Qadin.NET / Çəmənotu - dəniz şehi

Çəmənotu - dəniz şehi

 

Çəmənotunun vətəni Aralıq dənizi hesab olunur. Bu ətirli gözəl bitki dəniz kənarında bitdiyi və dəniz damcılarına bənzədiyi ücün onu "dəniz şehi" də adlandırırlar. Çəmənotu hamımızın tanıdığı rozmarindir, ona ət otu da deyilir. Orta əsrlərdə bu otla bağlı bir çox əfsanə, deyim və adət -ənənələr var idi. Bu bitkinin yarpaqlarını qızlar, qadınlar bəd nəfsdən və nəzərdən qorunmaq ücün paltarlarına asarlarmış, bağda əkilən kolları isə evi pis qüvvələrdən qoruyan vasitə hesab edərlərmiş.

Çəmənotu - dəniz şehi

Çəmənotu tərkibindəki efir yağlarının və antioksidanların sayəsində xərcəng xəstəliyinə qarşı mübarizə aparır, immun sistemini möhkəmləndirir, əsəb sistemini sakitləşdirir, ürək-damar sistemini qüvvətləndirir, beyin-qan dövranını yaxşılaşdırır, qanda xolesterol səviyyəsini aşağı salır, qan təzyiqini normallaşdırır, yağından isə əzələ və oynaq agrılarında istifadə olunur.

Çəmənotu - dəniz şehi

Çəmənotu dərinin cavanlaşmasına və saçların uzanıb, möhkəm olmasına yardımcı olur. Efir yağı isə depressiya və baş ağrısında kömək edir. Çəmənotu yağından ətriyyat və kosmetika sənayesində də geniş istifadə olunur. Qırışlara qarşı keyfiyyətli kremlərin tərkibində çəmənotu ekstratı olur. Çəmənotunu dəmləmləyib vanna qəbul etmək dərini təravətləndirir və hamar edir.

Çəmənotu - dəniz şehi
Çəmənotu təamlara xüsusi dad verir. Mətbəxdə bu faydalı bitkidən bir çox ət, balıq yeməklərində, şorba və sousların hazırlanmasında istifadə olunur. Dana, quzu, toyuq, balıq ətinin hazırlanmasında əlavə edildikdə yeməklərə xoş ətir verir. Çəmənotunun dadı nanənin dadına bənzəsə də, nanədən bir az şirindir. Təzə-tər çəmənotu göy soğan, pomidor, mərci, göbələk, yumurta, müxtəlif tərəvəzlər və pendirlə yeyilir. Çəmənotundan həm qurudulmuş, həm də təzə halda istifadə edilir.  
5 aprel 2013
GO BACK