Akademik V. P. Filatovun təklif etdiyi “ biostimulyator” üsulu ilə alınmış şırə daha təsirlidir.Bunu belə edirlər: Bitkinin yaxşı yetişmiş aşağı ya da orta yarpaqlarını kəsir, yuyur qurulayırlar. Sonra yarpaqları 12 günlüyə temperaturu +4-dən +8 dərəcəyə qədər olan qaranlıq yerə qoyurlar. Belə şəraitdə yarpaqların həyat prosesi sönür. Elə bu vaxt bitkidə möcüzə baş verir. Bitikinin yarpaqları sanki bütün qüvvəsini toplayaraq məhv olmamağa can atır. Onda alimlərin “ biostimulyator” adlandırdığı xüsusi maddələr əmələ gəlməyə başlayır. Onların vəzifəsi sönən həyat faliyyətini qaldırmaqdır. Bu bitkidən hazırlanmış şəfalı şirənin tərkibində həmin biostimulyator olur. İnsanın orqanızıminə düşən həmin şirə də xəstə orqanın hüceyrələri üçün stimulyator rolunu oynayır: onun maddələr mübadiləsini yüksəldir, xəstəliyə qarşı müqaviməti artırır, onun tez sağalmasına şərait yaradır. Belə şirə dermatozlar, ekzema, dəmrov kimi dəri xəstəliklərinə də yaxşı təsir gostərir.
100 qr kərə yağı
100 qr bal
100 qr kakao tozu
Bunları yaxşıca qarışdırın. Gündə 2–3 dəfə 1 stəkan süd ilə, 1 xörək qaşığı həmin qarışıqdan için. Bu sizə çox kömək olacaq.
Əzvay yaxşı kosmetik vasitə kimi də işlədilir. Üzdə civzə, sızanaq əmələ gəldikdə, tənzifi əzvayın şirəsində isladıb həmin yerə islatma qoymaq lazımdır. Üzdə qırışlar əmələ gəlməsin deyə həftədə 2 –3 dəfə əzvay şirəsində isladılmış tənzifi üzə qoyurlar.