Qadin.NET / Tanıdığımız badımcanın tanımadığımız tərəfləri

Tanıdığımız badımcanın tanımadığımız tərəfləri

Tanıdığımız badımcanın tanımadığımız tərəfləri

Badımcan quşüzümü cinsindən olan birillik bitki olub, badımcançiçəklilər fəsiləsinə aiddir. Vətəni Orta Asiya, Hindistan və Çin olan açıq bənövşəyi və tund bənövşəyi rənli olan bu bitkinin tərkibində, A vitamini, B qrupu vitaminləri,C vitamini, həmçinin Ca, Fe, P duzları ilə zəngindir. Meyvələri iridir, qabıqla örtülüdür, ətli hissəsi zərif-tumlu olarsa cavan olan bu meyvə daha keyfiyyətli sayılır.

Peyğəmbərimizin bu sözləri badımcan üçün deyilir: "Badımcanı qaynadaraq yumşaldın və içinə zeytun yağı tökün. Onu çox yeyin, çünki Allaha iman edən ilk ağac odur. Adamı hikmətli və güclü edir".

Yüksək antioksidantlarla dolu olan badımcan beyin hüceyrələrini zədələrdən, azad olmuş radikallardan qoruyaraq bədəndəki zərərli toksinləri məhv edir. Tərkibindəki manqan (Mn), sink (Zn) və dəmir (Fe) qanazlığına kömək edir.

Atereskleroz xəstəliyinə qarşı ən yaxşı vasitədir. Təzyiqi asağı salır, ürək döyüntülərini sabitləşdirir.

      Badımcan xolesterini orqanizimdən azad etdiyi üçün onu gündəlik rasionuna əlavə edən şəxslərdə uzunömürlülüyə səbəb olur.

      Tərkibində olan çoxu liflər orqanizimdən toplanmiş artıq maye və şlaklari təmizləyir. Bu xususiyyətinə görə badımcan şəkərli diabet və piylənmədən əziyyət çəkənlər üçün əvəzsiz qidadır.

Tanıdığımız badımcanın tanımadığımız tərəfləri

      Badımcan orqanizmi urat duzlardan təmizlədiyi üçün böyrək daşı, podaqra, artroz, osteroxondroz xəstəliklərindən əziyyət çəkənlərə məsləhət olunur.

      Badımcan sümükləri möhkəmləndirir,qiğırdağın bərpasına yardım edir.

  Bağırsaqları yumuşaldır,qaraciyərin fəaliyyətini nizamlayır.

Artiq çəkidən əziyyət çəkirsiz?

Badımcan köməyinizə gələcək. Tərkibi sellüloza ilə zəngin olduğundan bədəni şlaklardan təmizləyir, amma o, yağı "sevdiyi" üçün istifadədən 10 dəqiqə əvvəl soyuq və duzlu suda saxlamaq lazimdir.

Siqareti atmaq istəyirsiz?

Bol badımcan yeyin, tərkinidə yetərincə PP vitamini və nikotin var.

4 sentyabr 2013
GO BACK