişi – şualı dağ keşnişi yayılmışdır. Bu növ keşnişlər Qafqazda, o cümlədən Azərbaycanda təsadüf edilir. Dağkeşnişinin yaşıl hissəsinin tərkibində 75-80 mq% C vitamini, karotin, flavonoid, 0,l% efir yağı, yaşıl xlorofil, həmçinin kversetin, kempferol flavonoidləri tapılmışdır. Meyvəsindən efir yağı, 3-rutinozid kversetin, 14,6-49,5% piyli yağ aşkar edilmişdir. Dağkeşnişindən ədviyyat və yaşıl tərəvəz kimi xörəklərə əlavə edilir. 

17 fevral 2014
GO BACK