Qadin.NET / Qreypfrutun faydaları və zərərləri

Qreypfrutun faydaları və zərərləri

Qreypfrutun faydaları və zərərləri
Altop adıyla bilinən bitki sitrus bitkiləri ailəsindən olub, bağçalarda yetişdirilən ağac və meyvəsidir. Meyvəsi portağaldan daha iri, sarıbülbül sarısı rəngində, dadı azca acı və turşdur. Tərkibində C vitamini vardır.
Ümumi faydaları:
- İştahı açır.
- Qaraciyərin normal işini təmin edir. Öd ifrazanı artırır. Həzmi asanlaşdırır.
- Sidik yığılmasını aradan qaldırır, sidikqovucu təsirə malikdir. Bədəndə yığılan suyu və zəhərli tullantıları bədəndən çıxarır.
- Qanı təmizləyir.
- Fiziki və zehni yorğunluğu aradan qaldırır.
- İflic və qanamaların qarşısını alır.
- Ağciyər və sinə xəstəliklərində faydalıdır.
Qreypfrut şirəsi arıqladırmı?
Qreypfrutun şirəsini yağın üzərinə tökəndə yağın ərimədiyini və suyunun yağa qarışmadığını görəcəksiniz. Bu səbəblə yeyilərək və ya səhər aç qarınına şirəsinin içilərək bədəndəki artıq çəki itirilə bilməz. Yəni qısaca olaraq - qreypfrut şirəsi yağları əritmir.
Qreypfrutun faydaları və zərərləri
Qreypfrut şirəsinin faydaları
- İmmunitet sistemi üçün faydalıdır. C vitamini baxımından zəngindir.
- Yağlı, sızanaqlı dərilərdə, soyuqdəymələrdə, böyrəklərin təmizlənməsində və arıqlama pəhrizlərində çox faydalıdır.
- Normada tərkibində təxminən 40 mq C vitamini və bol miqdarda kalium vardır.
- Qan dövranı sistemini canlandırır.
- Həzm, tənəffüs sistemi və sidik yollarına faydalıdır.
- Nikotinin bədəndən atılmasını və siqaret çəkmə istəyini azaldır.
- Xolesterola qarşı müalicədə faydalıdır.
Tərkibində yüksək miqdarda lif olduğu üçün qəbizliyi önləyir.
Qreypfrutun faydaları və zərərləri
Qreypfrutun zərərləri
Xroniki dərman istifadə edənlərin bu mənada diqqətli olması və həkimlə məsləhətləşməsi yaxşıdır. Çünki nizamlı şəkildə qreypfrut şirəsi içmək bəzi dərmanların təsirlərini dəyişir. Məsələn, aspirini qreypfrut suyu ilə içmək dərmanın təsirini iki qat artıra bilər. Xolesterol salan dərmanlar kimi bəzi dərmanlarla birlikdə qəbul edildiyi zaman təhlükəli ola bilər. Bundan başqa, şirəsinin daimi içilməsi şiddətli baş gicəllənmələrinə səbəb ola bilər.
Qreypfrutun faydaları və zərərləri
Siqaret çəkmək arzusunu azaldır
Günə başlayarkən içiləcək bir stəkan greypfrut şirəsinin siqaret çəkmə arzusunu azaldır və siqaretdən qaynaqlanan zəhərli maddələrin bədəndən atılmasını asanlaşdırır. Bu zaman bir neçə gün öskürəyin ola biləcəyini də əlavə edirlər. Öskürək siqaretin bədəndə topladığı zərərli maddələrin xaricə atılmasını təmin edir, buna görə bu, normal bir reaksiyadır.
15 mart 2016
GO BACK