Qadin.NET / Keçibuynuzunun faydaları

Keçibuynuzunun faydaları

Keçibuynuzu paxlalılar fəsiləsindən olub Aralıq dənizi iqliminə uyğun olan sahələrdə təbii olaraq yetişir. Həmişəyaşıl kol və ağac şəkilli bitkidir. Meyvələri paxla meyvəsidir və çox faydalı xüsusiyyətlərə malikdir. Öskürək dərmanlarının hazırlanmasında və şokolad hazırlayan zaman dadlandırıcı kimi istifadə olunur.

Keçibuynuzunun faydaları

Keçibuynuzunun faydalarını saymaqla qurtarmaq olmaz. Ağrıkəsici, bakteriya öldürücü, antiallergik, bronxit, astma, bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alır. İmmun sistemini gücləndirir, orqanizimdəki sərbəst radikalları yox etmək xüsusiyyətinə malikdir. İshal və qəbizliyi aradan qaldırır. Uşaq iflicinin əmələ gəlməsinin qarşısını alır. Qaraciyəri toksinlərdən təmizləyir. Keçibuynuzu və toxumları üyüdülərək süddə bişirilərək və ya doşab hazırlanaraq istifadə edilir.  

Keçibuynuzunun faydaları

Ağciyər iltihabı zamanı çox faydalıdır. Bəlğəmgətirici xüsusiyyəti var, astmaya qarşı müalicə zamanı çox effektiv təsirə malikdir. Siqaret çəkən insanlar da istifadə etsələr tez bir zamanda ağ ciyərlərin necə təmizlənməsinin şahidi olacaqlar. Ağciyər xərçənginin qarşısını 90% alır. Unutmayaq ki, bir bitkinin artıq xərçəngə tutulmuş hər hansı bir orqanın müalicəsində təsiri çox zəifdir. Ona görə də onun yaranmasının qarşısını almaq lazımdır.

Keçibuynuzunun tərkibində xolesterol və teobromidin yoxdur, ona görə də təzyiq problemi olanlar rahatlıqla istifadə edə bilərlər. Qandamarlarını təmizləyir və ürəyi rahatlaşdırır.

Tərkibi P (fosfor), K (kalium) və Ca (kalsium) ilə zəngin olduğu üçün osteofaroz zamanı kalsium ehtiyacının ödənilməsi baxımından istifadə edilir. Uşaqlarda zehnin və sümüklərin düzgün inkişafında istifadə olunur. Əsəbləri sakitləşdirdiyi üçün stressin qarşısını alır.

E vitamini ilə zəngindir, ona görə də sümük əyriliyi, qan azlığı, qrip və öskürəyə yaxsı təsir göstərir. 

Keçibuynuzunun faydaları

A, B qrupu, D vitamini və minerallarla zəngindir, ağız boşluğu xəstəlikləri zamanı, mədə-bağırsaq xəstəliklərində - mədə qıcqırmaları zamanı, həzmin çətinliyi vaxtı, həmçinin qurdqovucu kimi istifadə olunur. Qaraciyəri təmizləyir və sarılıq zamanı yaxşı təsir göstərir. Cinsi gücü artırır, orqanizmə güc və enerji verir.

Tərkibindəki aminoasit azalmadığından güclü qanyaradıcıdır. Hafizə və diqqəti gücləndirir, zehni açır.

Əl və ayaq əsmələri və yaşla əlaqədar əmələ gələn fizioloji patolagiyaları zamanı da müsbət təsir göstərir.

Keçibuynuzunun faydaları

Keçibuynuzunun meyvələri ilə yanaşı doşab və siroplarından istifadə olunur. Sirop hazırlanan zaman birbaşa istiliklə təmasda olmadığı üçün onun tərkibindəki minerallar və vitaminlər heç bir dəyişikliyə məruz qalmır və konserogen maddələr əmələ gəlmir. Doşabın hazırlanması zamanı kimyəvi çökdürücülərdən istifadə olunmur.

İstifadəsi: böyüklər səhər və axşam 2 xörək qaşığı, uşaqlar gundə 1 dəfə 1 xörək qaşığı.

                                                                                                                                   (Tərcümə olunub)

8 dekabr 2013
GO BACK