Qadin.NET / Portağal şirəsinin faydaları

Portağal şirəsinin faydaları

Portağal şirəsinin faydaları

Qış aylarında soyuqdəymə və qrip kimi yuxarı tənəffüs yolu xəstəliklərində diqqətə çarpan bir artım görüldüyü vaxtda xəstəlikdən qorunmaq üçün tərkibində bol miqdarda C vitamini olan portağal suyu içilməlidir. Çünki xüsusilə C vitamininin immunitet sistemi üzərində əhəmiyyətli bir təsiri var. Hər gün bir stəkan portağal suyunun içilməsi qriplə mübarizədə önəmlidir.
Hər gün 1 stəkan
Bədəndə istehsalı mümkün olmayan və xaricdən qəbul edilən qidalarla bədənə daxil olan C vitamininin azalmasıyla xüsusilə qrip kimi xəstəliklərə yoluxmaq təhlükəsi yaranır. Kalium, B1, B2, B6 vitaminləri və müxtəlif minerallarla bol olan portağal suyunu soyuq havalarda içmək lazımdır ki, azalan enerjinin və davamlı yorğunluq hissinin aradan qaldırılmasında orqanizmimizə yardım edə bilək. Hər gün portağal suyu içmək bizi xəstəlikdən qoruya bilər. Hər bir insanın gündəlik  60 milliqram C vitamininə ehtiyacı vardır - bir stəkan portağal suyu gündəlik C vitamini ehtiyacını qarşılamağa çatır.
Portağal şirəsinin faydaları
C vitamini
C və B vitamini baxımından zəngin olan portağal insana dinamik olmağa yardım edir. Portağalın tərkibindəki C vitamini incə və qalın damarların yumşaq qalmasını təmin edir. Damarların tutulmasını önləyir. Bədənin müqavimətini artırır. Qanın durulmasına köməkçi olur. Həzmi asanlaşdırır. Enerji verir. Portağal cemi isə qaraciyəri işlədir. Aparılan araşdırmalar zamanı ayaqlarda əmələ gələn periferik damar xəstəliyinin damarlarda əmələ gələn yağ yığılmasından qaynaqlandığını və ürəkdə iflic riskini də artırdığı ortaya çıxıb. Belə xəstələrdə digər insanlara nisbətən ikiqat daha çox C vitamini əskikliyi aşkar edilib.
Portağal şirəsinin faydaları
Portağal suyunun çəhrayısı, yoxsa qırmızısı daha faydalıdır?
Portağal və qreypfrut suyunun çəhrayı rəngdə olanı sarısından daha faydalıdır! Qırmızısı isə ən yaxşısıdır. Qreypfrut və portağalın daxili rənginin tünd qırmızı olması likopenlə bol olduğunun göstəricisidir. Pomidorda da bol miqdarda olan bu faydalı karotenoid başda prostat xərçəngi olmaqla, bir çox xərçəng növlərinə qarşı qoruyucudur. Likopen antioksidant fəaliyyəti də olan, dəri və bədən yaşlanmasını gecikdirən son dərəcə faydalı bir qidadır.
Yüksək qan təzyiqi probleminiz varsa, damarların tutulması riski mövcuddursa, hər gün nizamlı olaraq aşağı dozada aspirin istifadə etməyə daha çox diqqət göstərməlisiniz. Aspirini xüsusilə gecə yatmadan əvvəl içməyiniz faydalıdır. Belə bir vərdişlə həm daha rahat yatar, həm də qan təzyiqinizi daha etibarlı şəkildə idarə edə bilərsiniz.
Portağal şirəsinin faydaları
Ümumi faydaları:
Soyuqlama, qrip, ürək xəstəlikləri və iflicdən qoruyur.
Portağal suyundakı bioflavin damarları gücləndirərək ürəyin zərər görməsinə mane olur, əzilmiş və göyərmiş yerlərin daha tez sağalmasına kömək edir.
Tərkibindəki C vitamini və turşular sayəsində öskürəyi azaldır.
Qanın laxtalanmasını, mədə və mədəaltı vəzin xərçəngini önləyir.
Tərkibindəki yüksək kalium təzyiqin normada olmasına kömək olur. Eyni zamanda dərinin qurumasına, qırışların meydana gəlməsinə də mane olur.
Uşaqların xəstəliklərdən qorunması və fiziki inkişafının tam təmin edilməsi üçün zəruri olan cövhərlərlə bol olan bir meyvədir.
Qabıqlarında olan uçucu maddənin bəzi xərçəng növlərinin müalicələrində çox əhəmiyyətli olduğu elmi olaraq sübut edilmişdir.
Xülasə, portağalı və digər sitrus məhsullarından bütün il boyunca mütləq bol-bol istifadə etməlisiniz.
1 yanvar 2014
GO BACK