Qadin.NET / Lavanda yağının faydaları

Lavanda yağının faydaları

Lavanda  yağının  faydaları

Lavanda yağı latın dilinə Lavandula Agustifolia kimi tanınan lavanda bitkisinin çiçəyindən əldə edilir. Tərkibində 35-55% linalin asetat,  bromil asetat, terpineol, borneal, nerol, və valerian asidi var. Cənubi Avropada, Avstraliyada və İngiltərədə yetişir. Lavandanın xoş iyindən kosmetika sənayesində də istifadə olunur. Hal-hazırda lavandadan parfümeriya, kirşan və sabun istehsalında istifadə edilir.

Lavanda  yağının  faydaları

Herbal terapiya

Lavanda əsəbləri sakitləşdirir. Əzələlərdə olan spazmları aradan qaldırır. Yuxusuzluqda, miqrendə, yüksək təzyiqdə, bəlğəm gətirməkdə, həzm problemində və mədə xəstəliklərində istifadə edilir.  Lavanda yağından  həmçinin qarındakı ağrılarda, ishalda və qastrit ağrılarında da istifadə edilir. Daha sonra tiroid hormonu rahatsızlığında, əsəb və sinir  sisteminin pozulması zamanı əmələ gələn baş ağrılarında, vaginal axıntılarda yaxşı təsir edir. Ruhi xəstəliklərdə, yuxusuzluq və hədsiz nevrotik hallarda da təsiri güclüdür.

Lavanda  yağının  faydaları

Aromaterapiya

Aromaterapiyada əzələlərin rahatlaşmasında istifadə edilir. Aromaterapiya olaraq yorğunluq və depressiya hallarında, dəri problemlərində də istifadə edilir.

Lavanda  yağının  faydaları

Kosmetik istifadəsi

Lavanda yağı dərini canlandırır və təzələyir. Həmçinin dərini  sakitləşdirir. Kosmetikadə əsasən saç tökülmələrində, yanıqlarda, ekzemada, quru dərilərdə, günəş yanıqlarında istifadə edilir.

Lavanda  yağının  faydaları

İstifadə forması

Masaj edilərək yaraların üzərinə məlhəm kimi, vanna qəbulu zamanı isə suya tökülərsə,  insana enerji verir. Eyni zamanda üzə qulluqda da enerji və dinclik verir. Əzələlərdəki gərginliyi aradan qaldırdığı üçün masaj yaxşı nəticə verir.

Lavanda  yağının  faydaları
9 aprel 2013
GO BACK