Qadin.NET / Vanilin faydaları

Vanilin faydaları

 

Vanilin faydaları

 

Vanilin vətəni Meksika sayılsa da əsasən Madaqaskarda becərilir. Onu da qeyd edim ki, zəfərandan sonra ən bahalı ədviyyat vanil hesab edilir. Hətta qədim dövrlərdə vanil çubuqlarından pul kimi istifadə edirmişlər. Avropa vanillə 1520-ci ildə tanış olsa da meksikadan kənarda becərmək mümkün deyildi. Əvvəllər vanildən yalnız ətir vermək üçün istifadə edilirdisə, sonradan dad vermək üçün də istifadə edildi.  Vanil dedikdə də ağlımıza ancaq bir-birindən dadlı ləzətli  şirniyyatlar gəlir. Bəs heç fikirləşirsinizmi görəsən bu vanilin ayrı nələrə faydaları  var? Əgər bilmirsinizsə onda diqqətlə oxuyun. Vanil əslində təkcə şirniyyatlara gözəl ətir qatmırmış, həm də insanların həyatında böyük rolu varmış. Demək olar ki, hər dərdə dərmandı vanil. Hansılardır? Gəlin onlarla birlikdə tanış olaq:

1. Tənəffüs yollarını təmizləyir və öskürəyin qarşısını alır.Qrip üçün xüsusi dərman növüdür..   

 

 

 2.Vanil mədə bulantısını aradan qaldırır və həzmi asanlaşdırır.Hamilələr üçün daha təsirlidir.

3. Sakitəşdirici və yuxu gətiricidir.Xüsusilə isə dərini cavan saxlaması üçün tərkibində bəzi minerallar var.

4. Bədəni gücləndirir və seluliti aradan qaldırır. Boş ətə masaj kimi tətbiq edilsə davamlı dərini möhkəmləndirər.

5. Cinsəl gücü və istəyi artırır.

6. Qızdırmanı salır, təzyiqi nizamlayır.Əsəb sistemini tənzimləyir.

 7. Şirniyyat istəyini azaldır.Kökəlmənin qarşısını alır.

8. Qarın sancısına və bağırsaqdakı soyuqdəymələri aradan qaldırır.Bağırsaqlardakı bəzi problemləri də yox edir..

 9.Vanil yağı həmçinin sinir ağrılarınada kömək edir.Vanilin yağından masajda da istifadə etməkdə fayda var...

 Hər birinizə sağlam həyat və can sağlığı arzulayıram. girl_ten

18 aprel 2013
GO BACK