Üzərlik bitkisi xalqımızın ən çox istifadə etdiyi bitkilərdən biridir. Əzəldən bəri üzərlik toxumundan hər hansi bir insana dəyən nəzəri aradan qaldırmaq üçün istifadə olunur. Lakin buna baxmayaraq, üzərlik toxumunu xalq təbabətində də cox geniş istifadə olunan faydaları movcuddur, onların bir necəsi ilə sizi taniş etmək istəyirəm.
Üzərlik toxumu bağırsaqlarda olan parazit və bakteriyaları yox edir. Saç tökülməsi ilə bağlı probleminiz varsa, üzərlik toxumunu qaynadib həmin su ilə saçlarınızi yuyun və ya həmin su ilə saçlarınızın diblərini masaj edin. Bununla sizin probleminiz aradan qaldırılacaq. Üzərlik toxumu cinsi qabiliyyəti artırır. Xərçəng xəstəliyinə qarşı üzərlik toxumundan geniş istifadə olunur, o, bir cox hallarda şişin meydana gəlməsinin qarşısını alır. Nəfəs darlığı cəkən insanlar üçün üzərlik toxumu mualicəvi əhəmiyyət daşıyır. O, həm də revmatizm ağrılarını aradan qaldırır.
Şəkildə gördüyünüz bu bitkinin adı isə acı yovşan otudur. Acı yovşan otu həzm sistemini gücləndirir, eyni zamanda mədə və qaraciyərin, onikibarmaq bağırsağın işinin güclənməsini təmin edir. İştahanı artıran bu bitki həzm üzvlərinin işini yaxşılaşdırır. Bədən müqavimətini artırmağa kömək edir, daha dəqiq desək, halsızlığı yox edir. Bir xörək qaşığı acı yovşan otunun uzərinə 200 ml qaynar su tökülür, dəmləndikdən sonra gündə üç dəfə yeməkdən əvvəl daxilə qəbul edilir. Acı yovşan otununun yeyilməsi ağızdan gələn pis qoxunu aradan qaldırır. Uzun müddətli qəbulu məqsədəuyğun deyil, bu zəif zəhərlənməyə yol aca bilər. Onu da qeyd edək ki, acı yovşan otu hamilə qadinlar üçün zərərlidir!