*Sarılığın əlamətləri görünəndə limon şirəsini çay sodası ilə qarışdırıb acqarına 1 xörək qaşığı içmək kifayət edir.Müalicə müddəti 5-7 gündür.
*Əncir mürəbbəsini, yüngül (alaçiy) bişirilmiş heyvan böyrəyi və toyuq yumurtasının sarısı ilə qarışdırıb həll etmək lazımdır.Ondan gündə 3 dəfə 1 xörək qaşığı qəbul etməklə sarılıq xəstəliyini müalicə etmək olar.Müalicəni xəstəlik sağalana qədər davam etdirmək lazımdır.
*Acıqovunun meyvəsini (toxumunu) əzib suyunu çıxardın.Həmin sudan 6 damcı sarılığa tutulan xəstənin burnunun hər deşiyinə damızdırın.Bu zaman xəstə arxası üstə uzanmalı? dərman tökülən kimi üzü üstə çevrilməlidir. Bu, sarılığın ən kəskin və ən etibarlı müalicə üsuludur.
*Əvvəlcə dazıotunun 20 qramını bir stəkan qaynar suda 15 dəqiqə dəmə qoyun, 45 dəqiqədən sonra süzün. Alınan cövhəri eyni miqdarda çaxırla qarışdırıb gündə 3 dəfə yarım stəkan içməklə sarılıq xəstəliyini müalicə etmək olar.
*1 çay qaşığı xırda doğranmış boyaqotu kökünü 1 stəkan qaynadılıb soyudulmuş suda 8 saat saxladıqdan sonra tənzifdən süzün. Stəkanda qalan köklərin üstünə 1 stəkan qaynar su töküb 15 dəqiqə dəmlədikdən sonra yenidən tənzifdən keçirin. Sonra hər iki mayeni qarışdırın. Alınmış mayeni 4 yerə bölərək 1 gün ərzində içmək lazımdır. Bu müalicə olduqca xeyirli nəticə verir.
*Təzə zoğlardan əmələ gələn albalı yarpağını xırda-xırda doğrayın. Ondan 20 qr götürərək 1 stəkan qaynar südün içinə töküb qarışdırır və süd soyuyana qədər üstünü basdırırlar. Sonra onu süzür, 3 yerə bölür və gün ərzində qəbul edirlər. Bu, sarılıq xəstəliyinin yüngül keçməsinə səbəb olur. Müalicəni 3 həftə davam etdirmək lazımdır.
*Eyni miqdarda zirinc suyu, süd, badam yağı, turş nar suyu bir yerdə qarışdırılır. Bu maye qarışığından gündə 3 dəfə 1 xörək qaşığı içmək sarılığın ən yaxşı müalicə vasitələrindən biridir. Müalicə müddəti 3 həftədir.
Sarılıq gözlərə vurarsa, balqabağı xırda-xırda doğrayaraq xəmirlə qarışdırıb bişirirlər. Bu zaman hasil olan suyu göz qapaqlarına çəkirlər.