Qadin.NET / Qırmızı yoncanın faydaları

Qırmızı yoncanın faydaları

Qırmızı yoncanın faydaları

Qırmızı yoncaya Asya və Avropanın çəmənliklərində və dağlıq yerlərində rast gəlinir. Birbaşa kökdən çıxan uzun sapları ilə üç ədəd üçbucaq yarpaqları olan bitkidir.

Əkin vaxtı: mart, aprel, may, iyun, sentyabr, oktyabr aylarıdır.
Çiçək vermə vaxtı: Yaz boyu ətirli çiçəklər açır. 
Qırmızı yonca görünüşcə kiçik olmasına baxmayaraq, səmərəli şəkildə yığılır və istifadə edilir.
Qırmızı yonca soyuğa davamlı və müqavimətlidir. Bu yonca növü çox asan bitir.
Yoncanın bu növü 1940-cı illərdə ABŞ-da xüsusi klinikalarda xərçəngin müalicəsində istifadə edilmiş və xərçəngi müalicə edə biləcək
"möcüzəvi bitki" olub-olmadığı mövzusunda müzakirələr aparılmışdır. Bundan başqa, qırmızı yoncadan tonik kimi istifadə edilir və dəri problemlərinə qarşı faydası olan bitki kimi seçilir. 
Qırmızı yoncanın faydaları
Qırmızı yoncanın başqa faydaları
- Öskürək, soyuqdəymə, bronxit, tənəffüs infeksiyaları kimi xəstəliklərdə qırmızı yoncanın çox təsirli faydası var;
- Ağciyərlərə kömək edərək qanın təmizlənməsini təmin edir;
- Klimakterik dövrün şikayətlərini aradan qaldırmağa kömək edir;
- Yarpağı suda qaynadılır, bu suyun zəhərlənmələrə, qusmaya, sidikqovucu və s. kimi faydaları vardır;
- İki çay qaşığı bitkinin bir fincan qaynar suda dəmlənib içilməsi qaraciyəri və öd kisəsini canlandırır;
- Eyni zamanda çibanlara, yanıqlara tətbiq olunur;
- Bitkinin çiçəklərindən bəlğəm təmizləyici, sakitləşdirici və mikrob öldürücü kimi də istifadə edilir;
Qırmızı yoncanın faydaları
- Xərçəngə qarşı təsirli bitkidir;
- Xərçəngə tutulmuş xəstələr həkim nəzarətində müalicə almaqla yanaşı, lazım olarsa bu bitkidən də istifadə edə bilərlər;
- Döş xərçənginin qarşısını almaqla yanaşı, yayılmamasına kömək edir;
- Qandakı trombositləri azaldır və tənasül bölgəsində qan axımını artırır;
Qırmızı yoncanın faydaları
- Qırmızı yoncadan quru və yağlı saçlar üçün də istifadə edilir;
- Qırmızı yonca çayı göz vannası üçün idealdır və xüsusilə də göz tutulmasında istifadə edilir;
- Dəri problemləri üçün qırmızı yonca çayı köhnə bir müalicə üsuludur. Yonca çayından dərini xaricdən təmizləmək üçün də istifadə etmək olar.
Daha çox məlumat əldə etmək üçün həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur. Həkim tövsiyəsi olmadan saytımızda yerləşdirilən bitki mənşəli dərmanların dozasını özünüz təyin etməyin. Həkiminizin tövsiyəsinə mütləq tabe olun.
 Diqqət! Hamilələrin və süd verən anaların istifadə etməsi qadağandır!
Qırmızı yoncanın faydaları
15 dekabr 2013
GO BACK