Qadin.NET / Meyvə quruları ilə müalicə

Meyvə quruları ilə müalicə

Meyvə quruları ilə müalicə

Şirniyyat sevən insanlar üçün arıqlamaq əsl problemdir. Amma qeyd edək ki, pəhriz zamanı bir çox vitaminlər bədənə daxil olmur. Amma polivitamin qəbul edib, enerji toplayib, eyni zamanda əsl ləzzəti dadmaq üçün quru meyvələrdən yaxşı vasitə ola bilməz. Onların tərkibində olan kalsium, dəmir, natrium, maqnezium, B6 vitamini və pektin maddələri bədənin dayağıdır. Meyvə quruları mədə-bağısaq sistemini tənzimləyib qəbizliyi aradan qaldırır.

Meyvə quruları ilə müalicə

 Kişmişin tərkibində çoxlu bor maddəsi var, bu da osteoporozun qarşısını alır, kalsium isə dırnaq və saçları bərkidir. Dəmir baxımından zəngindir, bu səbəblə qansızlığa yaxşı təsir göstərir. Kişmişin tərkibində saçların uzanması üçün vacib vitaminlər vardir və kişmiş qocalmanın qarşısını alır.

Meyvə quruları ilə müalicə

 Qara gavali B qrup vitaminlərini özündə cəmləşdirib orqanizmi stress hallarına qarşı dözümlü edir.Qara gavalı qurusunu dəmləyib içdikdə mədə qicqirmasından, qəbizlikdən yaxa qurtarmaq olar.

Meyvə quruları ilə müalicə

 Xurmanın tərkibinə bütün vitaminlər daxil olduğu üçün müalicəvi xüsusiyyətinə görə aspirini əvəz edir. Bədənə qüvvət verir və baş ağrısını müalicə edir. Xurma qadınlara hamiləlik doğuş və uşaq əmizdirmə zamanı cox faydalıdır. Xurma doğuşu asanlaşdırır orqanizmin süd hasil etməsinə yardımçı olur. 

Meyvə quruları ilə müalicə

Armud orqanizmdən toksinləri xaric edir. Bağırsağın fəaliyyətini tənzimləyir. Qurudulmuş armudun tərkibində çoxlu sayda vitaminlər, mikroelementler, şəkər, yod vardir. 

Meyvə quruları ilə müalicə

Əncir xərçəng hüceyrələrinin inkişafına mane olur. Həzm sistemini normallaşdırır. Bronxiti müalicə edib, bağırsaq parazitlərini məhv edir. Gün ərzində 7 ədəd qurudulmuş əncir yeməklə baş ağrısından yaxa qurtarmaq olar.

14 may 2013
GO BACK