Qadin.NET / Şəfalı bitkilərlə müalicə

Şəfalı bitkilərlə müalicə

 

Şəfalı bitkilərlə müalicə

Acı paxla və faydaları

Acı paxla: Paxlalılar sinifindən, 1 metrə qədər uzana bilən, yarpaqları parçalı, acı dənəli, salxım şəklində çiçəkləri olan bir bitkidir. Yəhudi paxlası olaraq da tanınır.
Acı paxlanın faydaları: Qidalandırıcıdır. Bədənə qüvvət verir. Şəkər xəstəliyinə qarşı faydalıdır. Toxumları, sidik yollarını təmizləməkdə və sidikqovucu olaraq istifadə edilir. Qanı təmizləyir və bağırsaq qurdlarını salıcı təsir göstərir. 

Böyrəklərə faydalıdır: Böyrək daşlarının və qumunun salınmasına köməkçi olur. Böyrək iltihabına qarşı təsirlidir. Ağrıkəsici təsiri səbəbiylə baş, revmatizm və oturaq sinirinin ağrıları üçün istifadə edilir. Menstruasiya qanamalarını artırır və asanlaşdırır.   

Acı paxladan necə istifadə edilir?

Toxumları qovrulub çəkilərək toz halında istifadə edilə bildiyi kimi, qaynadılıb qabıqları soyulduqdan sonra dənə olaraq ya da sıyıq halına gətirilərək də istifadə edilir. Sıyıq halında yara və dəri xəstəliklərində istifadə edilir. Gözəl çiçəklərindən bəzək bitkisi olaraq bağçalarda yetişdirilir. Bundan başqa, toxumları heyvan yemi olaraq da istifadə edilir.
Sıyıq halına gətirilən acı paxla zəhərlə mübarizədə və dəri ləkələrinin üzərinə xaricdən sürtülərək istifadə edilir. 

Şəfalı bitkilərlə müalicə

Adaçayı və adaçayının faydaları

Adaçayı dağların təpələrində yabanı olaraq özbaşına yetişən bitkidir, uzun yarpaqlı, açıq yaşıl rəngli, olduqca iti qoxulu bir bitkidir. Yay aylarında (iyun, iyul) çiçək açanda toplanır və qurudulur. Təzə yaşıl yarpaqları da istifadə edilə bilər.    
Adaçayının faydaları: Qazqovucu təsiri səbəbiylə mədə və bağırsaq qazlarını aradan qaldırmaqda faydalıdır. Həzm sisteminin işinin nizamlanmasına kömək edir. Mədə bulantısını kəsir. Qan dövranını sürətləndirir, bədənə qüvvət və dinclik verir. Astma xəstələri üçün faydalıdır. Dişləri ağardır və gücləndirir. Sinir sisteminə təsirlidir: sakitlik verir, çox əsəbi və gərginlik içində olanlara faydalıdır.    

Adaçayı necə istifadə edilir?

Adaçayı xüsusilə dəmlənərək çayı içilir. Bundan başqa, yeməklərə və şorbalara dad və qoxu vermək üçün də istifadə edilir. Hamam suyuna qatılsa, bədənə gümrahlıq verər. Xüsusilə həzmedici və qazqovucu xüsusiyyətləri səbəbiylə yeməklərdən sonra içilməsi faydalıdır. Adaçayı suyu ilə ağızda qarqara edilsə, angina, diş əti və boğazda əmələ gələn iltihabları qısa müddətdə yaxşılaşdırar. 

Xəbərdarlıq: Adaçayıdan çox istifadə etmək təzyiqi yüksəldə bilər. Hamiləlik müddətində və süd əmizdirən analara məsləhət görülmür. Gündə 3 fincandan çox içilməməlidir.   

Şəfalı bitkilərlə müalicə

Moruq və moruğun faydaları

Moruq: Ağacçiyələyi, ya da sultan böyürtkəni olaraq da bilinir. Kol şəklində, tikanlı, çoxluqlar halında olan və ümumiyyətlə ağaclıq sahələrdə özlüyündə yetişən bir bitkidir. Bəzi bağçalarda da əkilib becərilir. Tuta bənzəyən meyvəsi qırmızı, ətli, şirəli və gözəl qoxuludur. Meyvəsi təzə olaraq yeyilə bildiyi kimi qurudularaq da istifadə edilir. Yaz başında çiçək açır, iyul-avqust aylarında meyvəsi yetişir və toplanır.  
Moruğun faydaları: bədəndəki toksik maddələri çölə atır, qanı təmizləyir. Bədənə dinclik verir. Qızdırmalı xəstəliklərə faydalıdır. Revmatizm, qansızlıq və vərəm xəstəliklərinə qarşı faydalıdır. Sidikqovucudur, qəbizliyi aradan qaldırır. Yetkinləşmiş, təzə moruqda bol miqdarda A vitamini vardır və çox faydalıdır. Toxumlarının gücləndirici təsiri vardır. Böyrək və şəkər xəstəliyi olanlara təzə olaraq yemələri tövsiyə edilir.
Moruqdan necə istifadə edilir?
Moruğun çiçəkləri qaynadılaraq bu su ilə qarqara edilsə angina, boğaz və diş əti iltihablarına yaxşı təsir göstərər. Bir qədər moruğu əzib püre halına gətirdikdən sonra üzə maska ​​edilsə, dərini dartar və sərinləşdirər. Yarpaqları incə doğranılıb qaynadılaraq çayı hazırlana bilər.   
Cirə və cirənin faydaları
Cirə bitkisi: gövdəsi dik, çox budaqlı və tüklü bir bitkidir. Yarpaqları uzun saplı və yumrudur, ağ rəngdə çiçək açar. Çöllərdə yetişir, həmçinin bağçalarda də yetişdirilir.    
Cirənin faydaları: həzmi asanlaşdırır və köpü önləyir. Mədə-bağırsaqda yaranan qazlara qarşı faydalıdır. İştahsızlığı və ürəkbulanmasını aradan qaldırır. İshalı və qusmanı kəsir. Sakitləşdirici təsiri səbəbiylə sinir sisteminə faydalıdır, ağrıları yüngülləşdirir, baş ağrısına da yaxşı təsir edir. Qan dövranının nizamlı olmasına kömək edir, ürəyi qüvvətləndirir. Öskürəyə yaxşı təsir edir; astma, bronxit və nəfəs darlığı şikayətlərini azaldır. Cirənin faydaları arasında aybaşı qanamalarını nizama salmağa köməkçi olması və ana südünü artırıcı təsiri də var.  
Cirədən necə istifadə edilir? 
Cirə qaynadılaraq çayı hazırlana bilər. Cirə çayı içilsə, nəfəs darlığı və öskürəyə yaxşı gəlir. Yeməklərdən sonra içilsə, qazı aradan qaldırar. Cirə ətlə birlikdə istifadə edilsə, ətə ayrı bir ləzzət qatar. Gözlərə sürmə kimi də çəkilə bilər.   
Xəbərdarlıq: cirədən çox istifadə edildikdə keylik, baş ağrısı və görmə problemlərinə səbəb ola bilər. 
20 dekabr 2013
GO BACK