Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən pomidorun çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.
Adi pomidor – Bu, birillik ot bitkisi olub, mədəni halda geniş surətdə əkilib-becərilir. Yarpaqları lələkşəkilli parçalanandır, çiçəkləri sadə və yaxud mürəkkəb olub, tacı sarımtıldır. Meyvəsi giləmeyvə olub ətli, şirəli və çoxtoxumludur. Pomidorun vətəni Cənubi Amerika hesab edilir. Meyvəsindən təzə və konserv halında qida kimi geniş surətdə istifadə edilir. Birinci dəfə pomidor hindu tayfaları tərəfindən Peruda mədəni halda əkilib becərilmişdir. Oradan da, şimala doğru yayılaraq Meksikaya qədər gəlib çıxmışdır. XVI əsrin ortalarında pomidor İspaniyaya gətirilmiş, oradan da Avropa ölkələrinə yayılmışdır. Birinci dəfə pomidordan bəzək bitkisi kimi istifadə edilmiş, sonralar dərman bitkisi kimi əkilib becərilmişdir. Nəhayət, XIX əsrdə qida kimi istifadə edilməyə başlanmışdır.
Avropalılar pomidorun qida və müalicəvi xüsusiyyətləri haqqında biliklərə yiyələndikcə, bu bitkiyə maraq ildən-ilə artmağa başlanmışdır. İlk anlar rus xalqı bu bitkidən qida kimi istifadə etməyə çox ehtiyatla yanaşmış, uzun müddət tərəddüd etmiş və onu «quduz giləmeyvə» adlandırmışlar. Ona görə də pomidordan uzun müddət qida kimi yox, ancaq müalicə məqsədləri üçün istifadə etmişlər. Buna görə də Krımda, Volqanın aşağı sahələrində Astraxan vilayətində pomidoru dərman bitkisi kimi əkib becərməyə başlamışdılar. Pomidor meyvəsindən müvəffəqiyyətlə müxtəlif növ çibanların müalicəsində istifadə etmişlər. XIX əsrin axırlarında isə pomidordan qida kimi istifadə edilməyə başlanmışdır. Bu dövrdən başlayaraq pomidordan şi, şolyanka, borş, ət xörəklərinin, quş, balıq, istənilən salat növlərinin tərkibinə iştahaçıcı ədviyyat kimi əlavə etməyə başlamışlar. Hazırda pomidordan qida kimi dünyanın əksər ölkələrində istifadə edilir. Pomidorun meyvəsinin tərkibində 95% su, 6% şəkər, 1,7% üzvü turşular (xüsusən də limon və alma), 0,3% pektin, 0,8% sellüloza, 0,7% kul, 0,33% piy maddəsi, 1,2% karotin, həmçinin fitonsid, ferment maddələri, A, C, B„ B2, B3, B6, B9, H, E, PP vitaminləri, çox miqdarda xüsusilə də dəmir, kobalt, sink makro- və mikroelementləri, mineral birləşmələri o cümlədən də ən çox kalium, manqan duzları və s. aşkar edilmişdir. Yaxın illərdə nadir kəşfə nail olunmuşdur: yəni pomidorun meyvəsi xərçəng çöplərinin inkişafını dayandırmışdır. Xəstələr arasında elə bir hadisə olmamışdır ki, pomidor meyvəsi xərçəng xəstəliyinə tutulmuş insanları sağaltsın. Heç bir mübahisəyə səbəb olmadan profilaktik vasitə kimi pomidor xərçəng xəstəliyinin müalicəsində müsbət rol oynaya bilər. Belə ki, xərçəng xəstəliyinə tutulmuş xəstə pomidordan bir müddət yedikdən sonra özündə gözlənilmədən vəziyyətinin get-gedə yaxşılaşdığını və tamamilə sağaldığını sevinclə yaxınlarına bildirir.
Alimlər belə bir nəticəyə gəlmişlər ki, pomidora parlaq-qırmızı rəng verən likopin piqmenti bağırsaqlarda, qida borusunda, mədə və ağ ciyərlərdə baş verən xərçəng çöplərinin inkişafını dayandırmaq qabiliyyətinə malikdir. O, xərçəngin orqanizmdə törətdiyi zərərli təsirləri aradan qaldıraraq orqanizmdə olan sərbəst radikalları zərərləşdirir. Pomidor xərçəngi müalicə edir. Likopin predmeti ən çox xərçəng xəstəliyinə tutulmuş qadınlara müsbət təsir göstərir. Belə ki, β – karotin A vitamininin sələfi hesab edilir. Β – karotin antioksidant fəallığına görə 2 dəfə A vitaminindən güclüdür. Likopin piqmenti ancaq yağda həll olunur. Pomidoru ən çox bitki yağı, qaymaq və yaxud yağ təbiətli qida məhsulları ilə yedikdə yaxşı effekt verir. Yaxşı olar ki, pomidoru yağdan düzəldilmiş buterbrodla qəbul edəsiniz.
Müalicəvi xüsusiyyətlərinə görə qırmızı pomidor birinci, ikinci yeri isə tomat şirəsi və konservləşdirilmiş tomat tutur. Nəzərə almaq lazımdır ki, likopin ən çox açıq sahələrdə əkilmiş tünd qırmızı rəngli pomidorda çox olur. Yəqin ki, oranjereya şəraitində becərilən sarı rəngli pomidorun ola bilsin ki, yaxşı dadı olsun, lakin müalicəvi xüsusiyyətləri çox aşağı olsun. Yaşıl pomidorun tərkibi kalium elementi ilə zəngin olmasına baxmayaraq demək olar ki, tərkibində likopin maddəsi heç yoxdur.
Yapon alimləri bu yaxınlarda gözlənilməz bir xəbər vermişlər. Onlar SPID-ə qarşı yeni preparatlar hazırlayan zaman tomat şirəsindən istifadə etməyə başlamışlar. Bu hələ gələcəyin işidir. Hazırda mütəxəssislər yetişmiş tünd qırmızı rəngli pomidordan xərçəng xəstəliyinə qarşı profilaktik vasitə kimi yeməyi məsləhət görürlər. Mütəxəssislər hesablamışlar ki, orqanizmin likopinə qarşı olan tələbatını təmin
etmək üçün 400 q təzə pomidor, yaxud 2 stəkan təzə tomat şirəsi və yaxud da 3 xörək qaşığı tomat pastası qəbul edilməlidir. İsrail həkimləri sübut etmişlər ki, likopin nəinki profilaktik rolu oynayır, ondan müvəffəqiyyətlə xərçəngin müalicəsində istifadə etmək olar.