Xəstələnərkən dərdimizə dərman hesab etdiyimiz dərmanların əvəzinə, ətrafımızda olan bitki və meyvələr bizə kömək edə bilər. Hansı bitkinin hansı xəstəliyə kömək etdiyini bilmirsinizsə, buyurun tanış olun:
Ağ ciyər xəstəlikləri
* Andız otunun kökü əzilib, balla qarışdırılaraq yeyilsə ağciyər qanamasına çox xeyirlidir. Üzüm şirəsinin içində bir ay saxlanılan andıq otu ağciyər problemləri və vərəmə xeyirdir.
* Xiyar suyu ağciyər nasazlığına yaxşı kömək edir.
* Mələk otu, darçın ağciyəri qüvvətləndirir.
* Şalğam ağciyər bronxların təmizlənməsinə kömək edən bitkidir.
Astma
* Andız otu əzilib balla qarışdırılaraq yeyilsə, astmaya yaxşı təsir edir.
* Dəvə dabanını suda qaynadılıb, buxarının tənəffüs edilməsi astma və nəfəs darlığına yaxşı kömək edir.
*Cəfəri toxumlarının və yarpaqlarının qaynadılması ilə əldə edilən saf cəfəri suyu astma üçün faydalıdır.
*Nar, kök və soğan astmaya xeyirlidir.
*Armud, qovun, noxud bağırsaqları yumşaldır.
* Heyva bağırsağı qüvvətləndirir.
*Paxlanın bağırsaq təmizləyici xüsusiyyəti vardır.
* Kök toxumlarından edilən şirə mədə və bağırsaq qazlarını, qanamalarını və iltihablarını yox edir.
* Gicitkən otu metobolizma problemi ilə bərabər, bağırsaq, dalaq xəstəlikləri üçün də yaxşıdır.
* Kəklikotu bağırsaq parazitlərinə yaxşı təsir edir.
* Nar qabığı bağırsaq qurdlarının ləğvi üçün təsirlidir.
* Tərxun otu, limon, alma, əncir, pomidor bağırsaq infeksiyalarına yaxşı təsir edir.
Babasil
* Andız otu babasil müalicəsində təsirlidir.
* Balqabağın babasilə müsbət təsirləri vardır.
* Palıd qabığı tozu babasil müalicəsində təsirlidir.
Baş ağrıları
* Cirə toxumları yandırılaraq tüstüsü ilə tənəffüs edilsə, baş ağrısını aradan qaldırar.
* Qara bibər darçınla qarışdırılaraq istifadə edilsə, baş ağrısını aradan qaldırır. Cökəylə qaynadıldıqda sancı kəsici təsiri vardır.
* Limon suyu bir su stəkan qəhvənin içinə sıxılıb içilsə, baş ağrısına təsirli olar.
* Bananın içindəki maqnezium baş ağrısına müsbət təsir edir.
* Nanə çayı və üzərlik otu baş ağrılarına yaxşıdır.