Bilirik ki, bal yeganə qidadır illər keçdikcə tərkibini dəyişmir, 400 yaşı olsa belə keyfiyyətini ilk günkü kimi saxlayır. Burda möcüzəli bir şey yoxdu, tələb olunan ən vacib iş düzgun saxlanma qaydasıdır. Onu günəş şüalarının altında və 40 dərəcədən yuxarı temperaturda saxlasan, keyfiyyətini itirər. Balın xarlanması onun keyfiyyətini dəyişmir. Balın keyfiyyəti onun rəngi, qoxusu və qatılığı ilə müəyyən olunur. Balın rəngi bitkilərə sarı-qırmızımtıl rəng verən piqmentlərin hesabına ağ, sarı, qırmızı rəngdə olur. Arıların bitkilərin nektarlarından hazırladıqları balın rəngi qızılı sarı, saxta balların rəngi nisbətən açıq olur. Balın ətri ağıza qoyulan zaman hiss edilir, temperaturun sayəsində süzülən ballarda aroma maddələri yox olduğundan xüsusi ətri hiss olunmur, lakin digər ərzaqların iyini asanlıqla özünə götürə bilir. Balın qatılığı iqlimdən və hansı bitkilərdən əmələ gəlməsindən asılıdır. İsti bölgələrin balları daha qatı, dağlıq ərazilərin balı daha axıcı, ləziz və dad baxımdan daha üstün sayılır.
Balın tərkibində 80%-dən çox karbohidrogen - fruktoza, qlükoza, saxaroza, həmçinin zülal, kükürd, üzvi turşular, fermentlər, vitaminlər və boyaq maddələri var.
Bal bal arılarının çiçəklərdən topladığı tozcuqlar və nektarın hesabına yaranır və şəfaverici xüsusiyyətlərlə zəngin olan qidadır. Bal vasitəsilə orqanizmi digər qidalarda olmayan bioaktiv maddələrlə təmin etmək mümkündür. Təbii balın antiseptik xüsusiyyəti, infeksiyalar və mikroblara qarşı davamlı olması və yaraların sağalmasında özünü göstərir. Bal antikanserogendir və orqanizimdəki xolesterolu aşağı salır, zehni fəaliyyəti yaxşılaşdırır, yaddaşı gücləndirir.
Balın şəfa verici özəlliyi ondadır ki, o bir dəfəlik qana sovrulur və orqanizmə eneji verir. Arıq və iştahı zəif olanlarin enerjiyə tələbətını ödəmək üçün çox yaxşı bəsləyicidir.
Təbii bal 2 cür olur: çiçək balı və şirə balı.
Çiçək balı müxtəlif bitkilərin çiçəklərindən, şirə balı müxtəlif bitkilərin yarpağı və gövdəsinin ifraz etdiyi şirələrdən alınır.
Qurani-kərimin "Nehl" surəsinin 68-69-cu ayələrində buyurulur: "Rəbbin bal arısına belə vəhv (təlqin) etdi: Dağlarda, ağaclarda və (insanların) qurduqları çadırlarda (evlərin damı, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal), sonra büyün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get!... (o arıların) qarınlarından insan üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar.
Şübhəsiz ki, bu sözlərdə böyük ibrət var. Bal Allah tərəfindən insanlara göndərilən elə bil gözəl nemətdir ki, 1001 dərdimizə onu dərman edə bilərik. Artıq payızın ilk ayıdır və bal bazarlara çıxarılmağa başlanıb. Qışı sağlam keçirmək üçün hər gün 1 qaşıq bal yemək məsləhətdir. Lakin bütün ərzaq məhsullari kimi balın da artıq istifadəsi zərər verə bilər. Xüsusilə şəkər xəstələri, kökəlməyə meyilli və az hərəkətli insanlar üçün uyğun olmayan qidadır.
Biz qadınlar da baldan təkcə müalicə və qida məmulatı kimi yox, kosmetik vasitə kimi də istifadə etməyi sevirik, üz və saç maskalarına balı əlavə etməklə sağlam görünüş qazanmaq mümkündür.
1 x.q aloe şirəsi, 1 x.q bal, 1 stəkan ilıq süd soyuqdəyməni bədəndən çıxarırır, 3-5 gün istifadəsi öskürəyi tamam kəsir.
1 ç.q bal, 1 x.q kokos, 1ç.q darçından hazırlanan maska üzdəki sızanaqları qurutmaq üçün istifadə olunur.
1 x.q bal, 1yumurta sarısı və aloe şirəsindən hazırlanan maskanı quru saçlı xanımlar saçlarına çəkib, 20 dəqiqə saxlayıb yusalar, gözəl nəticə alacaqlar.