Qadin.NET / Möcüzəvi meyvə - nar

Möcüzəvi meyvə - nar

Möcüzəvi meyvə - nar

Tərkibindəki çox faydalı bioaktiv komponentlər sayəsində "ən güclü" antioksidantlar arasında sayılan nar suyunu süfrənizdən əksik etməyin. Mütəxəssislər havaların soyuması ilə qirip xəstəliklərində artım olduğunu bildirərək xəstəliklərdən qorunmaq üçün nar suyu içilməsini təklif edir.

Möcüzəvi meyvə nar qış günlərində kiçik-böyük, hər kəsin imdadına yetişir. Tərkibində olan bir çox faydalı bioaktiv komponentlər sayəsində çox güclü bir antioksidant olduğunu söyləyən mütəxəssislər, nar meyvəsinin və suyunun daha çox istifadə edilməsinə üstünlük verir.

Nar qışın qızıl meyvəsidir. O, həm orqanizmin immunitetini artırır, onu təmizləyir, həm də yağları yandırır. Şəkərli diabet xəstələri üçün də nar faydalıdır, çünki nar qanda şəkərin miqdarını tənzimləyir, ürək və damar xəstəliklərindən qoruyur.

Həmçinin nar əsəb üçün də xeyirlidir. Hamilə qadınlar üçün də tövsiyə edilir. O, həm qan yaratmaq, həm də qanı paylaşdırmaq xüsusiyyətlərinə malikdir. Aparılan araşdırmalar nəticəsində narın möcüzəvi bir meyvə olduğunu ifadə edən Erciyes Universitetinin professoru Nəriman İnanç qeyd edir ki, 100 ml nar suyu yetkin bir insanın gündəlik C vitamini ehtiyacını ödəyir.

Möcüzəvi meyvə - nar

Nar suyunda çoxlu miqdarda B vitamini və kalium olduğuna da işarə edən İnanç "Nar suyu tərkibində olan antioksidantlar sayəsində immunitet sisitemini gücləndirir" deə bildirib.

Xəstəliklərin qarşısını almaq mövzusunda immunitet sisteminin bədənin ən əhəmiyyətli sistemi olduğunu ifadə edən İnanç, narın faydaları ilə bağlı bu məlumatları verib: "Qrip hər il dünyada bir çox adamın xəstəxanaya düşməsinə və hətta ölümünə gətirib çıxaran bir xəstəlikdir. Son illərdə elm adamları təbii antivirus molekulları üzərində araşdırmalar aparıblar. Təbii molekullardan ən əhəmiyyətlisi tərkibində olan antioksidantlar, yəni polifenol səbəbindən nar və nar suyudur."

Möcüzəvi meyvə - nar

Narda olan antioksidant xüsusiyyətli polifenol qrip virusunun qırmızı qan hüceyrələrində çoxalmasının qarşısını alır. Nəticə etibarı ilə qış aylarında sağlam qidalanmaqla yanaşı, qripdən qorunmaq və qrip olarkən müalicə məqsədi ilə nar suyu qəbul etməyin faydalı ola biləcəyini nəzərə almağınız lazımdır.

1 noyabr 2013
GO BACK