Qadin.NET / Məkkə gülü haqqında eşitmisinizmi?

Məkkə gülü haqqında eşitmisinizmi?

Məkkə gülü haqqında eşitmisinizmi?

Xalq arasında Məkkə gülü kimi tanınan bitkinin sağlamlıq baxımından min bir faydası var. Onun bədənə şəfa verdiyi və təravətləndirdiyi elmi araşdırmalarla da sübut edilmişdir. Bəzi yerlərdə ona nar çiçəyi də deyilir. Nar çiçəyi, hibiskus, əmbər çiçəyi kimi fərqli adları olan Məkkə gülü Sudan çöllərində yetişir. Ondan susuzluğu aradan qaldıran və Sudanda ənənəvi sayılan içki hazırlanır. Bu bitkidən hazırlanan çayın qış aylarında bədən üçün xüsusi faydası vardır. Məkkə gülü bitkisinin dəmləməsini bütün qış boyu içə bilərsiniz. Bu, həm xəstəliklərdən qorunmanıza kömək edər, həm də bədəninizə istilik verər. 

Məkkə gülü haqqında eşitmisinizmi?

Faydaları:

- Qan şəkərini tənzimləyir;

- Dəridəki ölü hüceyrələri təmizləyir;

- Təzyiqi normallaşdırır;

- Böyrək iltihabı üçün faydalıdır;

- Qrip və öskürəyi aradan qaldırır.

Məkkə gülü C vitamini ilə zəngindir. Bu vitamin sayəsində qış aylarında bir çox xəstəliklərin yaranmasını əngəlləyir.

Məkkə gülü haqqında eşitmisinizmi?

Məkkə gülü çayının hazırlanması:

Məkkə gülü  çayının dəmlənməsi olduqca sadədir. Eynilə qara çayı dəmlədiyiniz kimi, qaynayan suyun üzərinə bir miqdar Məkkə gülü əlavə edin və dəmlənməyə qoyun. Təxminən 3 dəqiqə sonra çay hazır olacaq. Böyrək xəstəliklərinə, yüksək təzyiqə, yaşlanmağı gecikdirməyə böyük faydası vardır. Eyni zamanda immunitet sisteminizin güclənməsini təmin edər.


11 fevral 2013
GO BACK