Bazarlıq edərkən aldığınız meyvə və tərəvəzlərin sağlamlığınıza, bədəninizdə gedən maddələr mübadiləsinə necə təsir etdiyindən xəbəriniz varmı? Yoxsa aldıqlarınızın hamısını kor-koranə alırsınız? Əgər bunlardan xəbəriniz yoxdursa, onda bu xəbər elə məhz sizin üçündür. Burada bəzi meyvə və tərəvəzlərin orqanizmə verdiyi müsbət təsirdən danışılır. Düşünürəm ki, bunları hamımız bilməliyik. Elə isə buyurub siyahıya nəzər yetirin.
Əzgil: Görməyə və ümumi inkişafa faydalıdır.
Yerkökü: Saçın tökülməsinin qarşısını alır və saçı canlandırır. Dəri və sümükdə hüceyrənin yenilənməsinə kömək edir.
Ərik: Əzələ və sinir sistemini gücləndirir. Dəri, göz və immunitet sistemində faydalıdır. Qanazlığının qarşısını alır və sümüklərin inkişafını gücləndirir.
Kivi: Qocalmanı gecikdirir. Güclü antibiotikdir və həmçinin allergiyaya da faydası var.
Moruq: Dişlərə faydası var. İştahanı açır. Sidikqovucudur. Mədə bulantısının qarşısını alır və qızdırmanı aşağı salır.
Kahı: Dəriyə və sinir sisteminə xeyirlidir. Saçlara böyük faydası var.
Soğan: Təbii antibiotikdir. Bağırsaqlara, sümük və diş ağrılarına faydalıdır. Bronxitdən əziyyət çəkənlərə müsbət təsir göstərir.
Ənginar: Qaraciyəri qoruyur. Həzmi yaxşılaşdırır. Böyrəklərin işləməsini normaya salır.
Soya: Ürəyi qoruyur. Təzyiqə müsbət təsir edir. Bağırsaqlara xeyirlidir. Sümükləri gücləndirir.
Qovun: Damar xəstəliklərində faydalıdır. Bağırsaqların işləməsində və gözlərə xeyirlidir.
Balqabaq: Böyrək funksiyalarında faydalıdır. Qanın durulmasını tənzimləyir. Sümüklərni inkişafını sürətləndirir.
Qarpız: Böyrəklərdə qum və daşların tökülməsinə faydalıdır. Bədənin su ehtiyacını qarşılayır.
Kələm: Mədəyə faydalıdır. Güclü antioksidantdır. Həzm sisteminə faydası var.
Alma: Bağırsaq sistemini qoruyur. Qan şəkərini normada saxlayır.
Cəfəri: Sümüklərə xeyirlidir. Tərkibində vitamin C üstünlük təşkil edir. Dişlərə faydası çoxdur.
Sarımsaq: Qocalmanı gecikdirir. Yüksək təzyiqi normaya salır. Güclü antibiotikdir. Damarların yaxşı işləməsində faydalıdır.
Şaftalı: Həzmi asanlaşdırır. Sinir sisteminə faydası var. Babasil xəstəliyinin qarşısını alır. Qanı təmizləyir.
Avokado: Qalın bağırsağa faydalıdır. Təzyiqi yüksək olanlara xeyirlidir.