Qadin.NET / Dişləriniz ağrımasın

Dişləriniz ağrımasın

Dişləriniz ağrımasın
Dişlərinizin həssas olmasından və tez çürüdüyündən şikayət edirsinizsə, yediklərinizə diqqət etməlisiniz. Ağız və diş sağlamlığının qidalanma ilə yaxından əlaqəsi olduğunu söyləyən mütəxəssislər diş əti qanamalarından və diş çürüklərindən qoruyan, ağlıq verən qidaları sıralayıb: kartof çipsi, pendirli peçenye, qurudulmuş meyvələr ağızda uzun müddət qala bilən yeməklərdir. Yeməklərdən sonra alma yeyilməlidir. Çünki alma dişləri və diş aralarını təmizləyir. Dişləri ağartmaq üçün bananın qabığını dişlərimizə sürtməli və sürtdükdən sonra yumalıyıq.
Sağlam dişlər üçün soda ilə qarqara edin. Saqqız çeynəməyin və şəkərdən uzaq durun. Şəkərsiz saqqızdan da çəkinin, o, mədənizə zərər verə bilər. Şəkərli, qazlı içkiləri içərkən ağzınızda saxlamayın. Şirniyyatın üzərindən yaşıl çay içmək dişləri qoruyar. Şirniyyat yedikdən sonra dişlərinizi fırçalayın və yaşıl çay için. Çürüklərə yol açan bakteriyanı öldürməsi üçün hil toxumu çeynəyin.
Dişləriniz ağrımasın
Biyan kökü diş çürüklərini azaldır
Çürüklərlə mübarizədə biyan kökü müsbət nəticə verır. Ancaq yüksək qan şəkəri və ya ürək problemi olanlar ondan uzaq dayanmalıdır. Həssas və qanayan diş ətlərinin səbəbi çox vaxt qidalanmanın qeyri-kafiliyidir. Xüsusilə kiçik damarları gücləndirməyə kömək edən bioflavonoidlərlə yanaşı, C vitamini kompleksi vacibdir. Bioflavonoid xüsusilə meyvə-tərəvəzlərdə və toxumlarda olur. Diş əti qanamasına qarşı flavonoid cəhətdən zəngin olan üzüm, kərəviz, zoğal, alma yeməlisiniz.
Dişləriniz ağrımasın
Diş ağrısına qarşı nə istifadə etməli?
1. Diş ağrısı çox şiddətli deyilsə, mixəyi təcrübədən keçirə bilərsiniz. Çünki qərənfil yağı stomatologiyada da istifadə edilən bir növ antiseptik və ağrıkəsici xüsusiyyət daşıyır. Dərmanlarda da bu yağdan istifadə edilir. Bu yağı əldə edin və pambığın köməyi ilə ağrıyan dişinizin üzərinə həddindən artıq olmamaq şərtiylə sürtün.
Əgər mixək yağı tapa bilmirsinizsə, onun 9-10 dənəsini bir stəkan qaynar suda dəmləyərək istifadə edə bilərsiniz.
Dişləriniz ağrımasın
2. Ağrıkəsici qəbul etmisinizsə və ağrı keçdikdən bir müddət sonra təkrar başlayarsa, davamlı olaraq ağrıkəsici qəbul etməyin. Çünki ağrıkəsicidən çox istifadə etmək zərərlidir.
3. Bir başqa şəfalı bitki mənşəli müalicə üsulu isə belədir: sirkəyə bir çimdik cirə və kəklikotu əlavə edib qarqara edin.
Və ən əhəmiyyətlisi, yuxarıdakı üsulları bir stomatoloqa gedə bilməyəcək halda olduğunuz zaman, təcili hallarda edin və ən qısa zamanda diş həkiminə gedin.
10 fevral 2014
GO BACK