1. Xırda-xırda doğranmış dəfnə və albalı yarpağının hərəsindən 10 qr. götürüb 1 stəkan qaynar suda dəmləyib, süzürlər. Ondan gündə bir neçə dəfə, hər dəfədə 20-25 damcı, 1 xörək qaşığı suya töküb içirlər.
2. 1 çay qaşığı xardalı bir o qədər də sirkə ilə qarışdırırlar. Alınan pastadan dilin üst hissəsinin 1/3-nə yaxırlar. Bu xoşagəlməz hissiyyat yaratsa da, 3-4 dəqiqə dözmək lazımdır. Sonra ağızı isti su ilə yaxalamalı və tüpürməli. Bununlada hıçqırıq kəsir, hətta hələ ağızı yaxalamamış ondan əlamət də qalmır.
3. Hıçqırığı kəsməyin ən qədim və sadə üsullarından biri də qurtum-qurtum soyuq su içməkdir.
4. Zirəni soyuq suya töküb vam odda qaynadirlar, ondan bir neçə dəfə qurtum-qurtum içmək hıçqırığı kəsir.
5. Bağ sarmaşığını xırdalayıb əzin və onu bir qədər üzüm sirkəsi ilə qarışdırın. Ondan qurtum-qurtum içsəniz hıçqırığınız dəf olar.
6. Kərəvəzin suyunu qurtum-qurtum içdikdə hıçqırığı kəsir.