Qadin.NET / Xalq təbabəti

Xalq təbabəti

Xroniki tonzilit üçün əla məsləhət

Dörd-beş diş xırda doğranmış sarımsaq və 2 xörək qaşığı sürvə (şalfey) yarpağı götürün. Bunları 1 litr qaynar suya tökün. 15 dəqiqə buxarda saxlayın. 45 dəqiqə saxlayıb, dəmləməyə qoyun. Gün ərzində 3-4 dəfə 1/4 stəkan için. Hər yarım saatdan bir bu qarışıqla boğazınızı qarqara edin və boğaz dərinizi silin.

Xalq təbabəti

Hərarətə qarşı arpa yarması

Çox vaxt yüksək hərarəti moruqlu çayla salmağa çalışırlar. Amma arpa yarması da əla üsüldur. 100 qram arpa yarmasını 1 litr suya töküb, 10-15 dəqiqə vam odda qaynadın. Sonra onu tənzifdən süzün. Yaxşı dadı olması üçün azca bal tökün. Hərarət olanda yatmazdan əvvəl için. Xəstə güclü tərləyəcək, səhər duranda özünü yaxşı hiss edəcəkdir.

Xalq təbabəti

Xolesterin yüksəlibsə...

Televizorda tez-tez qandakı xolesterinin səviyyəsini ölçmək lazım olduğu deyilir. Ölçdünüz?! Xolesterininiz lazım olduğundan da yüksəkdir? Həkim pəhriz yazıb?! Dərman qəbul etməkdən yorulmusuz?! Onda xalq təbabətində çarə axtarmağa dəyər. Yemişandan, quşarmudundan, dəniz kələmindən eyni miqdarda götürün. Bu qarışıqdan 1 xörək qaşığı götürüb, bir stəkan qaynar suya töküb qaynadın. Yeməkdən əvvəl 1/2 stəkan için.

Xalq təbabəti

İmmuniteti qaldırmaq üçün kokteyl

Əgər ailədə kimsə özünü yaxşı hiss etmirsə, məhluldan içirik, bu da immunitetimizi yüksəldir. Bu kokteyli 3 gün ardıcıl içmək lazımdır. 4 yumurtanı mikserlə çalın. İçinə 1/4 çay qaşığı zəncəfil və 1 çay qaşığı bal tökün. Hamısını qarışdırın. Üstünə qaynanmış soyuq su töküb qarışdırın. Kokteyli gündə iki dəfə- səhər yuxudan duranda və yatmazdan əvvəl için.

Xalq təbabəti

Təzyiq zamanı sirkə kompresi

Quru dəsmalı sirkə ilə (5-6 %-li alma sirkəsi olsa daha yaxşı olar) isladıb, ayağınızın altına qoyun. 10 dəqiqə saxladıqdan sonra müsbət təsirinin şahidi olacaqsınız.

Xalq təbabəti
1 oktyabr 2013
GO BACK