Göy öskürəyin və inağın dərmanı
Ağ soğanı dilim-dilim bir qab südün içərisinə doğrayıb, onu qaynatmaq və bu xəstəliklərə mübtəla olanlara vermək lazımdır.
Qanlı ishal xəstəliyi ilə mübarizə yolları
Bağayarpağnı qaynadıb çayından xəstəyə verilsə,qan işləmə kəsər.İshal xəstəliyi əksər vaxt meyvə çıxan zaman uşaqlarda çox olur. Bal və bəhməz ishalın ən yaxşı dərmanıdır,uşağa gündə bir neşə dəfə bal və yaxud bəhməz verilərsə,tez bir vaxtda ishal dayanar.
Qanaxmanın dərmanı
İnsanın bədənindən şiddətli qan gedən zaman qanaxmanın qarşısını belə almaq olar: gicitkəni kökündən çıxardıqdan sonra onun kökünü qurutmaq lazımdır.Qurudulmuş kökü qaynadıb çayını xəstəyə verirsən,xəstə bunu içən kimi qanaxma dayanacaqdır.Böyürtkən yarpağını qaynadıb,suyunu içəndə də qanaxma dayanır.
Zökəm olmamaq üçün:
- Həmişə başı soyuq,ayağı isti saxlamalı.
- Otağa daxil olan kimi başı açmalı.
İlin hər fəslində,soyuq olmağına baxmayaraq səhərlər soyuq su ilə qolları,üzü yumalı və gündə bir neşə dəfə əlləri yuduqdan sonra,hər dəfə təmiz suyu ovcuna alıb burnuna çəkmək lazımdır.Müntəzəm olaraq burnuna soyuq suyu almaq vərdişini edən adam əsla zökəm xəstəliyinə tutulmaz.