Bildiyimiz kimi soyuq qış aylarında xəstəliklərdən yan qaçmaq olmur. Xüsusən də qrip xəstəliyindən qorunmaq üçün sizlərə müalicəvi əhəmiyyəti olan bitki çaylarını tövsiyə edirəm. Bu günlərdə qrip xəstəliyinə tutulmusunuzsa, antibiotiklərə üz tutmadan öncə bitkilərin gücündən faydalana bilərsiniz.
Çox sayda insanı yataqlara salıb qızdırma və halsızlığa səbəb olan H3N2 virusu mövsümi qrip xəstəliyi olaraq bilinir. Virus girdiyi bədəni mikroblara qarşı müdafiəsiz hala salır. Qripə yaxşı gələcək bitki çayları ilə sizləridə tanış etmək istəyirəm.
Cökə
Qrip deyilincə ilk olaraq ağılımıza gələn bitkilərdən biri cökədir. Araşdırmalarda cökənin tərkibindəki komponentlərdən bəzilərinin iltihabı aradan qaldırıcı və ağrıkəsici təsir göstərərkən, bəzi komponentlərin də boğazı yumşaltması nəticəsində boğazda qıcıqlanmanı önlədiyi və soyuqdəymə şikayətlərinin yüngülləşdirilməsində müalicəyə köməkçi olduğu aşkar edilib.
Adaçayı
Ağız və boğaz iltihablarında təsirli olduğu bilinən bir başqa bitki isə adaçayıdır. Xüsusilə bitkinin tərkibindəki uçucu komponentlərin ağız və boğaz iltihablarında (farengit, gingivit kimi) faydalı olduğu bilinir. Bu səbəbdən çay şəklində (qəti şəkildə qaynatmadan) adaçayı ilə hazırlanan qarqaranın bu məqsədlə istifadə edilməsi təklif edilir.
Zəncəfil
Soyuqdəymə və qripin qarşısının alınması və müalicəsində faydalı olacaq bu iki bitki ilə yanaşı, zəncəfil rizomlarının faydaları gözlənilən təsirin dəstəklənməsi baxımından əhəmiyyətlidir. Elmi işlər zəncəfilin tərkibindəki bəzi komponentlərin iltihabı aradan qaldıran qüvvətli təsirini ortaya çıxarıb.
Qara bibər
Dənə və toz formalarındaki qara bibərlə hazırlanan çayın qarqara şəklində boğaz infeksiyalarında faydalı olduğu bilinir. Xüsusilə boğazda soyuqdəymə əlamətlərini ilk hiss etdiyiniz müddətdə tətbiq olunması daha təsirli ola bilər. Bundan başqa, immun sistemini tənzimləyici, qızdırmanı aradan qaldırıcı təsirlərə malikdir.