Qadin.NET / Sadə üsullarla sağlam olaq

Sadə üsullarla sağlam olaq

Xroniki yorğunluğa qarşı: 

Ofis şəraitində çalışan hər bir şəxs yorğunluqdan əziyyət çəkir. Bunun üçün hər gün aşağıdakıları təkrarlamaq yorğunluğu aradan qaldıracaq: 

1. Gündə 1 dəfə içərisinə limon şirəsi sıxılmış və 1 xörək qaşığı bal qatılmış su için.

2.   Hər səhər ən azı 20 dəqiqə təmiz havada gəzin.

3.   Həftədə 3 dəfə içərisinə dəniz duzu tökülmüş su ilə vanna edin.

4.   Pişikotunu dəmləyib, gündə 2 dəfə için. 

5.   Hər axşam yatmazdan əvvəl 1 stəkan isti süd için.


Bronxitə qarşı effektli məlhəm:
1.Kələmi ət maşınından keçirdib, şirəsini sıxın. 1 stəkan kələm şirəsinə 1 çay qaşığı şəkər tozu qatıb için.Şirədən gündə 3-4 dəfə içmək lazımdır.
2. 1 soğan, 3 qara turp və 2 almanı sürtgəcdən keçirdib, şirəsini çıxarın. Bu qarışıqdan gündə 3 dəfə 1 xörək qaşığı içmək lazımdır.
 3. 1 stəkan qaynar suya 1 çay qaşığı razyana töküb dəmləyin. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl bu məlhəmdən 1 xörək qaşığı için. 

Radikulitə qarşı məlhəm:

1 xörək qaşığı qıtıqotu, 1 xörək qaşığı spirt, 1 xörək qaşığı sirkə və 1 yumurta ağını qarışdırın.  Qazana su töküb, qaynadın, məlhəmi buxarda qatılaşana qədər saxlayın. 7 gün ərzində ağrı olan hissəyə çəkin.

3 mart 2013
GO BACK