Qadin.NET / Xalq təbabətindən seçmələr

Xalq təbabətindən seçmələr

Qaraciyərin təmizlənməsi 

 

 


 

Yarım kilo qıtıqotu

 

100 qr bal

 

1 litr su

 

Bunları bir-birinə qarışdıraraq ağzıbağlı halda 1 sutka saxlayın.Sonra gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edin. Əgər qan təzyiqiniz aşağıdırsa,o zaman 100 yox 400 qr bal əlavə edə bilərsiniz.Bu vasitəni qaraciyərdən əziyyət çəkən hər bir şəxs edə bilər.Heç nə itirməyəcək,əksinə sağlamlığınızı bərpa etmiş olacaqsınız. 

 

Əl revmatizmi 

 

 


 

Tünd rəngli butulka

 

Yasəmən çiçəkləri

 

Müəyyən miqdarda araq

 

Tünd rəngli butulkaya  istədiyiniz qədər yasəmən çiçəkləri tökərək,üzərinə araq əlavə edib,2 həftə saxlayın.2 həftədən sonra məhlulu süzərək,ağrıyan nahiyyələrinizi yatmazdan əvvəl masaj edin.Müalicə müddəti 3 həftədir.Sizi narahat edən  əl ağrılarınızdan birdəfəlik yaxa qurtarmış olacaqsınız. 

 

Qlaukomanın müalicəsi 

 



1 xörək qaşığı qurudulmuş itburnu meyvəsi

2 stəkan qaynar su

Suyu itburnunun üzərinə tökərək,zəif odda 10 dəqiqə qaynadın.2-3saat saxlayıb süzün.Bu dəmləmədən gündə 3-4 dəfə yeməkdən sonra 50-100 ml qəbul edin.Və sonra ağzınızı ilıq su ilə yaxalayın.

  

Ana südünün artırılması 

 


1 stəkan süd

1çay qaşığı cirə

Su buxarında adi südü qızdırın ki,süd qatılaşsın.Daha sonra südün üzərinə 1çay qaşığı cirə əlavə edin.Uşağın yemək vaxtından yarım saat əvvəl bu südü için və 20 dəqiqə ayağınızı vanna edin.

  

Ödün müalicəsi

 



Zəncirotu yarpaqları

1-2 ədəd yumurta


Zəncirotu ödün dərmanıdır.Bu bitkinin təzə yarpaqlarını 10-15 dəqiqə duzlu suda saxlayın.Sonra acı suyunu sıxıb üzərinə suda bişmiş 1-2 ədəd yumurta əlavə edib qarışdırın.Yumurta xırda-xırda doğranmalıdır.Salatı hər gün hazırlamaq şərtilə 10-15 gün yemək lazımdır.Bu salat öd kisəsinin bütün problemlərini həll edəcək,habelə bu balaca orqanın fəaliyyətinin aktivləşməsinə kömək edəcəkdir.


Göz ətrafındakı qara kölgələrə əlvida 

 


Cəfəri


Müəyyən miqdarda təzə cəfərini götürüb, sıyıq şəklində əzərək,gözlərinizin altına sürtün.30 dəqiqə saxlayaraq,südə batırılmış pambıqla silin.Proseduru 1 həftə davam etdirin.Gözünüzün altındakı qara tonlu kölgələrdən azad olacaqsınız.

 

Ürəyin dərmanı

 


10 ədəd təzə cəfəri yarpağı

1 litr ev çaxırı

2 xörək qaşığı təmiz üzüm sirkəsi

300qr təmiz bal

10 ədəd təzə cəfəri yarpağının üzərinə 1 litr  ev çaxırı-qırmızı ya ağ fərq etməz və 2 qaşıq təmiz üzüm sirkəsi əlavə edib,10 dəqiqə vam odun üzərində qaynadın.Amma ehtiyatlı olun qarışıq odun üzərində çox köpüklənir.Sonra odun üzərindən götürüb üzərinə 300qr təmiz bal əlavə edib yenidən odun üzərinə qoyub 4-5 dəqiqə yaxşıca qaynadın.Alınan məhlulu isti-isti şüşə butulkalara doldurun.Gündə 4-5 xörək qaşığı qəbul edə bilərsiniz.Heç bir ziyanı yoxdur.Ürəyində problem olan insanların  köməyinə gələcək. 

Piylənmə zamanı 

 


Balqabaq

3-4 ay hər gün  yarım stəkan balqabaq şirəsi için.Bu şirə orqanizmdən artıq mayeni çıxaran və piylənmənin tamamilə qarşısını alan  yeganə faydalı şirədir.

 

Ayaq şişməsinə,ağrılarına son 

 


Sarımsaq

Su

1 xörək qaşığı  əzilmiş sarımsağı 5 dəqiqə ərzində 2 stəkan suda bişirin.Sonra məhlulu soyudub,süzün.Hər gün yerinə yetirmək lazımdır.Səhər və axşam.Ayaq şişlərinin, ayaq ağrılarının aradan qaldırılmasına yardım edən mükəmməl  məhluldur.

 

Üzdəki ləkələrdən,çillərdən asan xilas yolu 

 


3 yumurta

1/3 stəkan qaynanmış su 

3 ədəd çiy yumurtanı 1/3 stəkan qaynanmış su ilə çalın.Tamam çalınıb eynicinsli kütlə halına düşəndən sonra bu məhlulu üzdəki və əllərin üstündəki piqment ləkələrə çəkin.Ləkələr tam gedənə qədər hər gün təkrar edin.

16 mart 2011
GO BACK