Qadin.NET / Hacamat

Hacamat

Hacamat- hamımızın bildiyi və çoxumuzun evində istifadə etdiyimiz banka qoymaqdır.

Hacamat (ərəbcədə Ш­Ш¬Ш§Щ…Ш©, Hijamah, hajamat- əmmək, sormaq mənasını verir), İslam ölkələrində çox məşhur olan, Çindən Almaniyaya, Malayziyadan Kanadaya, Ərəb dünyasından Avstraliyaya qədər bütün dünyada istifadə edilən alternativ bir müalicə üsuludur. Digər müalicə terapiyaları ilə müqaisədə, banka ilə müalicə daha qədimdir. Tarıx bizə, eramizdan 3000 il əvvəl bu müalicənin izlərinə rastlamış arxeoloqlar barədə məlumat verir. Bu barədə ən qədim yazılı sənəd isə misirlilərə aid olan eramızdan 1500 il əvvəl yazılmış Eberusun papirusu adlanan sənəddir. Çində bu müalicə üsulunun dəlilləri, eramızdan 1000 il əvvələ aid olan, Qe Xunun "Təcili vəziyyətlər üçün reseptlər" adlı əl kitabında tapılmışdır. Hippokrat (400 il e.ə) bu  üsuldan daxili və struktur xəstəliklərinin müalicəsində istifadə edirdi. Başqa mədəniyyətlərdə banka qoymağın adları belədir: Hijamah / Hijama / Baguanfa / jiaofa, / Bentusa, / Vendouse, Gac Hoi /, Bahnkes, Kyukaku, / Ventosaterapia, / SchrÖpftherapie, / Kupa Cekme, / Jiaofa,/ Bankovani, / Ventouzzes, and Vacuume Terapi.
Hacamat, Peyğəmbərimiz (s.v.s) tərəfindən məsləhət görüldükdən sonra İslam aləmində daha çox yayılmağa başlamışdır. 
İbn Abbas r.ə., Rəsulullah s.ə.v.dan belə dediyini rəvayət etmişdir: "Mirac gecəsi, hansı mələk birliyinə rast gəldimsə onlar mənə; "Ey Məhəmməd qan aldırmağa (hacamata) davam et və ümmətinə də bunu əmr et" deyirdilər" (Tirmizi Tibb 12, İbn Macə Tibb 20 Müsnet I, 354)
Hacamat mövzusunda Hədisi Şəriflər
Hz. Məhəmməd(s. a. v) Hədisi Şəriflərində, hacamatın əhəmiyyəti haqqında bunları buyurmuş: 
"Damardan və ya dəridən qan aldırmaq, müalicə olduğunuz şeylərin ən faydalılarındandır." 
"Səfər edin şəfa tapın, oruc tutun şəfa tapın, hacamat olunun şəfa tapın."
Hacamatın növləri
Quru hacamat- bildiyimiz adı banka qoymaqdır;
Sürüşdürmə ilə hacamat- vakkum masajı ilə eynidir;
Yaş hacamat-  qan almaqla edilən hacamatdır.
Xəbərdə əsas diqqəti hacamatın  məhz bu növünə çəkmək istəyirəm.
Hacamat, həm profilaktik, həm də müalicə məqsədi ilə edilə bilər.
Hacamat zamanı orqanizmdə nələr baş verir?
Bildiyimiz kimi qan hüceyrələri vaxtaşırı yenilənir, həmçinin qana müxtəlif yollarla qarışan müxtəlif "çirkli" qatışıqlar da orqanizm tərəfindən təmizlənir. Bu proses daha çox dalaq, qaraciyər və immun sistemi tərəfindən edilir. Lakin, bəzən orqanızm bunun öhdəsindən tam gələ bilmir. Bu zaman kənardan yardıma ehtiyac duyulur. Banka qoyulan zaman, kapillyarlarda toplanan "çirkli" qan, banka qoyulan nahiyəyə yığılır, sonra, həmin nahiyə iti alətlə çərtildiyi zaman həmin "çirkli" qan bankanın daxilindəki vakuum sayəsində orqanızmdən xaric edilir. Nəticədə, immun sistemi yaxşılaşır, orqanizm yeni qan hüceyrlərini əmələ gətirməyə təhrik edilir, gərginləşmiş əzələlər boşalır, təzyiq və sorulma ilə toxuma bitişmələri (spaykalar) bərpa olunur, limfotik drenaj güclənir, qoyulduğu nahiyədən asılı olaraq orqanın "çirkli", işlənməyən qatı qandan və toxinlərdən təmizlənməsi nəticəsində, orqanda qan dövranı yaxşılaşır, beyin funksiyaları yaxşılaşır. Ümumiyyətlə, hacamat, əks göstərişləri çox az olan alternativ müalicə üsuludur. 35-40 yaşında insan heç vaxt hacamat etdirməyibsə- 4-5 seans etdirməsi gərəklidir ki, qanı təmizlənsin.
Hacamat zamanı bankaların altındakı dərinin rəngi də, orqanizmdə toplanan toxinlər barədə məlumat verə bilər. Rəngin nə qədər tünd olması, prosesin o qədər şiddətli olmasının göstəricisidir.
Kimlərə hacamat tətbiq etmək olmaz?
Qan azlığı olan şəxslərə;
Çox yaşlı insnalara;
Az yaşlı uşaqlara və körpələrə;
Hamilələrə;
Ürək çatışmazlığı olanlarda;
Təzyiqi çox aşağı olanlarda;
Hacamatdan qorxan və həssas insanlarda etmək məsləhət deyil;
AİDS HİV xəstələrində
Törəmələri olan(şiş) xəstlər hacamat etmədən öncə həkimlə məsləhətləşsinlər (baxmayaraq ki, hətta bədxassəli şişlərin də müalicəsində yüksək effekt görülmüşdür)
Qadınlar hər ay qan itirdikləri üçün, hacamat olunmaz fikri də yanlışıdır (hacamat zamanı faydasız, zərərli qan xaric edilir). Peyğəmbərimiz (s.v.s)in xanımları da hacamat olunmuşlar.
Hacamat hansı xəstəliklərə faydalıdır?
-Müxtəlif mənşəli baş ağrıları;, 
-Tənbəllik, yuxu çoxluğu; 
-Prostatit və cinsi zəiflik; 
-Kürək ağrısı, bel ağrısı (lumbago), işiaz; 
-Hormonal pozluqlarda;
-Yumurtalığın xəstəlikləri (buna bənzər bir çox qadın xəstəliyi);
-Yüksək təzyiq;
-Ödemlərdə;
-Nevralgiyalarda;
-Kirəclənmələrdə;
-Şezofreniyalrda (sakitləşdirici olaraq);
-Nevrozlarda;
-Daxili orqanların xəstəliklərində;
-Diabet;
-Artrit;
-Bronxial astma;
-Tonzillit (ümumiyyətlə yuxarı və aşağı tənəffüs yollarının xəstəlilərində);
-Sinusit;
-Miqren və s. baş ağrılarında;
-Revmatik ağrılarda;
-Onurğa sütunu xəstəliklərində;
-Əzələ ağrılarında;
-Menstrual ağrılarında və s;
-Sellulitin müalicəsində;
-Dişlərin çürüməsi, diş əti xəıstəlikləri və pis ağız qoxusu daimi hacamat etdirənlərdə olmaz!
-Hacamatla müalicəsində ən yaxşı nəticələr görülən xəstəlik miqrendir.
-Miqrenin əsas səbəbi kimi, uzunsov beyin və beyincikdə qan dövranının pozulması bilinir. Hacamatla bu nahiyələrin qan dövranı bərpa -olunduğu üçün, bu üsul ən effektiv müalicə üsulu hesab edilir. Bir sensla belə təmamilə sağalan xəstələrin sayı çoxdur. Amma, 1 ay ara ilə 3 seans etdirmək daha məsləhətlidir.
Uşaqlarda hacamat
Uşaqlar üçün hacamatın aşağı sərhədi nəzəri olaraq 2 yaş olaraq təyin olunsa da, Malaziya və İndoneziya kimi müsəlman ölkələrində 45 günlük körpələrə də tətbiq olunduğu, və hacamat edilən körpələrdə axıdılan 2-3 damla qanla, gecə ağlama və dəcəlliyin aradan qalxdığını və daha rahat yatdıqlarını ifadə edən ailələr çoxdur.
Hacamatın ən çox fayda göstərən və təsir edəni uşaqlara edilənidir. İranda kermenşah tibb fakultəsində 4 min uşaq arasından 3 min uşağa edilmiş hacamatdan yola çıxan araşdırmalar bu nəticələri ortaya qoymuşdur; digər 1000 uşaq hacamat edilməmiş aradakı fərq belə müşahidə edilmişdir.
1- Hacamat etdirdikdən sonra uşaqlar daha az soyuqlama və qrip kimi infeksiya xəstəliklərinə tutulur və immunitet sistemləri güclənir.
2- Dəcəllik, hərəkət pozğunluqları, əsəbilik, agresiv və tərs hərəkətləri ən aza enmişdir.
3- Sürətli böyümə, boy və kilo artımı uşaqlarda görülmüşdür.
4- Yeməyə qarşı iştahları artmış.
5- Uşaqlarda və yetkinlərdə konsentrasiyaları artıb, öyrənmə qabiliyyətləri, zəkaları və yaddaşları güclənmişdir.
6- Yetkinlikdə cinsi yetişkənlik dövrünü daha sakit və rahat keçirmələr müşahidə edilmişdir.
7- Daha gözəl və xoşbəxt bir üz, dəri və saç qazanılmışdır
8- Ən əhəmiyyətlisi ailələrin davamlı şikayət etdiyi, nə versən bəyənməmə və ya dəcəllik edən uşaqlarda daha çox müsbət təsir görülmüşdür.
9- Başdan və qulaq arxasından hacamat olan uşaqlarda yaşıdlarına görə dərsə olan maraq və öyrənmə sürətində çox artım görülmüşdür.
10- Bacı-qardaşları qısqanma və ya oyuncaqları paylaşmama kimi xasiyyətlər tamamilə qalxdığı müşahidə edilmiş, yaşlarına görə daha yetkin rəftarlar sərgiləmişlər.
11- Altına islatma problemləri olan uşaqlarda %92 nisbətində müvəffəqiyyət müşahidə edilmişdir. Bunlardan 83%-i tamamilə altına islatmağı buraxmış, kiçik bir nisbət isə çox az və ya nadir olaraq islatma xasiyyəti qalmışdır.
Hacamat tək başına uşaqlarda təqribən 43 xəstəliyi tam müalicə edir.
Hacamat necə edilir?
 Hacamat zamanı gigiyena qaydalarına əməl etmək şərtdir!

Banka qoyulacaq nahiyələr dezinfeksiya edildikdən sonra, yenə də steril bankalar (bunlar, hətta adi şüşə bardaq da ola bilər və ya hal-hazırda istiliklə vakuum yaradılmasına ehtiyac duymayan xüsusi elastiki bankalar da ola bilər) vakuum yaradılaraq qoyulur.
10-15 dəqiqə gözlədikdən sonra  bankalar çıxarılır: bankanın altındakı dəridə hematoma yaranır, bu o deməkdir ki, kapilyarlara gərəksiz qan və toksinlər toplanmışdır. Kifayət qədər keyləşmiş dərini steril iti alət ( məsələn adi lezva) vasitəsilə bir neçə yerdən dərinliyi 1mm.dən, uzunluğu 1sm.dən çox olmamaq şərti ilə çərtilir.
Orqanizmdən asılı olaraq eyni zamanda 1-4 və ya 8 arası nahiyəyə hacamt etmək olar. Yenidən vakuumlu bankalar qoyulur və qan bankanın daxilinə dolduqca boşaldılır və yenidən qoyulur.
Bu proses açıq rəngli qan gələnə qədər davam etdirilir və ya qanın gəlməsi kəsilərsə proses dayandırılır. Hacamatdan öncə yüngül masaj etməyin də ( zeytun  yağı ilə) faydası var. Hacamatdan sonra çərtilmiş yerlər, hətta yara qaysağı bağlayan yerlər də 1-3 günə tam sağalır.
Hacamat hansı nahiyələrə edilir?
Ən faydalı nahiyələr:
-Kahil (iki kürək arasından 10 sm yuxarıda);
-Ehdehayn (iki qulaq arxası);
-Ürəyin arxası.
 Hacamatın akupunktur nöqtələrinə edilməsi daha doğrudur və faydası da daha çoxdur.
Hacamatla bağlı tövsiyələr
Hacamatdan əvvəl 
- Hacamat olmadan əvvəl yuxusuz qalınmayacaq və bədən istirahət etmiş olacaq.
- 2-3 saat əvvəlindən qida qəbul ediməməlidir.
- 1 gün əvvəldən cima edilməməsi tövsiyə olunur.
- Hacamattan 1 saat əvvəl bal şərbəti içilməsi tövsiyə olunur.
-Hacamatdan öncə (mümkünsə, hətta bir ay öncəsindən) albalı yeyilməməsi məsləhətdir.
-Hacamat əsnasında Ayətəl Kürsünin oxunması, hacamatın faydasını iki qatına çıxarar. 7 dəfə oxunması faydalıdır. Şeytanın vəsvəsələrinə qarşı ürəyin arxasından edilən hacamat çox faydalıdır.
-50 illik kökləşmiş böyünün (cadunun), hacamatla qaldırıldığı rəvayəti vardır. 
-Cüt üzvlərdə hacamat faydalıdır. (İki düz, iki ayaq kimi...)
Hacamatdan Sonra 
- Bir yemək qaşığı üzüm sirkəsi və sonra isə bal şərbəti içilməsi tövsiyə olunur.
- Yağlı qidalar və heyvani qidalar(ət, süd və süd məhsulları 1 gün boyunca ), turş, duzlu və acı qidalar qəbul edilməyəcək.
- O gün cima edilməməsi tövsiyə olunur.
- O gün bədən istirahət etdiriləcək, isti duş qəbul edilməyəcək ( gərəkli olarsa ilıq su ilə edilə bilər )
- Hacamatdan dərhal sonra yatılmayacaq (3-4 saat sonra yatılması tövsiyə olunur.)
Niyə hacamatdan sonra bəzən insanlar özlərini yaxşı hiss etmirlər?
1) Əgər güclü halsızlıq olursa və ya çox az qan çıxırsa-ya xəstə çox qorxub və həyəcanlanıb və ya orqanizm toksinlərlə həddən artıq çirklənmişdir; bu halsızlıq bir neçə saatdan tutmuş, bir neçə günə qədər davam edə bilər.
2) Temperaturun qalxması: bəzən 40 dərəcəyə qədər qalxa bilir və bu, orqanizmin hacamata individual reaksiyası və immun sisteminə işə düşməsi ilə bağlıdır.
3) Ürək getmə halları: immunitetin birdən-birə güclü işə salınması ilə əlaqədardır.
4) Xəstəliyin simtomlarının ağırlaşması: bu da müalicəni effektli olması ilə bağlıdır və belə halda qorxaraq növbəti seansdan imtina etmək olmaz.
 5) Heç bir dəyişiklik hiss edilmirsə: bu, hacamat seanslarının təkrarlanmasını və ya hacamat nahiyələrinin düzgün seçilməməsi ilə əlaqədardır.
Hacamat ediləcək günlər
Hacamat Hicri ayın günlərinə görə edilir: 
-Ayın 17-ci günü çərşənbə axşamı gününə rast gələrsə, hacamat üçün çox faydalıdır.
Hər ayda hacamat ola biləcəyin 4 gün vardır o keçdimi, digər ay gözləniləcək. Hacamat göydəki ayın (HİCRİ)17-19-21-15-ci günlərində edilməlidir. Ən faydalısı 17-ci gündür. Hacamat ayın ilk günlərindən 14-cü günə qədər (göydəki ayın böyümə günlərində) faydalı deyil. 15 indən 21-nə qədər (Hicri və tək günlərdə) günlərdə faydalıdır. 22-sindən 30-una qədər ay kiçik olduğu üçün bədən zəif olur və çıxan qan az olacağından faydası az olur (Bu səbəndən əməliyyatlar mümkünsə ayın 14-ündən sonra edilməlidir. Bunun üçün deyilmişdir ki; Kəsilməsi istənən bir iş, ay kiçilərkən, yəni 14-ündən 30-una qədər edilməli.
-Davam etməsi istənən bir iş də ay böyüyərkən, yəni 1-inden 14-ünə qədər edilməli. Mümkünsə davam etməsi istənən bir işə ayın ilk çərşənbəsi başlanmalı.
-Bununla birlikdə ayın 1-ində ortasından və sonunda bir işə başlama-Mərifətnamə). Hədisi Şəriflərdə, tək günlər tövsiyə edilmişdir. Bu günlər içində ən çox faydalı olduğu gün ayın (Hicri)17-ci günüdür. Ondan sonra (Hicri)19, ondan sonra (Hicri)21, ondan sonra (Hicri)15-ci gündür. 
Həftənin hansı günlərində etməli:
Hacamat bazar ertəsi günü edilməlidir- haqqında təşviq olub qadağan olmayan tək gündür. Həftənin üç günü haqqında həm təşviq edici, həm də qadağan edici Hədisi Şəriflər vardır. Əgər Bazar ertəsi günü mümkün olmazsa, bu üç gündə hacamat oluna bilər. Bu günlər; bazar, çərşənbə axşamı, cümə axşamıdır(çərşənbə axşamı günü ayın, hicri 17-çi gününə gəlirsə hacamat üçün çox uyğundur.)
Hansı günlərdə edilməməli:
 Həftənin üç günü haqqında təşviq olmayıb yalnız qadağan edici Hədisi Şəriflər vardır. Bu üç gündə qadağan günlərdir; çərşənbə, cümə, şənbə(Bu günlərdə əməliyyat, mümkünsə edilməməlidir.) 
Bu günlərdə qətiyyən hacamat olunmamalı:
Hədisi Şərifdə "Kim Çərşənbə və ya Şənbə günü hacamat olub bədənində alaca xəstəliyi görsə, yalnız özünü qınasın." "Cüma günü bir saat vardır, kim o saatda hacamat olsa mütləq ölər." "Cümə, Şənbə, Bazar günləri hacamat olmaqdan qaçının." 
Şübhəli günlər:
Həftənin üç günü isə həm qadağan edilmiş, həm təşviq edilmişdir. Bunlar; bazar, çərşənbə axşamı, cümə axşamıdır. 
Hədisi Şərifler; "kım Cümə axşamı günü Hacamat olar və o gün xəstələnsə, o xəstəlikdə ölər.", Rəsulullah əleyhissalatu vəssalam buyurdular ki: "Çərşənbə axşamı günü qan günüdür. O gündə bir saat vardır, qan dayanmaz." Əbu Davud, Tibb 5, (3862). "Rəsulullah əleyhissalatu vəssalam hacamat oldu və haccama ödənişini verdi. Əgər bu (hacamat ödənişi) haram olsaydı verməzdi. "Buhari, İcarəyə 18, Cadu' 39, Tibb 9; Müslim, Müsakat 66, (1202); Əbu Davud, Cadu' 39, (3423). 
Günün hansı saatında edilməli:
Ən faydalısı günəş doğulduqdan 1 saat keçdikdən sonrakı 2 saatdır, bu mümkün olmazsa günortan ilkindi arası.
Mövsüm olaraq zamanı:
Hacamat istilər basdırdığı zaman edilər. Bu, yazın sonu, albalı çıxdığı zaman may-iyun aylarıdır. "İsti şiddətləndiyi  zaman hacamat ilə kömək istəyin."
25 sentyabr 2013
GO BACK