Qadin.NET / Yağlar haqqında (1)

Yağlar haqqında (1)

Yağlar haqqında (1)

Yağsız nə şirniyyatları, nə xörəkləri, nə də salatları hazırlamaq olar. Yağın insan orqanizimində böyük rolu vardır. Əsasən də bizim xalq yağa çox meyillidir. Hədsiz yağ qəbul etmək də piylənməyə səbəb olur.

Qida məhlulu kimi yağlar gündəlik qida rasionunda ümumi enerjinin 30%-ə qədərini təşkil etməlidir. Tövsiyyə olunmuş normaya əsasən orta yaşlı insan gündə 80-100 qr yağ yeməlidir, o cümlədən kərə yağı 20 qr, bitki yağı 25 qr, heyvan yağı 20 qr, marqarin və mətbəx yağları 30 qr. Yaşlıların daha çox bitki yağlarından istifadə etmələri məsləhətdir.

Yeyinti yağları kimyəvi tərkibcə üçatomlu spirt olan qliserinlə müxtəlif yağ turşularının birləşməsindən əmələ gələn mürəkkəb efirlərdir. Yağların tərkibində onları müşayiət edən maddələr - sərbəst yağ turşuları, sterollar və steridlər, fosfaditlər, mumlar, boya maddələri, vitaminlər, fermentlər, karbohidratlar və s. vardır.

Yeyinti yağları mənşəcə bitki və heyvan yağları qrupuna bölünür. Hər iki qrup konsistensiyasına görə maye və bərk yağlara ayrılır. Marqarin, mayonez və qənnadı yağlarının əsasını bitki və heyvan mənşəli yağlar təşkil edir.

Bitki yağları

Bitki yağları bitkilərin yağlarından alınır. Əsasən günəbaxan, pambıq, soya, kətan, çətənə, zeytun, qarğıdalı, xardal, küncüt yağları istehsal olunur. Bitki yağları presləmə və ekstraksiya üsulu ilə istehsal olunur, müxtəlif üsulllarla saflaşdırılır. Qida məqsədi üçün,əsasən presləmə üsulu ilə alınır.

Yağlar haqqında (1)

 Qarğıdalı yağı

Qarğıdalı yağı qarğıdalı tullantısı olan qarğıdalı nüvəsindən presləmə və ekstraksiya üsulu ilə alınır. Qarğıdalı yağı əmtəə sortuna ayrılmır.

 

 

Yağlar haqqında (1)

 

Zeytun yağı

Zeytun yağı da soyuq və isti presləmə üsulu ilə alınır. Yüksək keyfiyyətli yağın rəngi açıq sarıdan qızılı sarıya qədər, aşağı keyfiyyətli yağın isə yaşıl çalarlı olur. Zeytun yağı pəhriz qidası üçün və yüksək keyfiyətli konserv istehsalında istifadə olunur. Zeytun yağı müalicə üsulu ilə də işlədilir, qəbizlik zamanı, kosmetologiyada. Əsasən də zeytun yağını salatlarda istifadə edirik. Zeytun yağı mədəni yumşaldır, öd daşı, böyrək və qaraciyər sancmaları zamanı işlənir. Onu su ilə qatıb, 1 ədəd yumurta sarısı çalmaqla işlədirlər. Zeytun yağının köhnəsinə üstünlük verilir. Çirkli yaralar üçün məlhəm hazırlayarkən zeytun yağını unutmaq olmaz. Köhnə yağ dedikdə 7 illik yağ nəzərdə tutulur.

 Günəbaxan yağı

Günəbaxan və qənnadı yağları üçün salomas istehsalında, həmçinin sabun bişirmək üçün istifadə olunur. Günəbaxan yağında dadlı qızartmalar - peraşki, çipsi, və s. hazırlanır. İnsan orqaniziminə də müsbət təsiri var.

 

 

Yağlar haqqında (1)

 

Palma yağı

Tərkibində karotin olduğu üçün tünd sarı-narıncı rəngdədir. Bu yağın əsas xüsusiyəti ondadır ki, özbaşına hidroliz olunur və turşuluq əbədi kalium qələvisinə görə 25-30 mq-ə qədər artır.

Təzə alınmış palma nüvə yağı xoşagələn qoz dadlı, konsistensasiyası ərinmiş kərə yağına bənzəyir, tez xarab olur. Afrikada palma yağıqida üçün, Avropada isə sabun və şampun istehsalı üçün sərf edilir. Qida məqsədləri üçün nəzərdə tutulan palma yağını qənnadı, mətbəx və marqarin yağı əvəzinə xəmirə qatmaq olar.

Yağlar haqqında (1)

Gənəgərçək yağı

Gənəgərçək yağı məddəyumşaldıcı xassəyə malıkdir. Dadı pis, iyidə xoşagələn olmadığı üçün, bunu adətən yumurta sarısı ya da heyva şirəsi ilə işlədirlər. Gənəgərçək yağı başda olan kəpəyi aparır, tükləri möhkəmləndirir. İstifadə miqdarı yumşaldıcı kimi 2-10 qram, yüngülləşdirici kimi 10-6 qram qəbul olunur. Zəhərli olduğu üçün uşaqlara məsləhət görülmür. Təpitməsi ziyil, oynaq şişləri, sirkə ilə təpitməsi döş şişi hallarında məsləhət görülür. Arpa unu ilə təpitməsi göz şişi, boğaz altı şişlər zamanı işlədilir.

10 dekabr 2013
GO BACK