Qadin.NET / Zəhərlənmənin təbii yolla müalicəsi

Zəhərlənmənin təbii yolla müalicəsi

Zəhərlənmənin təbii yolla müalicəsi

Əziz xanımlar, zəhərlənmənin təbii yolla müalicəsi üçün sizə bir neçə məsləhət vermək istərdim.

 1. 1 xörək qaşığı nanə arağını 1 stəkan çaya, və yaxud qaynadılmış suya qarışdırıb içmək zəhərlənmənin qarşısını alır.

 2. Zəhərlənmə zamanı dəfnə yarpağını çay kimi dəmləyib ara verə-verə içmək xeyirlidir. 

Zəhərlənmənin təbii yolla müalicəsi

3. Kələmin təzə yarpaqlarını əzib şirəsini çıxarmaq və onu eyni miqdarda şərabla qarışdırıb içmək, gürzə vuran adamı zəhərlənməyə qoymur. Bu qarışıq quduz it adamı tutanda (qapanda) da eyni dərəcədə fayda verir.

4. İlan, arı, eşşək arısı sancanda təcili olaraq həmin yerə bağayarpağını əzib, məlhəmini qoymaq lazımdır. Bu məlhəm o dəqiqə zəhəri sorub çıxaracaq, ağrının və şişin qarşısını alacaq. 

Zəhərlənmənin təbii yolla müalicəsi

5. Əncir bədəndə hasil olan toksiki (zəhərli) maddələri neytrallaşdırır və orqanizmdən xaric edir.

6. Kolbasadan zəhərlənmə zamanı xəstəyə belə kömək etmək olar: əgər xəstə qusmursa onu müxtəlif üsullarla qusdurmaq lazımdır. 1 stəkan sabunlu su və ya 1 stəkan suya 1 çay qaşığı duz salıb içirməklə. Qusandan sonra ona 1 stəkan gənəgərçək yağı və yaxud başqa qarın işlədici verin. Bədənini mahud parça ilə sürtün, qarnının üstünə qizdırılmış kərpic, yaxud qrelka qoyun. Yanğısı olsa isti tünd çay verin.

Zəhərlənmənin təbii yolla müalicəsi

7. Zəhərlənmənin nədən baş verməsindən asılı olmayaraq onu dəf etmək bele bir qarışığın tam xeyirli olması tövsiyyə edilir: eyni miqdarda qozu, ənciri və sədəfçiçəyi otunu qarışdırıb, döyüb gündə bir neçə dəfə yemək xeyirlidir.

8. Quduz it qapan  yerə bağayarpağını döyüb, duzla qarışdırıb, təpitmə qoymaq xeyirlidir. 

Zəhərlənmənin təbii yolla müalicəsi

9. İlan vuran adam dəmirtikanını döyüb suyunu  çıxarıb hər dəfə 7-8 qr içsə, zəhər ona təsir etməz.

10. Sarımsağı əzib suyunu çıxarsan, onu eyni miqdarda balla qarışdırıb ilan vuran yerə qoysan zərərsizdir.

Allah hec kimə zəhərlənməni qismət etəməsin...Amin.

6 iyun 2013
GO BACK