Qadin.NET / Yay meyvələrinin faydaları

Yay meyvələrinin faydaları

Hər fəslin öz gözəlliyi olduğu kimi, hər fəslin öz meyvəsi, tərəvəzi də vardır.Xüsusilə yay fəslində meyvə və trəvəzdən qidalanmada daha çox istifadə olunur. Yay fəlsində alma, üzüm ,qarpız, qovun kimi meyvələr bazarların bəzəyi olur. Bu xəbərimdə sizlərə yay fəslində hansı meyvələrin yetişdiyini və onlar haqqında qısa məlumat vermək istəyirəm.

Qarpız: İsti iqlimi sevər, 95% sudan ibarətdir. Böyrəklərin işini yaxşılaşdaırar, sidikqovucudur. Kök xanımların sevdiyi meyvədir, çünki qarpız eyni zamanda artıq çəkini aradan qaldırmağa kömək edir. Tərkibində bol miqdarda A, C vitamini, antioksidant və potasyum var.

Qovun: Tərkibində B vitamini, brom var, sinirləri sakitləşdirir, qanı təmizləyir, rahat bir yuxu gətirir, damar tıxanması və qan azlığına qarşı da xeyirlidir. Qarpıza nisbətən qovunun həzmi daha çətin və tərkibində şəkər çox olduğu üçün diqqətli olmaq lazımdır. Açıq rəngli "bal qovunu" yaxşı bir C, A vitaamini və sink qaynağıdır.

Yay meyvələrinin faydaları

Albalı: Vətəni qərbi Anadolu dağlarıdır. Yaxşı sidikqovucudur, temperaturu aşağı salır və susuzluğu aradan qaldırır.tTərkibində A vitamini və karbohidrat vardır.

Şaftalı: Azərbaycanın bir çox yerində yetişir. Həzmi yaxşılaşdırar, böyrəklərin işini qaydasına salar, tərkibində A, C və B 3 vitamini vardır.

Ərik: Respublikamızda ən çox Naxçıvanda bitir. Tərkibində kalsium və maqnezium vardır. Sümükləri qüvvətləndirir, qan əmələ gətirir, dərini və saçı canlandırır. Lifli meyvə olduğu üçün bağırsaqları qoruyur. A və B3 vitamini ilə zəngindir.

Tut: Vətəni Çindir, sonralar bütün dünyaya yayılmış xeyirli bir meyvədir. Kalsiyum, dəmir, B1 ,B 2 və C vitamini ilə zəngin olan tut bir çox xəstəliyə qarşı dərmandır. Ağ tut temperaturu aşağı salır, sidikqovucudur. Ac qarına yeyilən ağ tut bağırsaq qurdalarını tökər, qan əmələ gətirir, qara tutdan alınan sirop isə öskürəyə və diş əti iltihabına qarşı xeyirlidir.

Əncir: Çox lifli meyvə olan əncir, A, C, B vitaminlərindən başqa kalsiyum fosfor, maqnezyum, dəmirlə olduqca zəngindir. Bağırsaqları yumşaldır. Həzmi asanlaşdırır, qəbizlliyi ardan qaldırır, bədənə qüvvət və enerji verir. Yorğunluğa qarşı xeyirlidir. Halsızlığa və unutqanlığa qarşı yaxşı təsiri vardır. Öskürək  və boğaz ağrısına, bronxitə, bəlğəmə qarşı xeyirlidir. Əncir qandakı xolesterol miqdarını düşürərək, ürək və damarı xəstəliklərinin qarşısını alır. Bakteriya və virusların qarşısını alaraq xəstəliklərə qarşı immuniteti artırır.

Üzüm: Üzüm bir çox xəstəliyə qarşı qoruyucudur. Tərkibində C vitamini və dəmir vardır.

28 avqust 2013
GO BACK