Qadin.NET / Zəncəfil çayı

Zəncəfil çayı

Zəncəfil çayı
Zəncəfil çayı içən insanlar sağlamlıqla bağlı problem yaşamırlar. Ona görə ki, zəncəfil çox gözəl biotonik effektə malikdir. Zəncəfil çayı diqqəti aydın edir və görməni yaxşılaşdırır. Onun şəfaverici xüsusiyyəti odur ki, dərini təravətləndirir. Zəncəfil çayı beynin qan damarlarına təsir edir və onun fəaliyyətini yaxşılaşdırır, yaddaşı möhkəmlədir. Zehni işlə məşğul olan insanlar qəhvəni zəncəfillə əvəz etməlidirlər. Yeməkdən əvvəl qəbul olunmuş zəncəfil çayı iştahı artırır. Yeməkdən sonrakı qəbulu isə həzmi yaxşılaşdırır, orqanizmi toksinlərdən və şlaklardan təmizləyir. Qastritdən əziyyət çəkənlər də az miqdarda istifadə edə bilərlər. Bu içki kiçik qurtumlarla içilməlidir. Daha çox da qış vaxtı qəbul olunmalıdır. Qış vaxtı o, bədəni qızdırır və soyuqdəymə ilə mübarizə aparır. Zəncəfil kökü qan durulducu xüsusiyyətə malikdir. Buna görə də bir çox təbiblər zəncəfilin şiş xəstəliklərin zamanı faydalı olduğunu qeyd edirlər.

Limonlu zəncəfil çayı: Zəncəfil köklərini qabığından təmizləyib sürtkəcin iri gözündən keçiririk. 1 litrlik termosa 2 x.q ovuntu, 50 ml təzə sıxılmış limon suyu, zövqə görə bal və qaynar su əlavə edib 1 saat dəmləyirik. Çayda siz 3 müxtəlif dad hiss edəcəksiniz - turş, şirin və kəskin dad. Bu çay orqanizimdəki zəifləmiş prosesləri sürətləndirir. Adətən belə çayı arıqlamaq məqsədilə pəhriz saxlayanlar istifadə edirlər. İlk istifadədən belə çayın təsiri ilə yağlar əriməyə başlayacaq. Bu tərkibli çayı gün ərzində 2 litrdən artıq içmək məsləhət görülmür. 

Zəncəfil çayı

Soyuqdəymə və depressiya əleyhinə zəncəfil çayı: Adi qayda ilə yaşlı çay dəmlənir və 5 dəqiqə müddətində soyudulur. 3-4 sm ölçüsündə zəncəfildən kəsib çayla birlikdə termosa tökülür. Ağız dadınıza uyğun bal əlavə edin və 1 qırmızı acı bibəri də (qurudulmuş da olar) termosa salın.

Soyuqdəymə və soyuqdan əmələ gələn bir sıra xəstəliklər zamanı bu çayın böyük təsiri olur. Bəlğəmli öskürək zamanı çaya mixək və ya darçın da əlavə etmək olar.

Zəncəfil çayı 

İtburnu ilə zəncəfil çayı: Zəncəfil kökünü nazik hissələrə kəsib, qaynar su əlavə edib və eyni miqdarda itburnu əlavə olunur. 15 dəqiqə dəm aldıqdan sonra istifadəyə hazırdır. Bu çay ginekoloji xəstəliklər zamanı çox faydalıdır.

Rahatlaşdıran zəncəfil çayı: 1 stəkan  qaynar suya 15 q zəncəfil, bir qədər nanə yarpağı, melisa və digər ətirli bitkiləri əlavə edib dəmləyin. Zövqə görə limon da əlavə etmək olar. Çay əsəbləri sakitləşdirir və insanı rahatlaşdırır. 

Zəncəfil çayı

Südlü zəncəfil: 1,5 st su, 1 st süd, 1 ç.q yaşıl çay, 2 x.q şəkər və ya bal, 1 ç.q hil, 2 ç.q zəncəfil. Soyuq suya çay, zəncəfil və şəkər əlavə edib qaynamağa qoyun. 4 dəqiqə qaynayandan sonra süd əlavə edin. Sonra hil də əlavə olunur və qarışdırılır. Bu çay qriplə mübarizədə əla vasitədir.

3 yanvar 2014
GO BACK