Qadin.NET / Çuğundur haqqında bilmədiklərimiz

Çuğundur haqqında bilmədiklərimiz

Bu gün  də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən çuğundurun çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.  

Çuğundur haqqında bilmədiklərimiz

Çuğundur cinsinin dünya florasının tərkibində 12 növü yayılmışdır. Tərəvəz çuğunduru qiymətli qida və dərman əhəmiyyətli texniki xüsusiyyətlərə malik bitkidir. Tərəvəz çuğundurunun kök-meyvəsindən 12%-ə qədər şəkər, 1,7% zülali maddə aşkar edilmişdir. Şəkərin tərkibi-saxaroza, qlükoza və fruktozadan ibarət olduğundan, bu da şəkərli diabetə tutulmuş xəstələrdə maddələr mübadiləsinin normal gedişinə səbəb olur. Çuğundurun tərkibində olan üzvü turşular (quzuqulağu, alma, limon və s) orqanizmdə maddələr mübadiləsinin

normal getməsinə şərait yaradır. Kökmeyvənin tərkibindəki 1,2 % pektin, 5-15 mq % betain, askorbin turşusu, 0,02 mq % B„ 0,04 mq%, B2, PP, 0,2 % foli turşusu, karotin (provitamin A), 288 mq% kalium, 40-45 mq% manqan, 1400 mk/q % 100 dəmir, 140 mk/q 100 mis, vanadium, bor, yod, litium, molibden, ribidium, ftor, sink və s. makro və mikroelementləri də aşkar edilmişdir. Çuğundurun təzə şirəsi ilə bir çox xəstəliklərin, o cümlədən spazmanı, damar genişlənmələrini, sklerozu müalicə etmək üçün gözəl vasitə hesab edilir. Bundan əlavə, şirədən qanyaratma, mədə şirəsi vəzisinin fəaliyyətinin artırılmasında, yoğun bağırsağın normal işləməsində, bağırsaqda miqroorqanizmlərin normada saxlanılmasında, artıq olan xolesterinin orqanizmdən kənar edilməsində geniş istifadə edilir.

Çuğundur haqqında bilmədiklərimiz

Çuğundur şirəsindən kapilyar və qan damarlarının fəaliyyətinin artırılmasında, damarlarda baş verən spazmaların aradan götürülməsində, xərçəng cöplərinin inkişafının dayandırılmasında, maddələr mübadiləsinin nizama salınmasında, cinsi vəzilərin normal işləməsində, eləcə də görmə qabiliyyətinin artırılmasında istifadə olunur. Şəkər çuğundurundan kolitdə, aterosklerozda, tireotoksikozda, aritmiyada, hipertoniya xəstəliklərində, qaraciyər, atomya (tonusun zəifləməsi), xroniki qəbizlikdə tətbiq edilir. Qanın tərkibində olan dəmir azlığını aradan qaldırmaq üçün çuğundur şirəsini bərabər miqdarda kök və qara turpun şirəsi ilə qarışdırıb gündə 5 dəfə bir xörək qaşığı qəbul etməyi məsləhət görürlər. Çuğundurun müalicəvi xüsusiyyətləri bizim eradan çox-çox əvvəl o dövrün məşhur tibb alimlərinə Hippokrata, Qalenə, Dioskoridə, İbn Sinaya, Paraselə və s. tanış idi. Onlar şəkər çuğundurundan hazırladıqları reseptlərlə qanazlığını, mədə və onikibarmaq bağırsaqda baş verən nasasızlıqları, qaraciyərdə baş verən pozğunluqları müalicə edərmişlər. İbn Sina təzə çuğundurdan hazırladığı məlhəmi limfa düyünlərində əmələ gələn şişlərin üzərinə yaxıb müalicə edərmiş. Hippokrat çuğundurdan 10-dan artıq müalicə preparatları hazırlamışdır. Qədim əlyazmalarında çuğundurla bir cox xəstəliklərin müalicəsi haqqında maraqlı məlumatlara rast gəlmək olar. Kecmişdə çuğundurla müalicə edilən xəstəliklərin nəzəri və praktiki xüsusiyyətləri işlənib hazırlanmışdır. 

Çuğundur haqqında bilmədiklərimiz

Qırmızı çuğundurun tərkibində alkoloid təbiətli betain və betanin zülal maddələrinin aşkar olunması çuğundurun dietologiya sahəsində birincilər sırasına çıxmasına səbəb olmuşdur. Çuğundur şirəsi zülalın həzm olunmasını asanlaşdırır, xolin maddəsinin əmələ gəlməsində iştirak edir, qanda normadan artıq olan xotesterini normaya salır, yağ mübadiləsini yaxşılaşdırır və s. Betain və betanin lipid təbiətinə yaxın olub qaraciyərdə gedən piy mübadiləsini qaydaya salır. Orqanizmdə olan ağır metalların, zəhərli toksiki maddələrin kənar olunmasında çuğundur şirəsi böyük rol oynayır. Bu yaxınlarda çuğundurun tərkibindən tapılan U vitamininin bişirilmiş çuğundurun tərkibində parçalanmadan qaldığı aşkar olunmuşdur. U vitamini orqanizmdə azlıq edərsə, onda mədədə və onikibarmaq bağırsaqda yaraların və eləcə də müxtəlif təbiətli bir sıra allergiya xəstəliklərinin meydana çıxmasına səbəb olur. Çuğundurun tərkibində çoxlu miqdarda manqan və yod elementlərinin olması nəticəsində damarların tonusu nizamlanır və qanda əmələ gələn trombunin qarşısı alınır. Çuğundurun tərkibindəki kobalt elementi B12 vitaminin sintezində böyük rol oynayır ki, bu da öz növbəsində foli turşusunun B9 vitamininin əmələ gəlməsinə şərait yaradır. B9 vitaminin təsiri nəticəsində  qanda erotrositlərin, qara ciyərdə isə metonin zülalının əmələ gəlməsi (sintezi) meydana çıxır. Sonra elmi əsaslarla isbat edilmişdir ki, başda tükün tökülməsi hormon pozuntularının baş verməsi ilə yanası, metanin amin turşusunun çatışmazlığı ilə də baş verir. Çuğundurun tərkibindəki dəmir elementinin çoxluğu nəticəsində qanda dəmir elementi nizamlanır, bunun nəticəsində hemoqlobinin tərkibində olan dəmir elementi özünə O2-i birləşdirib toxuma və hüceyrələri O2-lə təmin edir. Çuğundurun tərkibindəki kalsium elementinin natrium elementinə 10:1 nisbəti qanda kalsiumu həll edib orqanizmdən təmizlənməsinə şərait yaradır. Çuğundur orqanizmi kalium, kalsium, fosfor, natrium və xlor elementləri ilə

təmin etdiyi üçün insanı gərgin əsəb sistemlərindən qoruyur.  

Çuğundur haqqında bilmədiklərimiz

Həkimlər profilaktiki olaraq bir sıra xəstəliklərin qabaqcadan qarşısını almaqdan ötrü bir necə ay müddətində hər gün 1-2 xörək qaşığı yeməkdən qabaq çuğundur şirəsi qəbul etməyi məsləhət görürlər. Çuğundurun tərkibindəki fenol xüsusiyyətli antosian maddələri əlavə yardımcı vasitə kimi xərçəngin orqanizmdə yaranmasının qarşısını alır. Çuğundurun tərkibində olan fenol və antosian birləşmələrinin xərçəng xəstəliklərinə olan təsir mexanizmi dazıotundan, qara qarağatdan, qaragilədən, dəmirovotundan, fenol və antosian birləşmələrindən 8 dəfə güclüdür. Uzun sürən yuxusuzluğu aradan qaldırmaq üçün yatmağa bir saat qalmış çuğundur şirəsinə bal qatıb içməyi məsləhət bilirik. Kök şirəsi ilə çuğundur şirəsini qatıb, «sağlamıq eliksiri» hazırlayırlar. Bu şirənin tərkibinə əlavə olaraq,

kərəviz, alma və xiyar şirəsi əlavə edib daxilə qəbul edərək orqanizmin sağlamlıq durumunu artırmaq mümkündür. Xalq təbabətində

çuğundur şirəsini balla qatışdırıb vərəm və qanazlığında istifadə edirlər. 

Çuğundur haqqında bilmədiklərimiz

Siz çox dəhşətli səslənən iki kəlmədən ibarət «döş xərçəngС€» sözünü eşitməmək üçün, bunun qarşısını almaq üçün çuğundurdan alınmış şirədən istifadə etməyi məsləhət görürlər. Xalq təbabəti ilə məşğul olan bir qoca qadın nəvəsinə məsləhət görmüşdür ki, əgər istəyirsənsə döş vəzilərində şiş əmələ gəlməsin, onda həmişə döş nahiyəsinə çuğundur şirəsi sürt. Çuğundur bitkisi qadınların əsl tərəvəzidir. Yarpağını bişirib, qatıq-sarımsaqla yemək mədə-bağırsaq xəstəliklərinə, dalaq şişməsinə, ağrıların tənzimlənməsinə,

böyrək xəstəliyinə yaxşı təsir göstərir. Çuğundurun özünün və yarpağının həlimi bəlğəm, göyöskürək xəstəliklərinə, soyuqdəyməyə, sətəlcəmin müalicəsinə yaxşı kömək edir. Çuğundur yarpağının təpitməsi çiban, sızanaq, yanıq, oynaq ağırlarına, yel xəstəliyinə müalicəvi təsir göstərir, bu saçtökmənin də qarşısını alır. Çuğundur həlimi bağırsaqları yumşaldır. Kökəlməyə müsbət təsir göstərir.

Çuğundur qiymətli tərəvəz bitkisi olduğundan ondan müxtəlif xörək növləri: borş, şoraba və istənilən iştahaçıcı salat növləri hazırlanır. Çuğundur tez emal olunan tərəvəz növüdür. Çuğundurdan hazırlanan xörəklər nəinki faydalı, həm də dadlıdır.

16 dekabr 2013
GO BACK