Bədənin müxtəlif nahiyələrində -üz, əl, bədən, ətraflarda yanıqlar ola bilər və müxtəlif ölçülü sahəni əhatə edə bilər. Dərinliyinə görə isə yanıqların 4 növü məlumdur:
I- dərəcəli yanıqlar hiperemiya, yəni damarların həddən artıq qanla dolması və dərinin şişkin (suluq) olması ilə xarakterizə olunur. Yanıq ağrıları ilə müşayiət edilir;
II- dərəcəli yanıqlar zamanı sarımtıl rəngli şəffaf maye olan qabarcıqlar əmələ gəlir;
III a-dərəcəli yanıqlarda epidermisdə nekroz əmələ gəlir;
III b -dərəcəli yanıqlar zamanı isə nekroz dərinin bütün təbəqələrində əmələ gəlir;
IV dərəcəli yanıqda nəinki dəri, eləcə də dərində olan toxumalar da məhv olur.
Allah heç kimə göstərməsin! Məncə hamımız bu xəbərdən faydalanmalıyıq. Yanıq zamanı ilk tibbi yardımı özümüz göstərməli olacağıqsa bilmək pis olmaz.
Yatıq qanqalı döyüb məlhəm hazırlayır və bədənin yanıq yerinə qoyurlar. Bu yaranı tez qurudub sağaldar.
Bədəninizdə yanıq olsa üstünə bal sürtün. O həm ağrıları kəsir, həm də suluqların qarşısını alır.
Əgər zeytun yağına duz qatıb yanmış nahiyəyə sürtsəniz suluq atmaz.
Yanığı sağaltmaq üçün kələm yarpağı da sərfəlidr. Onu yaxşıca əzib yumurta ağı ilə qarışdırır və yanığın üstünə yaxırlar. Bir neçə gündən sonra öz təsirini göstərir.
Balıq yağını eyni miqdarda yumurta ağı və balla qarışdırıb və gündə 3 dəfə yanıqların üstünə sürtürlər. Bu xalq təbabətində çox işlənən dərmanlardan biridir.
Çuğundurun yarpaqlarını döyüb sulu-sulu yanığın üstünə qoymaq xeyirli hesab olunur.
Xalq təbibləri bağayarpağının döyülmüş kütləsini yanıqların müalicəsində əvəzedilməz məlhəm hesab edirlər.
Tənzifi sirkədə isladıb alovdan əmələ gələn yanıqların üstünə qoyurlar. Beləliklə yanıq səngiyir.
Yanıq zamanı həmin yeri su ilə yumaq, sonra həmin yerə çay sodası səpmək lazımdır.